[ad_1] “Böyük Qayıdış proqramı Azərbaycanın son illərdə həyata keçirdiyi ən böyük tarixi missiyalardan biridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız dağıdılmış torpaqların bərpası deyil, həm də xalqın 30 illik həsrətinə son qoyan milli iradənin təntənəsidir. Azad edilmiş torpaqlarda beş il ərzində görülən işlər Azərbaycanın gücünü, imkanlarını və gələcəyə hesablanmış strategiyasını bir daha nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Deputat bildirib ki, ilk növbədə yollar, dəmir yolları, körpülər, elektrik və rabitə xətləri çəkildi: “Bu torpaqlara həyatın qayıdışı məhz infrastrukturla başladı. Füzuli, Zəngilan və Laçında…
Daha çoxDay: October 1, 2025
“Azərbaycanda bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır“
[ad_1] “İnsan hüquqlarının təmin olunması və müdafiəsi müasir dövrdə hər bir dövlətin inkişaf səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdən biridir. Azərbaycanda da bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Müstəqillik dövründə vətəndaşların konstitusion hüquqlarının reallaşdırılması istiqamətində ardıcıl və sistemli addımlar atılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, ən fundamental hüquqlardan biri olan doğulduğu yerdə yaşamaq hüququ uzun illər işğal nəticəsində pozulmuşdu: “Lakin torpaqlarımızın azad olunması, ərazi bütövlüyünün və suverenliyin təmin edilməsindən sonra təqribən 1 milyona yaxın insan öz təməl hüququna qovuşmuşdur. Bu fakt Azərbaycanın insan hüquqlarının…
Daha çoxAzərbaycan və Avstraliya arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar
[ad_1] Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində Avstraliya Senatının sədri Sue Lines ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, görüşdə G20 Parlament Sədrlərinin 11-ci Sammiti kimi parlament platformalarının ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı baxımından əhəmiyyəti qeyd olunub. Tərəflər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, coğrafi uzaqlığa baxmayaraq Azərbaycan və Avstraliya dost ölkələrdir. Ölkələrimizin mövcud siyasi əlaqələri parlamentlərarası təmasların da möhkəmləndirilməsini şərtləndirir. Qeyd olunub ki, parlamentlərimizin qarşılıqlı…
Daha çox“Böyüyə ehtiram xalqımızın mədəni kimliyinin ayrılmaz hissəsidir”
[ad_1] “Əsrlər boyu formalaşmış ənənələrimizdə böyüyə ehtiram xalqımızın mədəni kimliyinin ayrılmaz hissəsi olub. Hər bir dövrdə yaşlı nəsillərə hörmətlə yanaşmaq, onların sözünə qulaq asmaq, məsləhətlərini qəbul etmək cəmiyyətimizin mənəvi dayaqlarından birini təşkil edib”. Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, bu gün də həm dövlət, həm də cəmiyyət tərəfindən ahıllara diqqət və qayğı göstərilməsi davam etdirilir: “Dövlətin həyata keçirdiyi sosial müdafiə tədbirləri bu istiqamətdə xüsusi əhəmiyyət…
Daha çoxBakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
[ad_1] Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Qazaxıstanda keçirilmiş “New Silk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində Türkiyə və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri ilə “Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumunu imzaladıq. Bu sənəd BTQ marşrutunun daha sürətli və dayanıqlı, eyni zamanda, daha rəqabətədavamlı nəqliyyat xətti kimi inkişaf etdirilməsi üçün ortaq addımları müəyyən edir. Əsas hədəflərimiz BTQ xətti…
Daha çox“Prezidentin çıxışı ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı”
[ad_1] “Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı qalib ölkə liderinə yaraşan tərzdə oldu və dünya ictimaiyyətinə çox ciddi mesajlar verdi. Bu çıxış həm də Azərbaycanın BMT-dəki siyasi çəkisinin və nüfuzunun artdığını göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, cənab Prezident bir daha qeyd etdi ki, uzun illər ərzində Azərbaycanın əraziləri işğal altında qalmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi beş qətnamə yerinə yetirilməmişdi: “Lakin Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq özü təmin etdi, öz silahlı qüvvələrinin gücü ilə bu qətnamələrin icrasını…
Daha çoxUşağın psixoloqa ehtiyacı olduğunu necə anlamaq olar?
[ad_1] Uşaqların sağlam və harmonik inkişafı onların gələcək həyatında uğurlu və xoşbəxt olmaları üçün əsas şərtdir. Bu inkişafın düzgün istiqamətlənməsi və mümkün çətinliklərin erkən mərhələdə aşkarlanması üçün psixoloji dəstək böyük əhəmiyyət daşıyır. Bəs, uşağın psixoloqa ehtiyacı olduğunu necə anlamaq olar? Məsələ ilə bağlı “Ahəng” psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, ailə-uşaq psixoloqu Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, uşaqların müxtəlif yaş dövrlərində psixoloqa müraciət etməsi onların düzgün inkişafına nəzarət baxımından çox önəmlidir: “Psixoloqlar 3 yaşa qədər, 3-6 yaş və 6-11 yaş dövrlərində uşaqlarda həm inkişaf ləngimələrini, həm ümumi nitq…
Daha çoxYAP Səbail rayon təşkilatında “5 oktyabr – Müəllimlər Günü” münasibətilə tədbir keçirilib
[ad_1] Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə “5 oktyabr – Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev müəllimlərin cəmiyyətdə əvəzsiz rolunu vurğulayıb: “İnsanları müəllimlər tərbiyə edir, onların tövsiyələri insanları formalaşdırır. Müəllimlər bizə bilik, dünyagörüşü və nümunəvi dəyərlər qazandırır. Hər birimizin qəlbində müəllimlərin zəhməti və təsiri əvəzsizdir. Müəllimlər bizə vətəni sevməyi, xalqına sədaqətlə xidmət…
Daha çoxRegionlarda ədliyyə xidmətlərinə əlçatanlıq təmin olunur
[ad_1] Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir. Bu barədə SİA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayı ərzində nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Bələdiyyələrlə iş baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, Tibb baş idarəsi, İcra xidməti və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəhbərlikləri tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir və Gəncə regional ədliyyə idarələri ilə…
Daha çoxDövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib
[ad_1] Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ədliyyə Nazirliyinin əməkdaşları üçün növbəti təlim təşkil olunub. Təlim “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarları” mövzusuna həsr edilib. Akademiyadan SİA-ya bildirilib ki, tədbirdə Hüquq kafedrasının müəllimi hüquq elmləri doktoru, professor Asif Qədirovun məruzəsi dinlənilib. O, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə mövcud qanunvericiliyə edilmiş son dəyişiklikləri, bu dəyişikliklərin tətbiq mexanizmlərini və qiymətləndirmə meyarlarını izah edib. Qeyd olunub ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövlət idarəçiliyində şəffaflığın artırılması, peşəkar kadrların seçilməsi və onların potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirmənin məqsədi dövlət…
Daha çox