[ad_1] çıxışı -Hörmətli dövlət və hökumət başçıları. Əziz dostlar. Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi. İlk növbədə, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm. Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək…
Daha çoxDay: October 7, 2025
Azərbaycanda əmək sahəsinə aid yeni dövlət standartları qəbul edilib
[ad_1] Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əmək sahəsində 41 yeni dövlət standartı qəbul edilib. SİA AZSTAND-a istinadla xəbər verir ki, yeni dövlət standartları aşağıdakılardır: -AZS EN 1497:2025 “Fərdi yıxılmadan mühafizə avadanlıqları – Xilasedici kəmərlər”” -AZS EN 14126:2025 “Qoruyucu geyim – İnfeksion törədicilərə qarşı qoruyucu geyim üçün texniki səmərəlilik tələbləri və sınaq üsulları” -AZS EN 17353:2025 Qoruyucu geyimlər – Orta riskli vəziyyətlər üçün daha yaxşı görünmə qabiliyyətinə malik avadanlıqlar- Sınaq üsulları və tələblər -AZS ISO 12402 – 2:2025…
Daha çox“Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız iqtisadi deyil,…”
[ad_1] “Zəngəzur dəhlizi regional geosiyasi balanslara ciddi təsir göstərir. Əvvəlcə qeyd edək ki, artıq Cənubi Qafqazda Zəngəzur dəhlizi ilə bağlı yeni geosiyasi reallıq yaranıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi və sonrakı antiterror əməliyyatı Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Bu, Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq güc mərkəzlərinin mövqeyini dəyişdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Cəbrayılov deyib. Onun sözlərinə görə, əvvəllər bu dəhlizi “qırmızı xətt” sayan bəzi dairələr artıq onu təhlükə kimi görmür. Bu isə göstərir ki, əvvəllər təhlükə kimi təqdim edilən məsələlər əslində bəhanə idi: “10 noyabr…
Daha çox“Süni intellekt iqtisadiyyatdan iqlim böhranına qədər hər bir sahəyə təsir göstərməkdədir”
[ad_1] “Süni intellekt iqtisadiyyatdan iqlim böhranına qədər hər bir sahəyə təsir göstərməkdədir”. SİA xəbər verir ki, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) Türkiyə nümayəndə heyətinin üzvü Nazım Maviş qurumun Parlament Assambleyasının Milli Məclisdə keçirilən Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında deyib. O, Türkiyənin bu transformasiyanın fərqində olduğunu vurğulayıb: “Biz Türkiyə olaraq bu istiqamətdə iki mindən çox araşdırma və təkmilləşdirmə üzrə layihəyə dəstək göstərmişik. Eyni zamanda, Türkiyə Böyük Millət Məclisi səviyyəsində süni intellekt üzrə araşdırma komissiyası yaradaraq bu yöndə bir sıra mühüm işlər icra etmişik”. Türkiyəli nümayəndə ölkəsinin…
Daha çoxDSX Hərbi Prokurorluqla birgə maarifləndirici tədbir keçirib
[ad_1] Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsində “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr” və “Hərbi xidmət əleyhinə olan cinayətlər” mövzularında maarifləndirici tədbir təşkil olunub. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki, DSX-nin hərbi qulluqçularının və Respublika Hərbi Prokurorluğunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər dini radikalizmin dövlət təhlükəsizliyinə, ictimai-siyasi sabitliyə, habelə ordu sıralarında nizam, intizam və vətənpərvərlik ruhuna mənfi təsirləri barədə ətraflı…
Daha çox“Süni intellekt hələ də inkişaf mərhələsindədir”
[ad_1] “Süni intellekt hələ də inkişaf mərhələsindədir, onun bir sıra sahədə törədəcəyi fəsadlar da məlum deyil”. SİA-nın verdiyi məlumata görə, bunu Bolqarıstanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Petar Kanev oktyabrın 7-də Milli Məclisdə QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında deyib. Onun sözlərinə görə, Bolqarıstanda rəqəmsal texnologiyalara nəzarət mexanizmi üzərində iş gedir: “Biz başa düşməliyik ki, süni intellekt fürsət və risk vəd edir. Bu mənada insanların təməl hüquqlarının qorunmasını təmin etməliyik”. O, süni intellektin cəmiyyətə lazım olduğunu, lakin ilk növbədə tələbatın təbii intellektə…
Daha çoxCOP29 Sədrliyi bu gün Londonda dəniz səviyyəsində dəyişikliklərin təsirləri barədə tədbir keçirəcək
[ad_1] COP29-un Sədrliyi dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr mövzusunda Londonda Britaniya Millətlər Birliyi Katibliyi ilə birlikdə tədbir keçirəcək. SİA xəbər verir ki, tədbirdə dəniz səviyyəsindəki dəyişikliklərin yaratdığı ekoloji, iqtisadi və humanitar çağırışlar diqqət mərkəzində olacaq. Bu, Azərbaycan Respublikasının Birlik Katibliyi ilə tərəfdaşlığında mühüm bir mərhələdir. [ad_2]
Daha çoxSabah hava əsasən yağmursuz olacaq
[ad_1] Azərbaycanda oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19, gündüz 20-25 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85, gündüz 55-65 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz…
Daha çox“Avtomatlaşdırma kütləvi işsizliyə səbəb ola bilər”
[ad_1] “Gələcəyə getməyə ehtiyac yoxdur – artıq bu dəyişikliklərin müəyyən təsirlərini bu gün də görürük. Çox yaxın zamanda isə bir çox peşə sahiblərinin işlərini itirəcəkləri proqnozlaşdırılır. Məsələn, süni intellekt əsaslı cihazların yaradılması, xüsusilə də nağdsız ödəniş aparatları, onlayn ödəmələr və bu kimi texnologiyalar artıq bank sektorunda işsizliyə səbəb olmağa başlayıb. Vətəndaşlar indi kommunal haqları və kredit ödənişlərini banklara getmədən, onlayn şəkildə həyata keçirə bilirlər. Əvvəllər isə bu məqsədlə banklara və ya poçtlara üz tuturdular. Bu isə bank sahəsində müəyyən ixtisarlara gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.…
Daha çoxQDİƏT-in növbəti komitə iclası Albaniyada keçiriləcək
[ad_1] Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 66-cı iclası Albaniyada keçiriləcək. SİA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasındakı çıxışında deyib. O bildirib ki, komitənin növbəti iclası 2026-cı ilin mart ayında təşkil olunacaq. [ad_2]
Daha çox