Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir

[ad_1] Bu gündən Yevlax, İsmayıllı, Yardımlı, Siyəzən, Göygöl, Saatlı, Zaqatala və Xırdalanda vətəndaşlara səyyar xidmətin göstərilməsinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim olunması, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 – 14:00 arası isə nahar fasiləsidir. Yardımlı rayonunda fəaliyyət göstərən Səyyar…

Daha çox

Ötən ay Bakı metrosu ilə 20 milyona yaxın sərnişin daşınıb

[ad_1] “AZCON holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sentyabr ayında 19 milyon 965 min 597 sərnişin daşıyıb. QSC-dən SİA-ya bildirilib ki, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib. Nəticədə, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb. Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabrda qeyd edilib – 891 856 nəfər. Ən sakit gün isə 7 sentyabrda olub – 405 892 nəfər. [ad_2]

Daha çox

Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan-İtaliya münasibətlərini təcəssüm etdirir

[ad_1] “Bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.” Prezident İlham Əliyev sentyabrın 30-da ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatlarında səsləndirdiyi bu fikirlər iki ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq salır. Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan beynəlxalq münasibətlər sisteminin aktorları Azərbaycanın…

Daha çox

Müharibə iştirakçıları üçün kiçik bizneslər yaradılıb

[ad_1] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kişi bərbərxanası və s. fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Onlar göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər. Qeyd edək ki, Vətən müharibəsindən sonrakı dövrdə 13 min 350-dək, o cümlədən bu il 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün…

Daha çox

“Bank cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır”

[ad_1] “Bankların əsas məqsədlərini ümumiləşdirmək mümkündür. İlk növbədə, onların fəaliyyətinin mərkəzində təsisçilərin maraqlarını təmin etmək dayanır. Bankın sahibi olan təsisçilər yüksək mənfəət əldə etməyi hədəfləyir və bank da öz fəaliyyətini məhz bu istiqamətdə qurur. Mənfəətlilik prinsipi həm onların davamlı inkişafını, həm də bazarda mövqelərinin möhkəmlənməsini təmin edir”. Bu sözləri SİA-ya açıqlamasında İqtisadi resursların öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, digər mühüm məqsəd depozit sahiblərinə xidmət göstərməkdir: “Banka vəsait qoyan fərdi şəxslər və müəssisələr əmanətlərindən gəlir əldə etməyi gözləyirlər. Eyni zamanda, bank onların vəsaitlərini…

Daha çox

“Ulu Öndər Azərbaycanın siyasi həyatına peşəkar idarəetmə nümunəsi gətirdi“

[ad_1] “1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi, amma müstəqilliyin şirinliyini dada bilmədi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalları, Qərbi Azərbaycandan minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından qovulması, Bakıda hakimiyyət uğrunda çarpışmalar ölkəni faciəli bir duruma gətirdi. Qısa zaman kəsiyində hakimiyyət eşalonunda zəif iradə sahibi K. Bağırovu, milli hisslərdən uzaq Ə. Vəzirov, onu da xalqın gücünə etibar etməyən və ümidini Moskvaya bağlayan A. Mütəllibov, onu da idarəçilikdə təcrübəsi olmayan Ə. Elçibəy əvəz etdi. Sürət Hüseynovun qiyamı sonuncuları hakimiyyətdən saldı, Prezident Bakını gizlicə tərk edib Naxçıvanda məskunlaşdı”. Bu sözləri…

Daha çox

Azərbaycan Astanadakı beynəlxalq energetika tədbirində təmsil olunub

[ad_1] Qazaxıstanın paytaxtı Astana şəhərində qlobal energetika gündəliyinin əsas hadisələrindən biri olan “Kazakhstan Energy Week – 2025” və XVI “KAZENERGY” Avrasiya Forumunun açılışı olub. SİA xəbər verir ki, tədbirdə Qazaxıstan hökumətinin üzvləri, Mərkəzi Asiya ölkələrinin rəsmi nümayəndə heyətləri, beynəlxalq təşkilatların rəhbərləri, qlobal və milli enerji şirkətlərinin top-menecerləri, aparıcı ekspertlər, elmi ictimaiyyətin nümayəndələri iştirak edirlər. “KEW-2025” ən aktual enerji problemlərinin müzakirəsi, yeni həll yollarının işlənib hazırlanması, regional və qlobal əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli beynəlxalq platformadır. Bu il tədbirdə 50 ölkədən 2500-dən çox nümayəndə və 300-dən artıq böyük şirkətin təmsilçiləri iştirak edirlər.…

Daha çox