Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir

[ad_1] Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı. [ad_2]

Daha çox

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

[ad_1] Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 5-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrә) keçirəcək. DİM-dən SİA-ya bildirilib ki, imtahan vermək üçün 644 (KOSS – 131, MHBS – 307 , İSMUBS – 206) nəfər müraciət edib. İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə regional bölmənin inzibati binasında keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlər imtahanın demo versiyası ilə buradan tanış ola bilərlər. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və…

Daha çox

“Vergi yükü yalnız iqtisadi məsələ deyil”

[ad_1] “Vergi yükü yalnız iqtisadi məsələ deyil, həm də siyasi məsələdir. Dünyanın demokratik ölkələrində siyasi partiyaların əsasən vergi məsələsinə görə fraksiyalara bölünməsi təsadüfi deyil. Çünki vergi həm iqtisadiyyata, həm də insanların gündəlik həyatına birbaşa təsir göstərir. Əhalinin gəlirləri, istehlak imkanları və rifah səviyyəsi vergi siyasətindən asılıdır. Ona görə də vergi yalnız dövlətin gəlir toplama aləti deyil, həm də sosial ədalətin və siyasi münasibətlərin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib. Onun sözlərinə görə, Azərbaycanda bir sıra vergi növləri mövcuddur və onların təsiri əhali və şirkətlər üçün müxtəlif olur:…

Daha çox

AMB Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına tamhüquqlu üzv kimi qoşulub

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə bazarlarında istehlakçıların müdafiəsi üzrə qabaqcıl təcrübələrin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. AMB-dan SİA-ya bildirilib ki, bu istiqamətdə növbəti mühüm təşəbbüs Mərkəzi Bankın Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına (FinCoNet) tamhüquqlu üzv qismində qoşulması olub. Üzvlük çərçivəsində Mərkəzi Bank təşkilatın məsuliyyətli kreditləşmə, rəqəmsal maliyyə xidmətlərində istehlakçıların müdafiəsi, bazar davranışına nəzarət və risklərin qiymətləndirilməsi üzrə işçi qruplarında iştirak etmək hüququ qazanıb. Bundan əlavə, bu üzvlük beynəlxalq səviyyədə qəbul olunan siyasət sənədlərinin hazırlanması prosesinə cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri və tədqiqat bazasına…

Daha çox

Çernobıl Atom Elektrik Stansiyasında fövqəladə vəziyyət elan edilib

[ad_1] Ukraynanın Energetika Nazirliyi Çernobıl Atom Elektrik Stansiyasında bir neçə saat elektrik enerjisinin kəsilməsi barədə məlumat yayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Energetika Nazirliyinin sosial media hesabından edilən açıqlamada rusların Kiyev bölgəsindəki Slavutiç Elektrik Stansiyasına pilotsuz təyyarə ilə hücum təşkil etdiyi və hücuma görə bölgədəki Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin kəsilməsi səbəbindən fövqəladə vəziyyət elan edildiyi bildirilib. Ukrayna prezidenti Vladimir Zelenski məsələ ilə bağlı açıqlamasında elektrik kəsilməsinin üç saatdan çox davam etdiyini vurğuladıb: “Bu, ətraf mühiti stansiyanın dördüncü enerji blokunun qalıqlarından, həmçinin radioaktiv zibil və tozdan,…

Daha çox

“Nəqliyyata ayrılan xərclərin yüksəlməsi sosial narazılıq yarada bilər”

[ad_1] “İctimai nəqliyyatda qiymət artımı məsələsi yalnız sərnişinlərin gündəlik xərclərinə deyil, həm də ümumi nəqliyyat infrastrukturunun inkişafına birbaşa təsir göstərən mövzudur. Qiymətlərin yüksəlməsinin bir neçə əsas səbəbi var. İlk növbədə, yanacaq və enerji daşıyıcılarının qlobal bazarda bahalaşması ictimai nəqliyyat şirkətlərinin əsas xərclərini artırır. Məsələn, avtobus parklarının istismarında yanacaq məsrəfləri ümumi xərclərin böyük hissəsini təşkil edir və bu istiqamətdə baş verən hər bir artım bilavasitə sərnişin daşımalarının maya dəyərinə yansıyır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, sürücülərin əməkhaqqı fondunun…

Daha çox

BMT Baş Katibinin 2025-ci il hesabatında BTQ-nin fəaliyyəti qeyd olunub

[ad_1] Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatı BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair məruzədə qeyd olunub. xəbər verir ki, bu barədə BTQ məlumat yayıb. Bildirilib ki, Baş katibin hesabatında BTQ məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi adı qeyd olunub. Xatırladaq ki, 2025-ci ilin mayında BMT Baş katibinin hesabatında təşkilatın fəaliyyətinə istinad olunması bir daha təsdiqləyir ki, BTQ beynəlxalq miqyasda etimad olunan tərəfdaşdır və kolonializmə məruz…

Daha çox

Filippində baş verən zəlzələdə ölənlərin sayı 72 nəfərə çatıb

[ad_1] Filippinin Sebu vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 72 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Filippinin Təbii Fəlakətlərin Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Şurası məlumat yayıb. Məlumata görə, zəlzələ nəticəsində, həmçinin 294 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Sebu vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi elan olunub. İlkin qiymətləndirməyə əsasən, yeraltı təkanlar 87 infrastruktur obyektini və 597 yaşayış evini zədələyib. Qeyd edək ki, sentyabrın 30-da yerli vaxtla saat 21:59-da Filippində 6,9 ballıq zəlzələ baş verib. [ad_2]

Daha çox