[ad_1] İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında iki püskürmə baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Antara News”un məlumatına görə, Semeru vulkanının müşahidə bürosunun rəsmiləri vulkanın eyni gündə iki dəfə püskürdüyünü bildiriblər. Səlahiyyətlilər, yerli vaxtla səhər saat 5:01-də baş verən püskürmənin təxminən 140 saniyə davam etdiyini, lakin vizual olaraq qeydə alınmadığını bildirib. İlkin püskürmədən sonra yerli vaxtla səhər saat 9:28-də 145 saniyə davam edən növbəti püskürmə baş verib. Rəsmilər dağdan püskürən külün təxminən 500 metr yüksəkliyə qalxdığını və cənub-qərbə doğru irəlilədiyini bildirib. Səlahiyyətlilər Semeru vulkanının “Xəbərdarlıq 2”…
Daha çoxDay: September 4, 2025
Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC-nin vəzifəli şəxsini 1000 manat cərimə edib. Bu barədə SİA-ya AMB-dən bildirilib. Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib. [ad_2]
Daha çox“Qarabağa artıq 50 mindən çox insan qayıdıb”
[ad_1] “Böyük Qayıdış çərçivəsində Qarabağda – Kəlbəcərdə, Laçında, Qubadlıda böyük işlər görülür. Orada həm infrastruktur layihələri həyata keçirilir, yollar çəkilir, geniş və müasir tunellər tikilir. Eyni zamanda sosial-məişət obyektləri, fabriklər tikilir, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa olunur”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib. Siyasətçinin sözlərinə görə, həmçinin yaşayış məskənləri – kəndlər və şəhərlər sıfırdan qurulur: “Ölkənin 20%-i ermənilər və onları himayə edən digər güclər tərəfindən viran edilib. İndi həmin ərazilərdə demək olar ki, hər şey sıfırdan yaradılır. Yollar da dağıdılıb, kəndlər və şəhərlər də viran qoyulub. Su…
Daha çoxNigeriyada sərnişin gəmisi batıb
[ad_1] Nigeriyanın Niger əyalətində sərnişin gəmisi batıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 29 nəfərin öldüyü bildirilir. Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin baş direktoru Abdullahi Baba-Arah verdiyi açıqlamada, ştatın Tuqan Sule bölgəsində sərnişin və həddindən artıq yük daşıyan gəminin çayda ağaca çırpılaraq batdığını deyib. Baba-Arah qeyd edib ki, ilkin məlumata görə, qəzada 29 nəfər həyatını itirib, 50 nəfər isə xilas edilib. Baba-Arah qayıqda təxminən 90 nəfərin olduğunu və ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Nigeriyada yağışlı mövsümdə çaylarda bəzən qayıq qəzaları baş verir. Bu yaxınlarda,…
Daha çoxƏmtəə bazarlarında qızılın qiyməti 3 600 dollardan aşağı enib
[ad_1] Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,3% azalaraq 3 588,22 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,69% azalaraq 41,35 ABŞ dolları olub. [ad_2]
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
[ad_1] Sentyabrın 3-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.05% – 45,271.23 bəndədək azalıb, S&P 500 indeksi 0.51% – 6,448.26 bəndədək, Nasdaq indeksi isə 1.02% – 21,497.73 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 3-də FTSE 100 indeksi 0.67% – 9,177.99 bəndədək, Almaniyanın DAX indeksi 0.46% – 23,594.80 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.86% – 7,719.71 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,10% azalaraq 1.1650 dollar təşkil edib. [ad_2]
Daha çoxPortuqaliyada tramvay relsdən çıxıb
[ad_1] Portuqaliyanın paytaxtı Lissabonda tramvayın relsdən çıxması nəticəsində beşi ağır olmaqla 15 nəfər ölüb, 18 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkə mətbuatında çıxan xəbərlərə görə, Lissabonun simvolik tikililərindən biri və məşhur turizm məkanı olan Gloria tramvayı yerli vaxtla saat 18:00 radələrində relsdən çıxıb. Qəzada on beş nəfər ölüb, beşi ağır olmaqla 18 nəfər yaralanıb. Portuqaliya prezidenti Marselo Rebelo de Sousa verdiyi açıqlamada qəzada ölən və yaralananları təsdiqləyib və kədərini ifadə edib. Sosial şəbəkələrdə yayılan videoda tramvaydan qalxan tüstü və insanların dağıntılar altından çıxarıldığı görünür. Bu arada…
Daha çoxSəmərqəndə uçan təyyarə Bakıda məcburi eniş edib
[ad_1] İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Aeroportdan SİA-ya verilən məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Məlumata görə, təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib. Qeyd edək ki, sərnişinlərin sağlamlığı…
Daha çoxFransada dəmiryolçular tətilə hazırlaşırlar
[ad_1] Fransada dəmiryolçuların 70 faizindən çoxunu birləşdirən 3 həmkarlar təşkilatı bu sahədə çalışanları kütləvi tətilə çağırıb. SİA “Figaro”ya istinadla xəbər verir ki, 3 təşkilat kütləvi tətil üçün sentyabrın 18-ni seçib. Onların başlıca tələbi 2026-cı il üçün dəmir yollarının büdcəsinin ixtisar edilməsidir. Parisdəki digər nəqliyyat şirkətlərinin həmkarlar təşkilatları da eyni tarixə kütləvi tətil təyin edib. [ad_2]
Daha çoxAzərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib
[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,37 ABŞ dolları və ya 1,92% azalaraq 69,88 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,25 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]
Daha çox