Dünyanın ən ucuz enerji mənbəyi müəyyən edilib…

[ad_1] Günəş enerjisi o qədər əlçatan olub ki, ən günəşli ölkələrdə bir kilovat-saat istehsalı cəmi 0,02 funt-sterlinqə başa gəlir ki, bu da kömür, qaz və ya küləkdən ucuzdur. Surrey Universitetinin alimləri belə nəticəyə gəliblər. SİA-nın məlumatına görə, tədqiqat Energy & Environmental Materials (E&EM) jurnalında dərc olunub. …Hətta 50-ci paraleldə yerləşən Böyük Britaniyada günəş enerjisi artıq irimiqyaslı elektrik enerjisi istehsalı üçün ən ucuz variantdır. Qlobal miqyasda ümumi quraşdırılmış günəş enerjisi gücü 1,5 teravattı ötüb, bu, 2020-ci ilin göstəricisindən iki dəfə çoxdur. Bu, yüz milyonlarla evi enerji ilə təmin etmək üçün kifayətdir.…

Daha çox

İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb

[ad_1] Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin təsis toplantısı və ilk iclası keçirilib. SİA xəbər verir ki, Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin təsis toplantısı və ilk iclası keçirilib. İclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.Şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir. “İƏT-in KOB şəbəkəsi”nin təsis olunmasına həsr olunmuş AZHAB Forumunun ilk panel iclasında İƏT-ə üzv ölkələrin…

Daha çox

Elektrik közərmə lampalarına dair protokol tərtib edə biləcək yeni vəzifəli şəxslər müəyyən edilib

[ad_1] Prezident İlham Əliyev 3 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyəti olan yeni vəzifəli şəxslər müəyyənləşib. Bunlar, elektrik közərmə lampalarının idxalına münasibətdə Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri, həmin lampaların istehsalına münasibətdə Energetika Nazirliyinin vəzifəli şəxsləri – energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri,…

Daha çox

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 200 mini keçib

[ad_1] Cari ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 653 min 132 vergiödəyicisinin 86,9 faizi fiziki şəxs, 13,1 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 7,2 faiz artıb. Oktyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 200 min 806 vahid təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında 10 min 724…

Daha çox

Azərbaycan ABŞ-nin nüfuzlu elmi-tədqiqat mərkəzi ilə birgə layihələri müzakirə edib

[ad_1] Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ABŞ-nin nüfuzlu elmi-tədqiqat mərkəzi – “Caspian Policy Center”in İdarə Heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Xəzər regionunda nəqliyyat, enerji, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələləri barədə fikir mübadiləsi aparılıb. R. Hümmətov Orta Dəhlizin genişləndirilməsi istiqamətində həyata keçirilən infrastruktur və institusional islahatlar barədə ətraflı məlumat təqdim edib. Nazir müavini qeyd edib ki, Azərbaycan regionda multimodal logistika mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi, liman, dəmir yolu və hava limanlarının…

Daha çox

Bu il 122 yeni dövlət standartı qəbul edilib

[ad_1] Bu ilin yanvar-sentyabr aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 122 yeni dövlət standartı qəbul edib. SİA AZSTAND-a istinadən xəbər verir ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır. Belə ki, 9 ay ərzində qida texnologiyası və kənd təsərrüfatı üzrə 44, tikinti materialları üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 27, neft-qaz və əlaqəli texnologiyalar üzrə…

Daha çox

“Bütün vücudlar danışır” layihəsinin illik yekun tədbiri keçirilib

[ad_1] “Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı, Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın tərəfdaşlığı ilə reallaşan “Bütün vücudlar danışır” layihəsinin bir illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib. SİA xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən tədbirdə son bir ildə görülən işlər təqdim olunub, inklüziv rəqs nömrəsi göstərilib, həmçinin layihənin bir ilini əhatə edən sənədli film nümayiş etdirilib.“Bütün vücudlar danışır” layihəsinin məqsədi cəmiyyətin müxtəlif qruplarını – həm əlilliyi olan, həm də olmayan insanları bir araya gətirərək onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, dostluq və ünsiyyət üçün imkanlar yaratmaq, eləcə də…

Daha çox

Qeyri-qida sənaye məhsullarına dair texniki reqlament layihələri müzakirəyə çıxarılacaq

[ad_1] Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə oktyabrın 10-da “Bakı KOB evi”ndə “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında”, “Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə dair tələblər haqqında”, “Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında” və “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə https://bit.ly/4q123nI linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak…

Daha çox

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu yaradılır

[ad_1] İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığına səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat naziri Said bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Oman Sultanlığı arasında münasibətlərin yüksək səviyyədə olduğu, 30 ildən artıq diplomatik əlaqələrə, güclü İslam həmrəyliyinə və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb. İqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsinin ikitərəfli əməkdaşlıqda önəmi qeyd olunub. Azərbaycan-Oman Birgə Biznes Şurası və İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupunun yaradılmasının iqtisadi əməkdaşlığın inkişafında rolu diqqətə çatdırılıb. Ticarət və investisiya əlaqələrinin inkişafı üçün geniş potensialın olduğu…

Daha çox

Azərbaycanla ABŞ arasında nəqliyyat və logistika sahələrində əməkdaşlıq müzakirə olunub

[ad_1] Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ABŞ-nin Oreync vilayətinin “Lincoln” klubunun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi Benni Mor ilə görüş keçirib. Nazirlikdən SİA-ya bildirilib ki, “Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarından biridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə, öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır. Görüşdə Azərbaycan ilə ABŞ arasında yüksək texnologiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, ölkəmiz bu sahələrdə ABŞ ilə tərəfdaşlığa böyük önəm verir. Samir Məmmədov Azərbaycanın rəqəmsal inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, genişzolaqlı…

Daha çox