“Danimarka səfəri iki ölkə münasibətlərində yeni mərhələ açdı”

[ad_1] “Azərbaycan Prezidenti İlham Əliyevin Danimarkaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və müzakirə edilən məsələlər, həm siyasi, həm də iqtisadi əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Danimarka ilə münasibətlərin strateji xəttini ilk növbədə Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi təşkil edir. Danimarka Avropanın aparıcı dövlətlərindən biridir və bu ölkə ilə qurulacaq əməkdaşlıq Azərbaycanın Avropa bazarına çıxış imkanlarını gücləndirir. Eyni zamanda, Azərbaycanın enerji sektorundakı rolu Danimarkanın alternativ…

Daha çox

Kağız dəvətnamələrin verdiyi xüsusi emosional dəyər indi itirmi?

[ad_1] Son illərdə toy dəvətnamələrinin kağız üzərində deyil, elektron formada göndərilməsi geniş yayılıb. İnsanlar yaxınlarını artıq WhatsApp üzərindən videoçarx, səsli və ya yazılı dəvətlərlə toylara çağırır. Bəziləri bu yeniliyi praktiki və sürətli hesab edir, digərləri isə kağız dəvətnamələrin verdiyi emosional təcrübəni darıxır. Bəs görəsən, gələcəkdə bütün toy dəvətnamələri tamamilə elektronlaşa bilərmi? Son illərdə elektron dəvətnamələr niyə bu qədər populyarlaşıb? Kağız dəvətnamələrin verdiyi xüsusi emosional dəyər indi itirmi? Məsələ ilə bağlı sosioloq Lalə Mehralı SİA-ya açıqlamasında bildirib ki, bu məsələ tənqid olunmalı və ya sıxışdırılmalı bir hal deyil: “Çünki informasiya əsrində…

Daha çox

İlham Əliyevin Aİ Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub. SİA xəbər verir ki, görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün…

Daha çox

DSK-nın sədri Ankarada İƏT-in Statistika Komissiyasının 14-cü sessiyasında iştirak edir

[ad_1] Cari ilin oktyabrın 1-də Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir. Komitədən SİA-ya verilən məlumata əsasən, oktyabrın 3-dək davam edəcək sessiya zamanı Statistika Komissiyasının son bir il ərzində fəaliyyəti və 2026-2030-cu illər üçün fəaliyyət proqramı nəzərdən keçiriləcək, eyni zamanda, məlumat əsaslı energetikaya keçidin təmin olunmasında milli statistika qurumlarının rolu, rəqəmsallaşma vasitəsilə milli statistika qurumlarının modernizasiyası,…

Daha çox

İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının Sədri ilə görüşü olub

[ad_1] Oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub. SİA xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi qeyd olundu və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər…

Daha çox

Pərviz Şahbazov Astanada bir sıra görüşlər keçirib

[ad_1] Energetika naziri Pərviz Şahbazov Astanada “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində bu ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev, energetika naziri Erlan Akkenjenov və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşlər keçirib. Nazirlikdən SİA-ya bildiriblər ki, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın həmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşdə qardaşlıq, dostluq və strateji tərəfdaşlığa əsaslanan və müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsinin 4,2 dəfə artaraq 500 milyon dollara çatdığı bildirilib. Birgə Hökumətlərarası Komissiyanın ticarət və iqtisadi əməkdaşlığımızın inkişafına təkan verən rolu qeyd…

Daha çox

Azərbaycan və Özbəkistan prezidentləri diplomatik münasibətlərin 30 illiyi ilə bağlı bir-birilərini təbrik edib

[ad_1] Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik edib. SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikində deyilir: “Hörmətli Şavkat Miromonoviç, Əziz Qardaşım, Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan və Özbəkistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur. Ortaq…

Daha çox

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

[ad_1] Builki tədris ilində də Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan və əsaslı təmir edilən məktəb və məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib. SİA xəbər verir ki, həmin layihələrdən biri Xətai rayonundakı 1384 yerlik məktəbdir. Tahir Bağırov adına 59 saylı tam orta məktəbin binası 1936-cı ildə inşa olunub. 89 il əvvəl tikilən bina artıq köhnəldiyindən və istifadəyə tam yararsız olduğundan yeni binanın inşasına zərurət yaranmışdı. Heydər Əliyev Fondu tərəfindən 2024-cü ildən məktəbin əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilib. Məktəbin 4 mərtəbəli korpusu 1036 yerlikdir. Burada sinif otaqları, fizika,…

Daha çox