[ad_1] …Kaliforniyada itkin düşən Renya Lyuisin cəsədi Valyexo evində gizli divarın arxasında tapılıb. SİA-nın məlumatına görə, şübhəli 41 yaşlı Duqlas İrvin Şou həbs edilib və törətdiyi cinayəti etiraf edib. Çoxgünlük axtarışın faciəvi sonu Şimali Kaliforniyanın kiçik Vallexo qəsəbəsini şoka salıb. Bir neçə gün əvvəl itkin düşən 28 yaşlı Renya Lyuisin cəsədi 14-cü küçədəki evdəki gizli çardaq girişinin arxasında tapılıb. Polisin sözlərinə görə, binada ilkin axtarış nəticəsiz olub, çünki məmurlar otaqları, şkafları və mümkün gizlənmə yerlərini yoxlayıblar, lakin itkin düşən qadının izinə rast gəlinməyib. Detektivlər yeni məlumatlar aldıqdan sonra hərtərəfli axtarış…
Daha çoxDay: October 2, 2025
“Azərbaycan yaxşı anlayır ki, bəzən niyyətlər uzlaşmasa da belə,…”
[ad_1] “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün Kopenhagenə səfəri yeni geosiyasi konfiqurasiyada qlobal mühitdə milli maraqlar naminə mühüm hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, xüsusən ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalar, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanmasından sonra 7-ci Zirvə toplantısına dövlət başçımızın…
Daha çoxUkrayna 185 müdafiəçini əsirlikdən azad edib…
[ad_1] Azad edilənlər arasında Mariupol və Azovstal bölməsinin müdafiəçiləri də var… …Geri qayıdan əsgərlərdən 183-ü sıravi, çavuş, ikisi isə zabitdir. Bunlar Silahlı Qüvvələrin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin əsgərləridir. SİA-nın əldə etdiyi məlumata görə, bunu Zelenski bildirib. Bundan əlavə, 20 mülki şəxs müdafiəçilərlə birlikdə geri qayıdıb. …Əsgərlərimiz Mariupolda, Azovstalda və Çernobıl Atom Elektrik Stansiyasında idilər. Əksəriyyəti 2022-ci ildən əsirlikdə idi və indi nəhayət öz evlərindədirlər. Bu mübadilələri mümkün edən hər kəsə təşəkkür edirəm, – prezident yazıb. Onun sözlərinə görə, tammiqyaslı işğal başlayandan bəri Ukrayna artıq…
Daha çoxSahibə Qafarova bir sıra görüşlər keçirib
[ad_1] Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak etmək üçün Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdədir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl, Sinqapur Parlamentinin sədri Seah Kian Penq, Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə görüşüb. Söhbətlərdə sammitin əhəmiyyəti vurğulanıb, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair…
Daha çox”İtaliya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir“
[ad_1] ”İtaliya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər sadəcə diplomatik çərçivədə qalmır, bu münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq üzərində qurulmuş bir əməkdaşlıq modelidir. Bu iki ölkə arasında nə vaxtsa ciddi narazılıq, qarşıdurma və ya siyasi gərginlik yaşanmayıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra Avropa ölkələri ilə münasibətlərini qurmaqda daim maraqlı olub: “Bəzən bəzi Avropa dövlətləri ilə yollarımız çəp gəlib, bizi anlamayıblar, biz də öz mövqeyimizi açıq şəkildə ortaya qoymuşuq. Amma İtaliya bu baxımdan…
Daha çoxBelarusla həmsərhəd olan Bryansk vilayətində benzin qıtlığı yaranıb…
[ad_1] Yanacaqdoldurma məntəqələrində məhdudiyyətlər var… …Benzin problemləri Rusiyanın Belarusla həmsərhəd olan Bryansk vilayətinə çatıb. SİA-nın məlumatına görə, Flagstok xəbər verir ki, yanacaq ya mövcud deyil, ya da məhdudlaşdırılıb. İlk hallar Bryanskda oktyabrın 1-də qeydə alınıb. Bəzi “Qazprom” və “Derjava” yanacaqdoldurma məntəqələri bütün benzinin (AI-92 və AI-95) qiymətini sıfırlayıb. Bu gün “Lux-Oil” yanacaqdoldurma məntəqəsində müştəriyə 1000 rus rublu (15-17 litr) kvota nəzərdə tutan lövhə görünüb. Xəbər şərhçiləri əmindirlər ki, bu, yanacaq qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlıdır. Əli Babayev [ad_2]
Daha çox“Azərbaycan xarici siyasətdə uğurlu addımlar atır”
[ad_1] “Azərbaycan Prezidentinin Danimarkaya səfəri və bu səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın diplomatik və xarici siyasət sahəsində yürütdüyü uğurlu siyasətin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib. O bildirib ki, xüsusilə də Danimarkada keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə Toplantısında iştirakı, bu tədbir çərçivəsində Avropa liderləri ilə baş tutan yaxın və sıx təmaslar Azərbaycanın çoxşaxəli xarici siyasətinin əsas göstəricilərindəndir: “Bu görüşlərdə aparılan danışıqlar zamanı Azərbaycanın müəllifi olduğu iri neft-qaz layihələri, iqtisadi əməkdaşlıq və siyasi sahədə gələcək perspektivlər əsas müzakirə mövzusu olub. Azərbaycan bu gün Avropanın enerji…
Daha çox“Azərbaycanın iqlim müxtəlifliyi alternativ enerji sahəsində böyük perspektivlər təqdim edir“
[ad_1] “İqlim dəyişikliyi ilə bağlı müzakirələrdə tez-tez Xəzər dənizinin səviyyə dəyişmələri iqlim amilləri ilə izah edilir. Lakin mütəxəssislər artıq təsdiq edirlər ki, Xəzərin səviyyəsində baş verən bu dəyişikliklər yalnız iqlim dəyişikliyi ilə bağlı deyil, geoloji və hidroloji proseslərin təsiri nəticəsində formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib. O bildirib ki, qlobal iqlim dəyişiklikləri isə əsrlər ərzində baş verən təbii bir prosesdir və daha geniş miqyasda qiymətləndirilməlidir: “Son illərdə Atlantik okeanından gələn hava kütlələrinin təsiri nəticəsində müəyyən quraqlaşma müşahidə olunur. Bu baxımdan tükənməkdə olan ənənəvi enerji ehtiyatlarımızın alternativlərini müəyyənləşdirmək…
Daha çox“3 oktyabr 1993-cü il seçkiləri Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu”
[ad_1] “3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Müstəqil Azərbaycan Respublikasının demokratiya və dövlətçilik tarixində başlanğıc nöqtəsi oldu. Bu seçkilər, ölkəmizin gələcək inkişaf yolunu müəyyən edən, xalqın öz iradəsini sərbəst şəkildə ifadə etdiyi mühüm siyasi hadisə kimi yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, 1993-cü ilə qədər davam edən hərc-mərcliyə, silahlı dəstələr vasitəsilə hakimiyyətə gəlmək ənənəsinə 3 oktyabr 1993-cü il tarixində son qoyuldu. Bu tarixdən etibarən Azərbaycan xalqı qanunçuluğa əsaslanan siyasi idarəetməyə üstünlük verdi, hakimiyyətin xalqın etimadına söykənməsinin vacibliyini bir…
Daha çox“Alkoqoldan asılı insanlar depressiyaya meyilli olurlar”
[ad_1] “Spirtli içkilər zərərli vərdişlər sırasında xüsusi yer tutur və insan sağlamlığına çoxşaxəli mənfi təsirlər göstərir. İlk növbədə, spirt mərkəzi sinir sisteminin fəaliyyətini zəiflədir. Xüsusilə 20–25 yaşadək gənclərdə bu təsir daha qabarıq şəkildə özünü göstərir və gələcəkdə yaddaş pozuntuları, Alzheymer xəstəliyi, eləcə də müxtəlif psixoloji problemlərə yol aça bilir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, uzunmüddətli spirt istifadəsi qaraciyər xəstəlikləri, o cümlədən sirroz və hepatit kimi ağır diaqnozlarla nəticələnə bilər: “Bununla yanaşı, alkoqol qan dövranını sürətləndirərək ürək-damar sistemində pozuntular…
Daha çox