[ad_1] “2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ kimi yadda qaldı. Bu əməliyyat təkcə separatçı silahlı qrupların zərərsizləşdirilməsi ilə məhdudlaşmadı, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət suverenliyinin tam bərpasını təmin etdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, bu səbəbdən əməliyyatı “lokal xarakterli antiterror əməliyyatı” ilə yanaşı, “Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatı” kimi təqdim etmək tarixi və siyasi baxımdan daha doğru və ədalətli yanaşmadır: “İlk növbədə, bu əməliyyat Azərbaycanın daxili işlərinə aid olan bir…
Daha çoxDay: September 4, 2025
“Böyük Qayıdış Azərbaycanın dövlətçilik tarixində strateji mərhələdir”
[ad_1] “Böyük Qayıdış” proqramı müasir Azərbaycan tarixində yalnız sosial layihə deyil, həm də strateji siyasi və milli dövlətçilik konsepsiyası kimi mühüm əhəmiyyət kəsb edir. Bu proses işğaldan azad olunmuş ərazilərə vətəndaşların mərhələli şəkildə geri dönüşünü təmin etməklə yanaşı, Azərbaycanın suverenliyini möhkəmləndirir və bölgədə dayanıqlı inkişafın əsasını qoyur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, Böyük Qayıdış milli həmrəyliyin gücləndirilməsində həlledici rol oynayır. Uzun illər doğma yurdlarından didərgin düşmüş on minlərlə insanın geri qayıtması onların sosial ədalət hissini bərpa edir, milli kimlik və birliyimizi möhkəmləndirir. Bu,…
Daha çoxQəzzada həlak olanların sayı 64 231 nəfərə çatıb
[ad_1] 7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 84 nəfər artaraq 64 min 231-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 84 nəfərin meyiti və 338 yaralı gətirilib. İsrail ordusunun 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlarda 11 min 699 fələstinli həyatını itirib, 49 min 542 nəfər isə yaralanıb. Son 24 saatda humanitar yardım üçün gözləyənlərin hədəfə alındığı hücumlarda 17 fələstinli həlak olub, 174 nəfər yaralanıb. [ad_2]
Daha çoxBeynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasından 33 il ötür
[ad_1] Bu gün BMT-nin əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasından 33 il keçir. BAMF 1992-ci il sentyabrın 4-də müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olaraq dövlət qeydiyyatına alınıb. BAMF media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və münaqişələrin həlli, qaçqın və məcburi köçkünlərlə iş, icmaların inkişafı və təhsil istiqamətlərində fəaliyyət göstərir. 1992-ci ildən fəaliyyət göstərən Fond medianın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına və informasiya şəffaflığının təşviqinə mühüm töhfələr verib. SİA xəbər verir ki, təşkilat öz statusundan istifadə edərək müxtəlif istiqamətlərdə, xüsusilə Azərbaycanın tarixi reallıqlarının çatdırılması ilə bağlı BMT-nin…
Daha çoxAzərbaycan XİN Portuqaliyaya başsağlığı verib
[ad_1] Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda “Qloriya” funikulyorunun relsdən çıxması nəticəsində baş vermiş qəzada ölənlərlə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə XİN “X”da paylaşım edib. “Baş vermiş faciəvi qəza bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, – deyə paylaşımda qeyd edilib. [ad_2]
Daha çoxƏfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2205-ə çatıb
[ad_1] Əfqanıstanın şərqindəki Kunar əyalətində bazar günü gecə baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2205 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “ToloNews” Əfqanıstan Müvəqqəti Hökumətinin sözçünün müavini Həmdullah Fitratın bazar günü Kunar əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayını açıqlayıb. Müvafiq olaraq, zəlzələdə ölənlərin sayı 2205-ə, yaralıların sayı isə 3640-a yüksəlib. Hesabatda qeyd olunub ki, Kunar vilayətinin Nur Gül, Savki, Çapa Dara və Manoqi də daxil olmaqla ən çox zərər çəkmiş bölgələrində xilasetmə işləri davam edir. Amerika Birləşmiş Ştatları Geoloji Xidməti avqustun 31-də Əfqanıstanda…
Daha çox“Su ehtiyatlarının qorunması üçün əsaslı islahatlara ehtiyac var”
[ad_1] “Azərbaycanın yeraltı su ehtiyatları təxminən 100 milyard kubmetr həcmində qiymətləndirilir. Bu su ehtiyatının böyük əksəriyyəti şirin su kimi istifadə olunur”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib. Onun sözlərinə görə, göstərici nəzərəçarpacaq olsa da, suyun istifadə sahələrində düzgün bölgü və idarəetmə problemləri ciddi çətinliklər yaradır: “Hazırda ehtiyatların böyük hissəsi içməli su kimi istifadə olunur. Halbuki suyun keyfiyyətinə görə texniki məqsədlərə daha uyğun olan hissəsi də mövcuddur. Bakı şəhərində su təchizatı əsasən Şollar bulaqlarından, həmçinin Oğuz-Qəbələ kəmərlərindən təmin edilir. Lakin bu qiymətli ehtiyatlar yalnız içməli su məqsədilə deyil, həm…
Daha çox“Yeni razılaşmalar münasibətlərin gələcəyini möhkəmləndirə bilər”
[ad_1] “Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələr həm siyasi, həm də iqtisadi aspektdən çoxşaxəli xarakter daşıyır və qarşılıqlı maraqlara əsaslanır”. Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib. Onun sözlərinə görə, hazırda tərəflər arasında münasibətlərin əsas istiqamətlərini enerji əməkdaşlığı, ticarət, nəqliyyat-logistika, təhlükəsizlik, insan hüquqları və mədəni-humanitar sahələr təşkil edir: “Ən mühüm istiqamət enerji sektorudur. Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya qaz ixrac edir və bu, Aİ üçün enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan Avropanın enerji diversifikasiyasında əsas tərəfdaşlardan birinə çevrilib. Bununla yanaşı, bərpa…
Daha çoxAMB ilin sonuna kimi uçot dərəcəsini sabit saxlayacaq
[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin sonuna kimi uçot dərəcəsini sabit saxlayacaq. SİA xəbər verir ki, bu barədə “Trading Economics” (TE) beynəlxalq iqtisadi statistika portalının AMB-nin uçot faiz dərəcəsi ilə bağlı yenilənmiş proqnozunda bildirilib. Belə ki, portal bu ilin üçüncü və dördüncü rübü üzrə proqnozunu 7,25%-dən 7,00%-ə endirib. Bu isə AMB-nin hazırki uçot dərəcəsinə uyğundur. Belə ki, Mərkəzi Bank bu ilin iyul ayında son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7%-ə endirib. AMB faiz dərəcəsi ilə bağlı növbəti qərarını isə sentyabr ayının 10-da açıqlayacaq. [ad_2]
Daha çox“Bu tarixi mərhələ bütün regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir”
[ad_1] “Azərbaycan ilə Ermənistan arasında Qarabağa görə olan münaqişə məhz antiterror əməliyyatlarından sonra bitdi deyə bilərik. Yəni artıq dönüş nöqtəsi oradan başladı. Məhz bundan sonra Azərbaycan artıq bütün cəbhə boyu diplomatik kanallarla hücuma keçdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, antiterror əməliyyatlarının əsas məqsədi Qarabağ ərazisində qalan qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi və Azərbaycanın konstitusiya quruluşunun bərpası idi: “Əməliyyatların qısa müddətdə, minimal itkilərlə və dəqiq hədəflərlə həyata keçirilməsi Azərbaycanın hərbi gücünü və operativ imkanlarını nümayiş etdirdi. Bu uğur eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanın öz ərazisində…
Daha çox