ABŞ Rusiya, Çin və KXDR-ə cavab verəcək: Pentaqona əmr verilib…

[ad_1] Vaşinqton genişmiqyaslı hərbi modernləşdirməyə başlayır… ABŞ Çin və Rusiya arasında əməkdaşlığın artması və ABŞ prezidenti Donald Trampın Pekin və Moskvanın Şimali Koreya ilə birlikdə Amerikaya qarşı sui-qəsd hazırlaması barədə bəyanatları fonunda genişmiqyaslı hərbi modernləşdirmə hazırlayır. ABŞ-ın müdafiə naziri Pit Xeqset “Fox News”-da dediyi kimi, Ağ Evin hazırkı rəhbəri Pentaqona “Amerika ordusunu yenidən qurmağı” və Çin – Rusiyaya nəzarətini bərpa etməyi əmr etdi. Nazirin sözlərinə görə, ABŞ müharibə axtarmır, lakin bunun qarşısını almaq üçün kifayət qədər gücə malik olmalıdır. Pentaqon rəhbəri Pekində Yaponiya üzərində qələbənin…

Daha çox

Dəməşqdə güclü partlayış olub

[ad_1] Suriyanın paytaxtı Dəməşqin cənub-qərbindəki El-Mezza bölgəsində güclü partlayış baş verib. SİA xəbər verir ki, bu barədə “Sham TV” məlumat yayıb. İlkin məlumatlara görə, jurnalistə məxsus avtomobil partladılıb. Hazırda ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Ölənlər və yaralananlar barədə hələlik məlumat verilmir. [ad_2]

Daha çox

Rusiyada zəlzələ oldu

[ad_1] Rusiyanın Kamçatka bölgəsində 5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 223 kilometr aralıda, 45 kilometr dərinlikdə yerləşib. [ad_2]

Daha çox

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

[ad_1] Bakının bir sıra yollarında tıxac müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 8.1-ci Göl kənarı…

Daha çox

“Google” Fransada külli miqdarda cərimələnib

[ad_1] Fransanın İnformatika və Azadlıqlar üzrə Milli Komissiyası (CNIL) “Google” şirkətini 325 milyon avro cərimələyib. SİA xəbər verir ki, informatika nəhəngi reklamlar və kukilərlə bağlı qanunvericiliyin tələblərini pozmaqda ittiham olunur. Bu, CNIL-in indiyədək tətbiq etdiyi ən böyük cərimədir. Daha əvvəl, 2022-ci ildə də şirkətə 150 milyon avro cərimə tətbiq edilmişdi. “Google” şirkəti Fransada üçüncü dəfə cərimələnir. Şirkətə qarşı 2020-ci ildə 100 milyon, 1il sonra isə 150 milyon avro cərimə tətbiq edilib. Hər 3 cərimənin səbəbləri demək olar eynidir. [ad_2]

Daha çox

Gümüşün qiyməti 42 dolları ötdü

[ad_1] “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarük üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti 2011-ci il sentyabrın 9-dan bəri ilk dəfə bir troya unsiyası üçün 42 dolları ötüb. SİA xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında deyilir. [ad_2]

Daha çox

ABŞ bu ölkə ilə vizasız rejimi dayandırdı

[ad_1] ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Argentina ilə vizasız rejim haqqında sazişin imzalanması prosesini dayandırıb. SİA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər verib. Belə ki, qərar artıq sənədi imzalamaq üçün Vaşinqtona gedən Argentina nümayəndə heyətini də təəccübləndirib. Nazirlik qərarın səbəbini isə hazırda lazımi imzalardan birinin olmaması və ölkə prezidenti Xavyer Meyli ilə bağlı korrupsiya qalmaqalı ilə əlaqələndirib. [ad_2]

Daha çox

Məhkəmə Harvard Universitetinin maliyyələşməsini bərpa edib

[ad_1] ABŞ-ın Boston şəhərində federal məhkəmə Harvard Universiteti üçün 2,2 milyard dollara yaxın federal qrantların bərpa edilməsi barədə qərar çıxarıb. SİA-nın məlumatına görə, qərara əsasən, 14 aprel 2025-ci il tarixindəki məktub əsasında Harvard Universitetinin maliyyələşdirilməsinin dondurulması ləğv edilib. 84 səhifəlik qərarda universitetin son illərdə antisemitizmdən əziyyət çəkdiyi bildirilsə də, bunun qrantın dayandırılması ilə heç bir əlaqəsinin olmadığı təsdiqlənib. Bu qərar 2 milyard dollardan çox qrantı dondurulması ilə bağlı Tramp administrasiyasının məktubuna qarşı Harvard Universitetinin məhkəmə iddiasına cavab olaraq verilib. [ad_2]

Daha çox

Almaniyada koalisiya hökuməti yeni iqtisadi və sosial islahatlara hazırlaşır

[ad_1] Almaniyada koalisiya hökumətdə yer alan tərəfdaş partiyalar – Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SPD) ölkənin iqtisadi və sosial problemlərinə birlikdə həll tapmaq niyyətində olduqlarını bəyan ediblər. SİA “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə koalisiya komitəsində aparılan müzakirələrdən sonra mətbuat nümayəndələri üçün brifinqdə məlumat verilib. Tərəflər müzakirələrdən sonra sənaye, avtomobil istehsalı və sosial dövlət sahələrində geniş islahatlar aparmaq barədə razılığa gəldiklərini açıqlayıblar. Federal Kansler Fridrix Merts çətin durumda olan polad sənayesini dəstəkləmək üçün sənaye və həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş keçirəcəyini…

Daha çox