“İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi” mövzusu müzakirə olunub

[ad_1] COP29-da razılaşdırılmış ambisiyalı iqlim öhdəlikləri və Bakı Maliyyə Məqsədi üzrə mühüm nailiyyətlərə əsaslanan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində panel sessiyalar davam edir. Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günü “İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi – kənd təsərrüfatı, su, nəqliyyat, ağıllı şəhərlər, iqlim fəaliyyətində qadınların liderliyi” mövzusuna həsr olunub. SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi bu…

Daha çox

Polşa qorxur, yoxsa hiylə işlədir?

[ad_1] Polşanın Baş naziri Donald Tusk Ukraynanın müharibəsini öz müharibəsi hesab edir Avropa sərhədlərinə doğru yaxınlaşmaqda olan Rusiya-Ukrayna müharibəsi yeni diqqətçəkən məqamları üzə çıxarıb. Məlum olub ki, bəzi ölkələr, xüsusilə də Almaniya və Polşa Ukraynaya əzilən tərəf olduğuna görə yardım etmirlər. Əslində, sözügedən dövlətlər Ukraynaya edilən hərbi təcavüzü özlərinə qarşı olunan işğal siyasəti olaraq qəbul edirlər. Varşavada keçirilən Təhlükəsizlik Forumunda Polşanın Baş naziri Donald Tusk açıq şəkildə bəyan etdi ki, Ukraynadakı müharibə təkcə Kiyevin deyil, həm də Polşanın müharibəsidir. Yəni Polşa Ukraynanın müharibəsini öz müharibəsi hesab edir. Rəsmi Kiyevə hər…

Daha çox

Samuxda qanvermə aksiyası keçirilib

[ad_1] Samux rayonunda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib. SİA-nın bolgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin, Samux Rayon Mərkəzi Xəstəxanasının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən aksiyada tədarük olunan qan ehtiyatından hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə edilməsi nəzərdə tutulub. Donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının xüsusi tibbi briqadası tərəfindən yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Aksiyada 100-dən çox sakin iştirak edib. [ad_2]

Daha çox

Sabah 4 rayonda 70 minə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq

[ad_1] Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 530/377/325 mm-lik “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrinin təmir olunması ilə bağlı, oktyabrın 2-də saat 08:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında fasilə yaranacaq. Təmir işləri aparılan müddətdə İmişli rayonu tam olaraq (İmişli şəhəri daxil olmaqla, rayon üzrə 41 kənd, 2 qəsəbə, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 ədəd “Cəbrayıl Məcburi köçkünlər” qəsəbəsi, qeyri-yaşayış sahələri, cəmi…

Daha çox

ADRA: Gəncədə reklam daşıyıcıları yenilənib

[ad_1] Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən Gəncədə reklam daşıyıcıları texniki parametrlər, təhlükəsizlik göstəriciləri və şəhərsalma prinsipləri nəzərə alınmaqla yenilənib, eyni zamanda, şəhərin memarlıq-estetik simasına uyğunlaşdırılıb. ADRA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görülən tədbirlər açıq məkandakı reklam mühitində vizual çirklənmənin qarşısının alınmasına, şəhərin estetik bütövlüyünün təmin olunmasına, həmçinin reklam qurğularının xarici görünüşü və təhlükəsizliyinə xidmət edir. ADRA tərəfindən həyata keçirilən bu fəaliyyət açıq məkandakı reklam sahəsində hüquqi tənzimləmələrin tətbiqini gücləndirməklə yanaşı, şəhərlərin memarlıq görünüşünün qorunması və müasir tələblərə cavab verən reklam infrastrukturunun formalaşdırılması məqsədinə yönəlib. Bildirilib ki, ADRA…

Daha çox

“Böyük Qayıdış həm milli birliyi, həm də sabitliyi möhkəmləndirir”

[ad_1] “Böyük Qayıdış bir təbliğatdır və bu təbliğatın uğuru, onun necə aparıldığı, həmçinin Azərbaycana yaxın ölkələrin dəstək verməsi və Azərbaycanın həmin ölkələrdə təbliğatını gücləndirməsi çox şeydən asılıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, bu proqramların önəmi böyükdür, çünki onlar yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də Azərbaycanın mövqelərini möhkəmləndirir: “Ümumiyyətlə, bir müsəlman ölkəsinin son yüz ildə belə uğur qazanması nadir hadisədir. Müsəlman coğrafiyasının və ölkələrinin uzun illər ərzində yaşadığı çətinliklər məlumdur. Amma son yüz ildə ilk dəfə bir müsəlman ölkəsi – Azərbaycan – müharibədə tam şəkildə…

Daha çox

Sabah hava yağmursuz keçəcək

[ad_1] Oktyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar…

Daha çox

“Nöqsanları aradan qaldırmalıyıq”

[ad_1] Biz prokurorluqdakı nöqsanları görürük. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 oktyabr – Azərbaycan Respublikasının prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. “Bu nöqsanları araşdırmalıyıq və aradan qaldırmalıyıq”, – Baş prokuror qeyd edib. [ad_2]

Daha çox

Sülh müqaviləsinin şərtləri reallıqdan uzaq deyil

[ad_1] Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixdə, müasir dünyada görünməyən qələbələrə imza atdı. Azərbaycan BMT-nin 30 ilə yaxın müddətdə icra olunmayan qətnamələrinin icrasını həyata keçirdi və ərazi bütövlüyünü təmin etdi. Ölkəmiz heç zaman müharibə tərəfdarı olmayıb, biz ərazi bütövlüyümüz naminə mübarizə aparmağa məcbur olmuşuq. Son nəticədə məqsəd sülh idi. Sülh müqaviləsi də Azərbaycanın irəli sürdüyü şərtlər əsasındadır. Həmin şərtlər reallıqdan uzaq deyil. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun inzibati binasında keçirilən təntənəli…

Daha çox

Kəlbəcər və Şahdağa qar yağıb

[ad_1] Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazilərə-Kəlbəcər və Şahdağa isə qar yağıb. Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq (Quba) Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3…

Daha çox