İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb

[ad_1] Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxundu, iki ölkə arasında artıq sülhün mövcud…

Daha çox

Ağ Ev… bu məqaləni şərh etməkdən imtina edib…

[ad_1] …Ağ Evin mətbuat katibi Carolyn Levitt, ABŞ-ın Rusiyadakı hədəflərə zərbələr endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verməyə hazır olması ilə bağlı “Wall Street Journal” xəbərinin doğruluğunu təsdiqləməkdən imtina edib. SİA-nın məlumatına görə, o, bu barədə Fox News telekanalında açıqlama verib. …Biz məxfi kəşfiyyatla bağlı məsələləri şərh etmirik. Bunu açıq şəkildə etmək məsuliyyətsizlik olardı. Bunu Levitt bildirib. Qeyd edək ki, bir müddət əvvəl “Wall Street Journal” xəbər vermişdi ki, Donald Tramp administrasiyası ilk dəfə olaraq Rusiyadakı enerji obyektlərinə raket zərbələri endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verməyə hazırdır. Qəzetin mənbələrinə görə, “Tomaqavk”…

Daha çox

Şəhid Şamo Rəhimovun xatirəsi anılıb…

[ad_1] 44 günlük Vətən müharibəsinin şəhidi Rəhimov Şamo Heydər oğlunun anım günündə məzarı ziyarət olunub. Onun şərəfli həyat yolu bir daha xatırlanıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhidin anım günündə ailəsi ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, qazilər, kənd ziyalıları və sakinlər iştirak ediblər. Çıxış edənlər Şamonun Vətənə sevgisindən, döyüşlərdə göstərdiyi şücaətdən danışıblar. Bildirilib ki, Şamo Rəhimov 1982-ci il sentyabrın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Şamo xidməti dövründə də fərqlənib. Sonra müddətdən artıq həqiqi hərbi…

Daha çox

İlham Əliyevin Kopenhagendə Emmanuel Makron ilə görüşü olub

[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi.…

Daha çox

Makron rus tankerlərini saxlamağa çağırıb…

[ad_1] O, Rusiyanın kölgə donanmasına təzyiqin artırılmasının “son dərəcə vacib olduğunu” bildirib… …Fransa prezidenti Emmanuel Makron Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində deyib ki, Avropa neft tədarükünü pozmaq üçün Rusiyanın kölgə donanmasına təzyiqi artırmalıdır. …Bu kölgə donanmasına təzyiqi artırmaq son dərəcə vacibdir, çünki bu, açıq şəkildə hərbi əməliyyatların maliyyələşdirilməsi imkanlarını azaldacaq. SİA-nın məlumatına görə, bunu Fransa lideri bildirib (AFP-dən sitat gətirir). O, təklif edib ki, “istəklilər koalisiyasına” daxil olan ölkələr Ukraynanı dəstəkləsinlər və bu istiqamətdə birgə fəaliyyətləri optimallaşdırmaq üçün NATO ilə koordinasiyada çalışsınlar. Makron bəyan…

Daha çox

Onlayn surdotərcümə xidmətindən 130-dək şəxs faydalanıb

[ad_1] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən artıq 130-dək şəxs faydalanıb. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyulun 28-dən Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan həmin xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edir. Beləliklə, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyası yerinə yetirilir. Yəni: • vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır; • operator tərcüməçi funksiyasını…

Daha çox

SOCAR-ın prezidenti “Uniper SE”nin baş kommersiya direktoru ilə görüşüb

[ad_1] SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Uniper SE”nin baş kommersiya direktoru, “Uniper Global Commodities SE”nin baş icraçı direktoru Karsten Poppinga ilə görüşü keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə SOCAR-dan bildirilib. Məlumata əsasən, görüşdə SOCAR ilə “Uniper” arasındakı uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, şirkətlərin strateji inkişaf hədəflərindən və əldə olunan nailiyyətlərdən bəhs edilib. Söhbət zamanı “Uniper” şirkətinin Azərbaycan qazını alıb Avropa bazarına çıxaran əsas tərəfdaşlardan biri qismində fəaliyyəti qeyd olunub, SOCAR-dan potensial əlavə qaz həcmlərinin alınması ilə bağlı…

Daha çox

Özbəkistanla Azərbaycan arasındakı qardaşlıq bağları xalqlarımızın tərəqqisinə xidmət etməkdədir

[ad_1] Şübhəsiz ki, Özbəkistan ilə Azərbaycan arasında mövcud olan ortaq qardaşlıq, bizi birləşdirən möhkəm dostluq bağları, müntəzəm xarakter almış ali səviyyəli səmərəli dialoqlarımız qardaş xalqlarımızın ümumi tərəqqisinə xidmət etməkdədir. SİA xəbər verir ki, bu fikir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb. Şavkat Mirziyoyev qeyd edib ki, xüsusilə son illərdə dövlətlərarası münasibətlərimizin tamamilə yeni tarixi mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktik ifadəsi kimi dəyərləndirilə bilər. [ad_2]

Daha çox

Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir

[ad_1] Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. SİA xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident Şavkat Mirziyoyevə ünvanladığı təbrik məktubunda yer alıb. “Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb. [ad_2]

Daha çox