Hər iki ölkənin biznes əlaqələri üçün böyük potensial var

[ad_1] Bu gün keçirilən tədbirdə Almaniyanın 40-dan çox iş adamı və biznes strukturunun nümayəndəsi iştirak edir. Konfrans çərçivəsində özəl sektorun qarşılıqlı əlaqələrinin genişləndirilməsi və potensial imkanlar müzakirə ediləcək. SİA xəbər verir ki, bunu Almaniya-Azərbaycan Ticarət Palatasının sədri Narqis Viek (Nargis Week) Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransında çıxış edərkən deyib. O bildirib ki, Almaniya biznesi dəqiqlik və şəffaflığa daha çox üstünlük verir. “Azərbaycan qanunvericiliyi burada şəffaf biznes qurmağa əhatəli imkanlar yaradıb. Konfransda hər iki tərəfin iş adamlarının tanış olması, əlaqələr yaratması üçün əlverişli zəmin hazırlanıb. Bu imkandan yararlanmaq lazımdır.…

Daha çox

Bu ilin doqquz ayında proaktiv qaydada müavinət və təqaüd təyin olunanların sayı açıqlanıb

[ad_1] Bu ilin yanvar-sentyabr ayları ərzində 118 min 600 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, bunun 51,68 faizini kişilər, 48,32 faizini isə qadınlar təşkil edib. [ad_2]

Daha çox

TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra vacib sənədlər təsdiq edilib

[ad_1] Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir sıra vacib sənədlər təsdiq edilib. SİA xəbər verir ki, iclasda qəbul olunan sənədlər TDT-nin institusional əsaslarının möhkəmləndirilməsinə, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. İclasda aşağıdakı qərarlar qəbul olunub: 1. Türk Akademiyasının Prosedur Qaydalarının 1-ci və 4-cü maddələrinə düzəliş edilməsi haqqında Qərar; 2. Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi haqqında Qərar; 3. Türkmənistana Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi haqqında Qərar; 4. TDT Katibliyinin 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi…

Daha çox

“Halal sənayenin inkişafı istiqamətində mühüm addımlar atılır”

[ad_1] “Hazırda ölkəmizdə qida təhlükəsizliyi sahəsində mövcud normativ tələblərə uyğunluğun qiymətləndirilməsi məqsədilə mütəmadi nəzarət və monitorinq tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində halal təsnifatlı məhsullar da xüsusi nəzarətdə saxlanılır”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda səsləndirib. Qoşqar Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi İnstitutu artıq Türkiyə Respublikasının Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunub və İslam ölkələrinin standartlaşdırma orqanlarının qəbul etdiyi meyarlar əsasında fəaliyyət göstərir: “Bu, halal sertifikatlaşdırma xidmətlərinin beynəlxalq səviyyədə tanınmasını təmin edir. İnstitutda halal sertifikatlaşdırma…

Daha çox

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

[ad_1] Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Bu barədə SİA-ya nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonunun ərazisində yerləşən 92 və 262 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsində, Xızı rayon Sitalçay 1 nömrəli və Abşeron rayon Pirəküşkül kənd tam…

Daha çox

Energetika Nazirliyinin “Çağrı Mərkəzi”nə olan müraciətlərin statistikası açıqlanıb

[ad_1] Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 5635 zəng qəbul edilib. Nazirlikdən SİA-ya bildirilib ki, daxil olan zənglərin 4500-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 500-ü təşəkkür xarakterli, 635-i isə digər məsələlərlə bağlı olub. Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb. Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin 974 – Çağrı Mərkəzi və…

Daha çox

Dünyanın məşhur idmançıları Türkiyənin Qara dəniz bölgəsinə toplaşdı

[ad_1] Türkiyənin aypara formasında coğrafiyası ilə seçilən Qaradəniz bölgəsi, təbii gözəlliklər axtaran səyahətçilər üçündünyanın aparıcı istiqamətlərindən biri kimi tanınır. Gur meşələri, çağlayan şəlalələri, təravətli havası və yaşıl yaylalarıilə bu bölgə açıq hava fəaliyyətləri üçün ideal şərait yaradır. Son zamanlar, Qara dəniz bölgəsi nüfuzlu KAÇKAR BY UTMB dağ ultramarafonuna ev sahibliyi edərək turizm vəmacəra idmanları sahəsindəki potensialını bir daha nümayişetdirdi. SİA xəbər verir ki, beş qitədə 50-dən çox ölkədə keçirilən UTMB DünyaSeriyası, Türkiyəyə ilk dəfə 26–28 sentyabr tarixlərində Rizevilayətinin Çamlıhemşin rayonunda yerləşən gözəl Kaçkardağlarında baş tutan KAÇKAR BY UTMB yarışı ilə…

Daha çox

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

[ad_1] Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 7-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Xidmətdən SİA-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 6-da bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Xızıda 20, Bakıda və Abşeron yarımadasında 19 metrədək güclənib. [ad_2]

Daha çox

“Halal sənayesi bu gün qlobal dayanıqlılığın və etik dəyərlərin əsas mənbəyinə çevrilir”

[ad_1] “II Azərbaycan Halal Biznes Forumu Azərbaycan Respublikasının gözəl şəhərində keçirilir. İlk növbədə, Azərbaycan Hökumətinə, xüsusilə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA), CESREC və CIMIC təşkilatlarına bu forumun yüksək səviyyədə təşkilinə və onun uğurla keçirilməsi üçün yaradılmış şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Həmçinin foruma qatılan bütün iştirakçıları səmimiyyətlə salamlayıram. Sizin iştirakınız bu tədbiri daha da mənalı və əlamətdar edir”. SİA xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi, Səudiyyə Ərəbistanını təmsil edən dr.Saleh Əl-Suhan 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda çıxışı zamanı…

Daha çox

“Azərbaycan İƏT məkanında etibarlı iqtisadi tərəfdaş və təşəbbüskar ölkə kimi tanınır”

[ad_1] “Fürsətdən istifadə edərək forumun reallaşmasında göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və aidiyyəti qurumlarına təşəkkürümü bildirirəm. Azərbaycan regionda İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrə böyük önəm verir”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda çıxışı zamanı səsləndirib. Elnur Əliyev qeyd edib ki, Azərbaycan multikulturalizm, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, eləcə də İslam dəyərlərinin dünyada təbliğində mühüm rol oynayıb: “Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və…

Daha çox