[ad_1] Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Laçında işəgötürənlərlə görüş keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ramal Quluzadə və Hasil Abbasov, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə keçən görüş həmin ərazilərdə məşğulluq imkanlarının artırılması, sahibkarlarla əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsinə həsr olunub. Görüşdə işğaldan azad edilmiş ərazilərdə işəgötürənlərlə əməkdaşlıq…
Daha çoxDay: October 1, 2025
İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
[ad_1] Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. [ad_2]
Daha çoxİsrailin Qəzzaya hücumları nəticəsində 14 nəfər ölüb
[ad_1] Bu səhər İsrail hərbçilərinin Qəzza zolağına hücumları nəticəsində 14 nəfər həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu səhər saatlarında Qəzza zolağının şimal hissəsində Qəzza şəhərini və mərkəzi hissədə Nusayrat Qaçqınlar Düşərgəsini hədəf alıb. İsrail döyüş təyyarələri Qəzzanın şərqindəki Əd-Dərrac məhəlləsində Əbu Kamil adlı fələstinli ailənin evini bombalayıb. Hücum nəticəsində 7 nəfər həlak olub. Qəzzanın şərqindəki Zeytun məhəlləsində məcburi köçkünlərin sığınacağı olan əl-Fellah məktəbi vurulub. Hücum nəticəsində 6 nəfər həlak olub. İsrail qüvvələri Qəzza şəhərinin cənub-qərbində İslam Universitetinin ətrafındakı binaları atəşə tutub və bir çox binaya…
Daha çoxZərdabda ictimai dinləmə keçiriləcək
[ad_1] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabrın 10-u saat 15:00-da Zərdab rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçirəcək. Fondun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ictimai dinləmədə iştirak etmək istəyənlər DSMF-nin Zərdabda yerləşən qəbul şöbəsinə, eləcə də fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər. [ad_2]
Daha çoxAzərbaycan İƏT-in Mərkəzi Banklarının 7-ci Forumunda təmsil olunub
[ad_1] Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. SİA AMB-yə istinadən xəbər verir ki, sədr forumda “Ödəniş xidmətləri və sərhədsiz əməliyyatlar: praktik sessiyadan nəticələr” mövzusunda çıxış edərək ödəniş sistemləri və transsərhəd əməliyyatlara dair fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, qlobal maliyyə mənzərəsində ən dinamik, strateji əhəmiyyətli sahələrdən birinə çevrilmiş ödəniş sistemlərini müasir iqtisadiyyatın əsas sütunu adlandırıb, ödəniş xidmətlərinin, xüsusilə də transsərhəd ödənişlərin…
Daha çoxAzərbaycanın bütün uğurları, zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir
[ad_1] Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsindəyik. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azadddır, dirçəlir, mərhələli şəkildə sakinlərinə qovuşur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda, Şuşada, Xankəndidə üçrəngli Bayrağımızın dalğalanması idi. Təbii ki, bu gün sonsuz qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə qoyuldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar çağdaş Azərbaycan tarixinin faciəli səhifəsi kimi daim vərəqlənir. Həmin dövrdə Azərbaycan nəinki müstəqilliyini,…
Daha çoxCənubi Koreyada hava limanının işçiləri tətil edirlər
[ad_1] Cənubi Koreyada hava limanının həmkarlar ittifaqı işçiləri iş saatlarının və şəraitin yaxşılaşdırılması tələbi ilə müddətsiz tətilə başlayıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap xəbər agentliyinin məlumatına görə, təxminən 15 min hava limanı işçisini təmsil edən həmkarlar ittifaqlarının iştirakı ilə ölkə üzrə hava limanlarında tətillər keçirilib. Yerli vaxtla səhər saat 6:00-da başlayan tətildə işçilər iş saatlarının və şəraitin yaxşılaşdırılmasını tələb ediblər. Fəhlələr tələbləri yerinə yetirilənə qədər tətili davam etdirəcəklərini açıqlayıblar. İşçilərin bu gün axşam saatlarında paytaxt Seuldakı Gimpo Beynəlxalq Hava Limanında və İncheon Beynəlxalq Hava Limanında mitinqlər keçirməsi…
Daha çoxTürkiyədə 2.000-dən çox otel GSTC sertifikatı aldı
[ad_1] Türkiyə beynəlxalq miqyasda mühüm göstəriciyə imza ataraq2.000-dən çox mehmanxananın nüfuzlu GSTC (Qlobal DayanıqlıTurizm Şurası) sertifikatını əldə etməsini təmin edib. Bu günTürkiyə dünyada GSTC sertifikatlı yerləşmə obyektlərinin sayınagörə birinci yerdədir. SİA xəbər verir ki, 2022-ci ildə Türkiyə hökuməti ilə GSTC arasında imzalananəməkdaşlıq sazişi nəticəsində turizm sahəsində dayanıqlı inkişafçərçivəsi tətbiq olunmağa başladı. Bu təşəbbüslə Türkiyə, GSTC ilə milli proqram hazırlayan ilk ölkə kimi tarixə düşdü və digərdövlətlər üçün də nümunəyə çevrildi. Cəmi üç il ərzində 2.000-dən artıq otelin GSTC sertifikatı almasıölkənin qlobal turizm sektorunda dönüş nöqtəsi hesab olunur. Bu, yalnız Türkiyənin…
Daha çoxHeydər Əliyev Beynəlxalq Aeroportu qlobal innovasiya xəritəsinə qoşulub
[ad_1] Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin təhlükəsizliyi və komfortunu prioritet tutaraq daha bir strateji nailiyyətə imza atıb. Azərbaycanın əsas hava qapısı olan aeroportun texniki infrastrukturuna dünyanın qabaqcıl şirkətlərindən biri – “ResQtec” tərəfindən hazırlanmış “Rapid Recovery System (R2S)” texnologiyası əlavə olunub. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, aviasiya sənayesində “qızıl standart” sayılan “R2S” sistemi təyyarələrin yerüstü hərəkətini daha sabit və təhlükəsiz edir, uçuşların fasiləsizliyinə şərait yaradır. Texnologiyanın üstünlüyü ondadır ki, bütün proses tək addımla və kəsilmədən həyata keçirilir, əlavə müdaxilə ehtiyacını minimuma endirərək əməliyyatları daha çevik və…
Daha çoxDİN-in katerləri vasitəsilə Kür çayında fasiləsiz xidmət aparılır
[ad_1] III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Kür çayında gücləndirilmiş xidmət təşkil olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xidmətə əlavə katerlər və canlı qüvvə cəlb edilib. “Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər”, – deyə məlumatda bildirilir. [ad_2]
Daha çox