Bir ekosisteminin sponorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı

[ad_1] Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan “INMerge” İnnovasiya Sammiti (INMerge Innovation Summit) “Paşa Holding”in təşkilatçılığı və Bir ekosisteminin sponsorluğu ilə uğurla başa çatdı. SİA xəbər verir ki, 29-30 sentyabr 2025-ci il tarixlərində baş tutan tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan korporasiyalar, investorlar, startaplar və ekosistem oyunçularını bir araya gətirərək regional innovasiya mühiti üçün əhəmiyyətli platforma oldu. Sammitin açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev çıxış etdilər. Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişaf yolları açdığını vurğulayaraq son 20 ildə…

Daha çox

“Qarabağ və Şərqi Zəngəzur torpaqları məhsuldardır və böyük potensiala malikdir“

[ad_1] “Ölkənin iqtisadi inkişafında kənd təsərrüfatının rolu böyükdür. Nəzərə almalıyıq ki, bu gün əhalinin 49 faizi kənd yerlərində yaşayır və ümumi əhalinin 35 faizi kənd təsərrüfatı ilə məşğuldur. Sözügedən sahənin inkişafına göstərilən dövlət qayığısı tam aydın görünür. Bu gün kənd təsərrüfatında çox mühüm islahatlar həyata keçirilir. Bu da bilavasitə mütərəqqi texnologiyanın təsərrüfatlara tətbiq olunması, torpaq resurslarından səmərəli istifadə edilməsi, kadr potensialının yüksəldilməsi və innovativ tədbirlərin görülməsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Deputat bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə də kənd təsərrüfatı məhsullarının istehsalı və…

Daha çox

Almatıda TDT ölkələri nəqliyyat nazirlərinin VIII iclası keçirilib

[ad_1] “New Silk Way” 7-ci Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu çərçivəsində Qazaxıstanın Almatı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclası keçirilib. SİA-nın Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, tədbirdə TDT Baş katibi və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın nəqliyyat qurumlarının rəhbərləri iştirak ediblər. İclasda iştirakçı ölkələr arasında nəqliyyat əməkdaşlığının inkişafı ilə bağlı əsas məsələlər müzakirə olunub. Görüşün yekununda tərəflərin nəqliyyat əməkdaşlığının gələcək inkişafına dair razılaşmalarını əks etdirən yekun Kommünike imzalanıb. İclasda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz – red.) inkişafına, rəqəmsal texnologiyaların…

Daha çox

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi qaçılmazdır

[ad_1] İqlim dəyişmələri getdikcə daha ciddi problemlər yaradaraq ailə təsərrüfatlarını, fermerləri, ümumiyyətlə kənd əhalisini çətin vəziyyətə salır. Bu problemlərin qarşısını almaq üçün beynəlxalq səviyyədə əməkdaşlıq artıq zərurətə çevrilib. SİA xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) regional direktoru Viarel Quttu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ”İqlimədavamlı Aqribiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğunlaşdırılması” mövzusunda keçirilən dəyirimi masada deyib. O bildirib ki, iqlim dəyişmələri ilə əlaqədar Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir. “Problemlərin qarşısını almaq üçün “ağıllı suvarma” sistemlərininin tətbiqini genişləndirmək, maliyyə əlçatanlığını təmin etmək lazımdır. Bu sahədə…

Daha çox

“İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi” mövzusu müzakirə olunub

[ad_1] COP29-da razılaşdırılmış ambisiyalı iqlim öhdəlikləri və Bakı Maliyyə Məqsədi üzrə mühüm nailiyyətlərə əsaslanan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində panel sessiyalar davam edir. Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günü “İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi – kənd təsərrüfatı, su, nəqliyyat, ağıllı şəhərlər, iqlim fəaliyyətində qadınların liderliyi” mövzusuna həsr olunub. SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi bu…

Daha çox

Sabah 4 rayonda 70 minə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq

[ad_1] Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 530/377/325 mm-lik “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrinin təmir olunması ilə bağlı, oktyabrın 2-də saat 08:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında fasilə yaranacaq. Təmir işləri aparılan müddətdə İmişli rayonu tam olaraq (İmişli şəhəri daxil olmaqla, rayon üzrə 41 kənd, 2 qəsəbə, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 ədəd “Cəbrayıl Məcburi köçkünlər” qəsəbəsi, qeyri-yaşayış sahələri, cəmi…

Daha çox

Qarabağ və Şərqi Zəngəzurun su potensialından istifadə artırılacaq

[ad_1] “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”nın əsas məqsədi Azərbaycanda su təhlükəsizliyini təmin etmək, su dayanıqlığını gücləndirmək, müasir su idarəçiliyi və müasir su idarəetmə sistemini formalaşdırmaqdır. SİA xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) üçüncü günündə panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) departament rəhbəri Əliağa Əzizov deyib. O bildirib ki, strategiyanın əsas hədəfi su ehtiyatları üzərində nəzarəti artırmaq və uzunmüddətli dayanıqlığı təmin etməkdir: “Əsas prinsiplər və istiqamətlərdən birincisi su ehtiyatlarının qiymətləndirilməsidir. Çünki bütün məsələlər buradan başlayır. Bunun üçün hidrologiya və hidrogeologiya üzrə tədqiqatların aparılması,…

Daha çox

Azərbaycan və Türkiyə mərkəzi bankları qlobal və regional iqtisadi trendləri müzakirə edib

[ad_1] Azərbaycan və Türkiyə mərkəzi bankları arasında qlobal və regional iqtisadi trendlər müzakirə edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” sosial şəbəkəsi hesabında yazıb. “İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı – İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak zamanı Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahanla görüşməkdən məmnunluq duyduq. Görüş zamanı qlobal və regional iqtisadi trendlər, maliyyə sabitliyi, həmçinin pul-kredit siyasəti barədə geniş fikir mübadiləsi apardıq. Qardaş ölkələrimiz arasında mövcud sosial-iqtisadi əlaqələrin səviyyəsindən məmnunluğumuzu ifadə etdik. Eyni zamanda,…

Daha çox

Azərbaycan İƏT-in Mərkəzi Banklarının 7-ci Forumunda təmsil olunub

[ad_1] Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. SİA AMB-yə istinadən xəbər verir ki, sədr forumda “Ödəniş xidmətləri və sərhədsiz əməliyyatlar: praktik sessiyadan nəticələr” mövzusunda çıxış edərək ödəniş sistemləri və transsərhəd əməliyyatlara dair fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, qlobal maliyyə mənzərəsində ən dinamik, strateji əhəmiyyətli sahələrdən birinə çevrilmiş ödəniş sistemlərini müasir iqtisadiyyatın əsas sütunu adlandırıb, ödəniş xidmətlərinin, xüsusilə də transsərhəd ödənişlərin…

Daha çox

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal innovasiya xəritəsinə qoşulub

[ad_1] Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin təhlükəsizliyi və komfortunu prioritet tutaraq daha bir strateji nailiyyətə imza atıb. Azərbaycanın əsas hava qapısı olan aeroportun texniki infrastrukturuna dünyanın qabaqcıl şirkətlərindən biri – “ResQtec” tərəfindən hazırlanmış “Rapid Recovery System (R2S)” texnologiyası əlavə olunub. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, aviasiya sənayesində “qızıl standart” sayılan “R2S” sistemi təyyarələrin yerüstü hərəkətini daha sabit və təhlükəsiz edir, uçuşların fasiləsizliyinə şərait yaradır. Texnologiyanın üstünlüyü ondadır ki, bütün proses tək addımla və kəsilmədən həyata keçirilir, əlavə müdaxilə ehtiyacını minimuma endirərək əməliyyatları daha çevik və…

Daha çox