[ad_1] “Yerli istehsalın dəstəklənməsi hər bir ölkənin iqtisadi müstəqilliyi və dayanıqlılığı üçün əsas strateji istiqamətlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, əgər ölkə daxili bazarda tələb olunan məhsul və xidmətlərin mühüm hissəsini öz resursları və müəssisələri hesabına təmin edə bilirsə, bu zaman idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalır: “Əvvəla, yerli istehsalın inkişafı milli valyutanın möhkəmlənməsinə və xarici valyutaya tələbatın azalmasına gətirib çıxarır. Çünki idxal zamanı ölkə valyuta xərcləməli olur, halbuki yerli istehsal daxili dövriyyəni gücləndirir, yeni iş yerləri açır və iqtisadiyyata əlavə dəyər qazandırır.…
Daha çoxCategory: İqtisadiyyat
Biləcərinin bəzi ərazilərində işıq olmayacaq
[ad_1] Bu gün Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Azərişıq”dan SİA-ya verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 3 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir-təftiş işləri aparılacaq. Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi…
Daha çox“Azeri Light” neftinin ucuzlaşması davam edir
[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,1 ABŞ dolları və ya 1,58% azalaraq 68,51 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,61 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]
Daha çoxBu günün valyuta məzənnələri
[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, oktyabrın 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0408 manatadək, Rusiyanın 100 rublu 2,0614 manata kimi, avro isə 1.9921 manatadək ucuzlaşıb. 1 ABŞ dolları USD 1,7 1 Avro EUR 1,9921 1 Avstraliya dolları AUD 1,1205 1 Belarus rublu BYN 0,5592 1 Bolqarıstan levi BGN 1,0187 1…
Daha çoxSOCAR-ın prezidenti “Uniper SE”nin baş kommersiya direktoru ilə görüşüb
[ad_1] SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Uniper SE”nin baş kommersiya direktoru, “Uniper Global Commodities SE”nin baş icraçı direktoru Karsten Poppinga ilə görüşü keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə SOCAR-dan bildirilib. Məlumata əsasən, görüşdə SOCAR ilə “Uniper” arasındakı uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, şirkətlərin strateji inkişaf hədəflərindən və əldə olunan nailiyyətlərdən bəhs edilib. Söhbət zamanı “Uniper” şirkətinin Azərbaycan qazını alıb Avropa bazarına çıxaran əsas tərəfdaşlardan biri qismində fəaliyyəti qeyd olunub, SOCAR-dan potensial əlavə qaz həcmlərinin alınması ilə bağlı…
Daha çox“Azərbaycanın iqlim müxtəlifliyi alternativ enerji sahəsində böyük perspektivlər təqdim edir“
[ad_1] “İqlim dəyişikliyi ilə bağlı müzakirələrdə tez-tez Xəzər dənizinin səviyyə dəyişmələri iqlim amilləri ilə izah edilir. Lakin mütəxəssislər artıq təsdiq edirlər ki, Xəzərin səviyyəsində baş verən bu dəyişikliklər yalnız iqlim dəyişikliyi ilə bağlı deyil, geoloji və hidroloji proseslərin təsiri nəticəsində formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib. O bildirib ki, qlobal iqlim dəyişiklikləri isə əsrlər ərzində baş verən təbii bir prosesdir və daha geniş miqyasda qiymətləndirilməlidir: “Son illərdə Atlantik okeanından gələn hava kütlələrinin təsiri nəticəsində müəyyən quraqlaşma müşahidə olunur. Bu baxımdan tükənməkdə olan ənənəvi enerji ehtiyatlarımızın alternativlərini müəyyənləşdirmək…
Daha çoxDSK-nın sədri Ankarada İƏT-in Statistika Komissiyasının 14-cü sessiyasında iştirak edir
[ad_1] Cari ilin oktyabrın 1-də Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir. Komitədən SİA-ya verilən məlumata əsasən, oktyabrın 3-dək davam edəcək sessiya zamanı Statistika Komissiyasının son bir il ərzində fəaliyyəti və 2026-2030-cu illər üçün fəaliyyət proqramı nəzərdən keçiriləcək, eyni zamanda, məlumat əsaslı energetikaya keçidin təmin olunmasında milli statistika qurumlarının rolu, rəqəmsallaşma vasitəsilə milli statistika qurumlarının modernizasiyası,…
Daha çoxPərviz Şahbazov Astanada bir sıra görüşlər keçirib
[ad_1] Energetika naziri Pərviz Şahbazov Astanada “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində bu ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev, energetika naziri Erlan Akkenjenov və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşlər keçirib. Nazirlikdən SİA-ya bildiriblər ki, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın həmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşdə qardaşlıq, dostluq və strateji tərəfdaşlığa əsaslanan və müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsinin 4,2 dəfə artaraq 500 milyon dollara çatdığı bildirilib. Birgə Hökumətlərarası Komissiyanın ticarət və iqtisadi əməkdaşlığımızın inkişafına təkan verən rolu qeyd…
Daha çoxBir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
[ad_1] Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus möhtəşəm hədiyyələr qazandırır. Belə ki, 1 oktyabr tarixindən etibarən Bir Bonus lotereyası start götürüb. SİA xəbər verir ki, bu lotereyada həm bonus qazanaraq, həm də xərcləyərək iştirak etmək mümkündür. 15 noyabr 2025-ci il tarixinədək davam edəcək lotereyada istifadəçilər yüzlərlə bonusla yanaşı, lotereyanın əsas mükafatı Toyota Corolla avtomobilinə sahib olmaq şansı əldə edirlər. Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər. Lotereyada iştirak prosesi çox sadədir. Kapital Bank/Birbank kartları və ya m10 ilə ən azı 5 AZN…
Daha çoxAzərbaycanın tranzit potensialı “TransLogistica Kazakhstan 2025” sərgisində təqdim olunub
[ad_1] “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qazaxıstanın Almatı şəhərində keçirilən “TransLogistica Kazakhstan 2025” sərgisində iştirak edir. ADY-dən SİA-ya bildirilib ki, 25-dən çox ölkədən 500-dən artıq şirkətin iştirak etdiyi sərgidə “ADY Express” MMC-nin stendinə böyük maraq göstərilib. Stendi Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov da ziyarət edib. Ziyarətçilərə Azərbaycanın tranzit potensialı, əlverişli coğrafi mövqeyi və müasir dəmir yolu infrastrukturunun inkişafı barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Avropa ilə Asiya arasında yükdaşımaların təmin olunmasında strateji rol oynayır. Ölkə ərazisindən keçən əsas beynəlxalq marşrutlar sayəsində həmçinin Bakı Beynəlxalq Dəniz Limanından istifadə olunmaqla…
Daha çox