“Qida əlavələrinin istehsalı insan sağlamlığına təsir göstərir”

[ad_1] “Qida əlavələrinin istehsalı insan sağlamlığına iki yolla təsir göstərir. Onlardan biri — təbii mənbələrdən, təbii yollarla ekstraksiya və sonrakı texnoloji emal vasitəsilə; digəri isə kimyəvi sintez yolu ilə təbii qida əlavələrinin əldə olunmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Elsəvər Fərzəliyev deyib. Onun sözlərinə görə, təbii texnoloji üsullarla əldə edilən qida əlavələrinin qida məhsullarına əlavə edilməsi, onların insan orqanizminə müsbət təsir göstərməsi və müəyyən tələbatları ödəməsi normal və qəbulolunan sayılır: “Lakin kimyəvi sintez yolu ilə əldə edilən qida əlavələri — o cümlədən proteinlər, protein tozları, qida boyaları, tatlandırıcılar (şirinləşdiricilər),…

Daha çox

Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir

[ad_1] Ötən il Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanan Memorandum çərçivəsində həyata keçirilən və qızların təhsilini stimullaşdıran “Arzumuz var!” layihəsi öz məqsədinə çatıb. SİA xəbər verir ki, layihə çərçivəsində paytaxt Bakı, Qusar, Göyçay, Ağcabədi, İsmayıllı, Qax, Xocalı, Qəbələ və Lənkəranda yaşayan, aztəminatlı ailələrdən olan qızların universitetə hazırlıq xərcləri üçün təqaüd verilib. Bu il məktəbli təqaüdçülərdən 5 nəfəri ali məktəbə daxil olub. Onlardan Zeynəb Əliyeva ADPU-nun ibtidai sinif müəllimliyi, Xəyalə Mürsəlova BSU-nun tərcüməçilik, Əminə Abdullayeva AZMİU-nun dizayn, Aysel Cavadova BDU-nun ekologiya mühəndisliyi,…

Daha çox

ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib

[ad_1] Bu ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib. Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən SİA-ya verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. Hərbi vəzifəlilərlə müxtəlif mövzularda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb. Toplanış çərçivəsində günün nizam qaydasına uyğun fəaliyyətlər icra…

Daha çox

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan silsilə tədbirlər keçirilib

[ad_1] Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şimal-qərb və Aran Regional Dövlət Yanğın Nəzarəti idarələrində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər təşkil edib. Bu barədə SİA-ya nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib. Məlumata görə, tədbirlərdə çıxış edənlər bildiriblər ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin…

Daha çox

“Azərbaycan türk dünyasının diplomatik mərkəzinə çevrilir”

[ad_1] “Qəbələdə bu gün keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə bütün türk dilli dövlətlərin nümayəndə heyətləri iştirak edir. Bu, çox önəmli hadisədir – toplantıda tam heyətlə iştirak edirlər. Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi qismində, Macarıstanın Baş naziri Viktor Orban isə xüsusi qonaq kimi qatılıb. Bu fakt toplantının nə qədər böyük əhəmiyyət daşıdığını və beynəlxalq səviyyədə diqqət mərkəzində olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi sözlərinə belə davam edir: “Toplantı “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilir. Müasir dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyətdə…

Daha çox

Hər şeyə çatmalıyam təzyiqi

[ad_1] Müasir cəmiyyət sürətlə dəyişir və bu dəyişiklik yalnız texnologiya və iqtisadiyyatla məhdudlaşmır. İnsanların gündəlik həyatına, düşüncə tərzinə və emosional dünyasına dərindən təsir edir. Xüsusilə gənc nəsil, həm sosial, həm də professional sahələrdə “hər şeyə çatmalıyam” mədəniyyətinin ağır yükünü daşıyır. Bu mədəniyyət insanı yalnız fiziki fəaliyyətlərlə deyil, həm də emosional və sosial performansla ölçülməyə vadar edir. Hər bir sosial status, hər bir uğur, hər bir paylaşılan şəkil bir növ “qiymətləndirmə sistemi” rolunu oynayır və nəticədə gənclər özlərini daim müqayisə etmək məcburiyyətində qalır. Sosial media bu təzyiqi gücləndirən əsas amillərdən biridir.…

Daha çox

Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır

[ad_1] Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında söyləyib. “Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”, – deyə dövlətimizin başçısı əlavə edib. [ad_2]

Daha çox

Nazir müavini bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib

[ad_1] Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Oktyabrın 7-də nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən İmişli, Lənkəran və Şəki regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, videoqəbulda İcra xidmətinin fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşların müraciətləri dinlənilib, onlara qanunvericiliyin tələbləri ətraflı izah…

Daha çox

Bolqarıstanın Aqrar İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

[ad_1] Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının Aqrar İqtisadiyyat İnstitutu (IAE) arasında görüş keçirilib. Gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Mərkəzin direktor müavini Namiq Şalbuzov, direktorun müşaviri Pərviz Əliyev, Aqrar İqtisadiyyat İnstitutunun direktoru, professor Bojidar İvanov və İnstitutun əməkdaşı, professor Xrabrin Başev iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, Namiq Şalbuzov Aqrar Tədqiqatlar Mərkəzi haqda geniş məlumat verib, Mərkəzin həm aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsində, həm də bu sahədə elmi tədqiqat işlərinin aparılmasında, tədqiqatçıların…

Daha çox