Biləsuvarda Günəş enerjisi layihəsi üzrə yeni mərhələyə start verilib

[ad_1] 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında (GES) ilk günəş panelinin quraşdırılması mərasimi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən Günəş panelləri mərhələli şəkildə əraziyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır. Tədbirdə Biləsuvar Rayon…

Daha çox

Azərbaycan və Qazaxıstan “yaşıl enerji” sahəsində əməkdaşlığı genişləndirir

[ad_1] Azərbaycan və Qazaxıstan karbohidrogen və “yaşıl enerji” sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti ilə birlikdə Qazaxıstanın energetika naziri Erlan Akkenjenovla görüş keçirilib. Görüşdə 2023-cü ildən bu günədək Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 3 milyon 383 min ton qazax neftinin nəql edildiyi vurğulanıb. Həmçinin Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin artırılması, SOCAR və “KazMunayGaz” arasında birgə layihələr üzrə əməkdaşlıq imkanları və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl…

Daha çox

Ötən ay Bakı metrosu ilə 20 milyona yaxın sərnişin daşınıb

[ad_1] “AZCON holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sentyabr ayında 19 milyon 965 min 597 sərnişin daşıyıb. QSC-dən SİA-ya bildirilib ki, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib. Nəticədə, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb. Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabrda qeyd edilib – 891 856 nəfər. Ən sakit gün isə 7 sentyabrda olub – 405 892 nəfər. [ad_2]

Daha çox

“Bank cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır”

[ad_1] “Bankların əsas məqsədlərini ümumiləşdirmək mümkündür. İlk növbədə, onların fəaliyyətinin mərkəzində təsisçilərin maraqlarını təmin etmək dayanır. Bankın sahibi olan təsisçilər yüksək mənfəət əldə etməyi hədəfləyir və bank da öz fəaliyyətini məhz bu istiqamətdə qurur. Mənfəətlilik prinsipi həm onların davamlı inkişafını, həm də bazarda mövqelərinin möhkəmlənməsini təmin edir”. Bu sözləri SİA-ya açıqlamasında İqtisadi resursların öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, digər mühüm məqsəd depozit sahiblərinə xidmət göstərməkdir: “Banka vəsait qoyan fərdi şəxslər və müəssisələr əmanətlərindən gəlir əldə etməyi gözləyirlər. Eyni zamanda, bank onların vəsaitlərini…

Daha çox

Azərbaycan Astanadakı beynəlxalq energetika tədbirində təmsil olunub

[ad_1] Qazaxıstanın paytaxtı Astana şəhərində qlobal energetika gündəliyinin əsas hadisələrindən biri olan “Kazakhstan Energy Week – 2025” və XVI “KAZENERGY” Avrasiya Forumunun açılışı olub. SİA xəbər verir ki, tədbirdə Qazaxıstan hökumətinin üzvləri, Mərkəzi Asiya ölkələrinin rəsmi nümayəndə heyətləri, beynəlxalq təşkilatların rəhbərləri, qlobal və milli enerji şirkətlərinin top-menecerləri, aparıcı ekspertlər, elmi ictimaiyyətin nümayəndələri iştirak edirlər. “KEW-2025” ən aktual enerji problemlərinin müzakirəsi, yeni həll yollarının işlənib hazırlanması, regional və qlobal əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli beynəlxalq platformadır. Bu il tədbirdə 50 ölkədən 2500-dən çox nümayəndə və 300-dən artıq böyük şirkətin təmsilçiləri iştirak edirlər.…

Daha çox

“Vergi yükü yalnız iqtisadi məsələ deyil”

[ad_1] “Vergi yükü yalnız iqtisadi məsələ deyil, həm də siyasi məsələdir. Dünyanın demokratik ölkələrində siyasi partiyaların əsasən vergi məsələsinə görə fraksiyalara bölünməsi təsadüfi deyil. Çünki vergi həm iqtisadiyyata, həm də insanların gündəlik həyatına birbaşa təsir göstərir. Əhalinin gəlirləri, istehlak imkanları və rifah səviyyəsi vergi siyasətindən asılıdır. Ona görə də vergi yalnız dövlətin gəlir toplama aləti deyil, həm də sosial ədalətin və siyasi münasibətlərin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib. Onun sözlərinə görə, Azərbaycanda bir sıra vergi növləri mövcuddur və onların təsiri əhali və şirkətlər üçün müxtəlif olur:…

Daha çox

AMB Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına tamhüquqlu üzv kimi qoşulub

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə bazarlarında istehlakçıların müdafiəsi üzrə qabaqcıl təcrübələrin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. AMB-dan SİA-ya bildirilib ki, bu istiqamətdə növbəti mühüm təşəbbüs Mərkəzi Bankın Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına (FinCoNet) tamhüquqlu üzv qismində qoşulması olub. Üzvlük çərçivəsində Mərkəzi Bank təşkilatın məsuliyyətli kreditləşmə, rəqəmsal maliyyə xidmətlərində istehlakçıların müdafiəsi, bazar davranışına nəzarət və risklərin qiymətləndirilməsi üzrə işçi qruplarında iştirak etmək hüququ qazanıb. Bundan əlavə, bu üzvlük beynəlxalq səviyyədə qəbul olunan siyasət sənədlərinin hazırlanması prosesinə cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri və tədqiqat bazasına…

Daha çox

“Yerli bazarda qızılın qiymətinin artması qaçılmazdır”

[ad_1] “Qızılın dünya bazarında qiymətinin 4000 dollara qədər yüksəlməsi həm qlobal iqtisadiyyatda, həm də Azərbaycan bazarında mühüm təsirlər yaradır. Bu artım əsasən geosiyasi gərginliklərin dərinləşməsi, inflyasiya təzyiqlərinin davam etməsi və investorların daha etibarlı sərmayə vasitəsi kimi qızıla yönəlməsi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, yerli bazarda qızılın qiymətinin artması qaçılmazdır. Dünya bazarında baş verən hər bir kəskin dəyişiklik daxili bazara da təsir edir: “Zərgərlik məhsulları bahalaşır, qızıl əsasında yığılan sərmayələrin dəyəri artır. Bu, əlində qızıl olan şəxslər üçün sərfəli olsa da, yeni…

Daha çox

Dünya birjalarında neft bahalaşıb

[ad_1] Dünya birjalarında neft bahalaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 65,68 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar artaraq 62,09 dollar təşkil edib. [ad_2]

Daha çox

Texniki vasitələrin elektromaqnit uzlaşması haqqında texniki reqlament təsdiq ediləcək

[ad_1] “Texniki vasitələrin elektromaqnit uzlaşması haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb. SİA bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Qeyd edək ki, sözügedən texniki reqlament “Texniki tənzimləmə haqqında” Qanun nəzərə alınaraq, insan həyatı və sağlamlığı, əmlakının mühafizəsi, ətraf mühitin mühafizəsi, istehlakçıları çaşdıran hərəkətlərin qarşısının alınması üçün xəbərdarlıq, təhlükəsizlik və enerji səmərəliliyi məqsədilə Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan texniki vasitələrin elektromaqnit uzlaşmasına dair məcburi tələblərin təmin edilməsi və texniki vasitələrin…

Daha çox