[ad_1] Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin növbəti iclasının keçiriləcəyi yer və tarix açıqlanıb. SİA-nın verdiyi məlumata görə, bununla bağlı komitənin oktyabrın 7-də Milli Məclisdə keçirilən 65-ci iclasında qərar qəbul edilib. Qərara əsasən, QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 66-cı iclası gələn ilin mart ayında Albaniyada keçiriləcək. [ad_2]
Daha çoxDay: October 7, 2025
“Kənd təsərrüfatı istehsalının artması ölkənin ərzaq təhlükəsizliyini təmin etməyə imkan verir”
[ad_1] “Kənd təsərrüfatının inkişafı hər bir ölkənin iqtisadi sabitliyinin, sosial rifahının və dayanıqlı inkişafının əsas sütunlarından biridir. Bu sahə təkcə ərzaq təminatının və məşğulluğun artırılması ilə məhdudlaşmır, həm də ölkənin maliyyə sabitliyi, ixrac potensialı, regional inkişafı və ümumi sosial rifahı üçün strateji əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı istehsalının artması ölkənin ərzaq təhlükəsizliyini təmin etməyə imkan verir. Yerli məhsulların həcminin yüksəlməsi idxaldan asılılığı azaldır, bu isə ölkə iqtisadiyyatını qlobal bazarlarda baş verən qiymət dəyişikliklərindən və tədarük risklərindən qoruyur: “Öz məhsuluna…
Daha çoxİlham Əliyev Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşüb
[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. SİA xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşləri, həmçinin onun bu ilin iyulunda ölkəmizə səfəri məmnunluqla xatırlandı. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, bu sammitin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və xalqlararası əlaqələrin daha…
Daha çox“Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi” sərgisi
[ad_1] Oktyabrın 5-də Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərindəki “Křížovnické náměstí” (“Xaçlı Meydanı”) meydanında “Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi” layihəsi çərçivəsində sərgi keçirilib. Bu barədə təşkilatın mətbuat xidmətindən SİA-ya daxil olan məlumatda deyilir ki, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, sərginin mövzusu repatriasiya — xaricdəki şəxslərin, o cümlədən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların könüllü və ya məcburi şəkildə mənşəcə olduğu öz yerlərinə və ya vətəndaşlıqları…
Daha çoxQDİƏT PA-nın 65-ci iclasında tövsiyə qərarı qəbul olunub
[ad_1] Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında tövsiyə qərar layihəsi müzakirə olunub. SİA xəbər verir ki, qərar layihəsini QDİƏT PA-nın Sosial və Humanitar siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Musa Quliyev təqdim edib. Müzakirələrdən sonra tövsiyə qərarı qəbul olunub. Sonra Qara dəniz ölkələrinin qurumdakı fəaliyyəti haqqında məlumatlar verilib. [ad_2]
Daha çoxBirinci yarımilə verilmiş sığorta ödənişləri 87 milyon manat artıb
[ad_1] Cari ilin birinci yarımilinə verilmiş sığorta ödənişləri ötən ilin müvafiq dövrünə nisbətdə 25 faiz (87 milyon manat) artaraq 432 milyon manata çatıb. SİA xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. O qeyd edib ki, sığorta ödənişlərinin 70 faizi həyat sığorta siniflərindən, 30 faizi isə qeyri-həyat sığorta siniflərindən formalaşıb. “Birinci yarımil ərzində həyat sığortası üzrə sığorta ödənişləri 29 faiz artaraq 303 milyon manat, qeyri-həyat sığortası üzrə isə 16 faiz artaraq 129 milyon manat təşkil edib.…
Daha çoxTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
[ad_1] Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 7-də Azərbaycana səfərə gəlib. SİA xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar. [ad_2]
Daha çoxAzərbaycanda fiziki şəxslərin müddətli depozitlərinin həcmi açıqlanıb
[ad_1] Fiziki şəxslərin müddətli depozitləri artıb. SİA xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. A.Həsənov qeyd edib ki, cari il ərzində fiziki şəxslərin müddətli depozitləri 9,4 faiz və ya 0,81 milyard manat artaraq 9,4 milyard manata çatıb. “Eyni zamanda, tələbli depozitlər 0,8 faiz və ya 0,05 milyard manat azalaraq 5,65 milyard manat təşkil edib. Azərbaycan banklarında müddətli unikal əmanətçilərin sayı da artaraq 11,7 faiz yüksələrək 168 min nəfəri ötüb. Bank sektoru yüksək mənfəətlilik fonunda 368…
Daha çoxBu il 40 min 400 nəfərə əlillik təyin olunub
[ad_1] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 40 min 400 nəfərə əlillik təyin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 18 min 300-nə ilkin, 22 min 100-nə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. [ad_2]
Daha çoxII Azərbaycan Halal Biznes Forumu çərçivəsində sənədlər imzalanıb
[ad_1] Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində iki sənəd imzalanıb. SİA xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Bilişim Vadisi Bakı İqlim Bəyanaməsinə dəstəyini ifadə edib. Sənəddə “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl sahibkarlıq” kimi istiqamətlər üzrə maarifləndirici tədbirlərin və ortaq təşəbbüslərin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Blişim Vadisinin baş meneceri Erkam Tüzgen imzalayıblar. Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı…
Daha çox