“Əsas məqsəd sərnişinlərin təhlükəsiz daşınmasını təmin etməkdir”

[ad_1] “İctimai nəqliyyatın əsas problemi onun kifayət qədər şaxələnməməsidir. Bu gün nəqliyyat sistemi əsasən avtobus və metrodan ibarətdir, taksi isə sadəcə köməkçi vasitə kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, lakin müasir şəhər həyatında nəqliyyatın şaxələndirilməsinə ciddi ehtiyac var: “Məsələn, yeni tramvay xətlərinin çəkilməsi, məhəllədaxili tramvayların istifadəyə verilməsi ictimai nəqliyyatda mühüm üstünlüklər yarada bilərdi. Bu həm də avtobus və metro üzərindəki yüklənməni müəyyən qədər azaldaraq, sərnişinlərin rahatlığını təmin etmiş olardı. Avtobusların dayanacağa gəlməsi, dayanması ilə bağlı xüsusi reqlament mövcuddur. Bütün daşıyıcı…

Daha çox

COP29-un Dayanıqlılıq Hesabatı dərc edilib

[ad_1] Bu gün COP29-un Dayanıqlılıq Hesabatı dərc edilib. SİA xəbər verir ki, hesabat COP29-un indiyə kimi təşkil edilmiş ən dayanıqlı qlobal iqlim konfranslarından birinə çevrilməsi üçün görülən ciddi tədbirləri ön plana çıxarır. Azərbaycanın COP29 Sədrliyi dövründə dayanıqlılıq prinsipləri planlaşdırılmadan tutmuş icra və irsin davam etdirilməsinə qədər bütün mərhələlərə inteqrasiya olunub və gələcək ev sahibləri üçün yeni standartlar müəyyən edilib. Bu təşəbbüsün ana xəttini COP29-un yeddi dayanıqlılıq öhdəliyi təşkil edir: 1. Xalis sıfıra nail olmaq – Tədbir 100% bərpa olunan enerji ilə təmin edilib və qaçılmaz emissiyalar kompensasiya olunub. Bununla da,…

Daha çox

Əhalinin suya əlçatanlığı təmin olunub

[ad_1] Cari ilin əvvəlindən bu günə kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) 631 min müraciət daxil olub və bu müraciətlərin hamısına baxılıb. SİA xəbər verir ki, bu sözləri ADSEA-nın sədr müavini İlham Bayramov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, il hələ başa çatmayıb və 631 min müraciətə baxılması onu deməyə əsas verir ki, Azərbaycanda əhali üçün su əlçatanndır. “Əvvəllər vətəndaşın su ilə təmin olunması 19 mərhələdən keçməklə başa gəlirdi. Lakin həyata keçirilən tədbirlər nəticəsində bu gün vətəndaşın müraciəti cəmi 3 mərhələdən keçir və 30 gün ərzində iş icra…

Daha çox

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib

[ad_1] Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin (İB) növbəti iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya bildiriblər ki, tədbirdə nazirliyin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də müxtəlif şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi ölkədə heyvandarlıq sektorunun mövcud vəziyyətini təhlil etmək, bu sahədə çağırışların və inkişaf istiqamətlərini müzakirə etmək, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlar üçün yeni imkanların müəyyənləşdirilməsi olub. Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə heyvandarlıq…

Daha çox

Kredit və ipoteka faizləri niyə yüksəkdir?

[ad_1] Azərbaycanda kredit və ipoteka faizləri hələ də yüksək olaraq qalır. Bu, vətəndaşların mənzil sahibi olmasını çətinləşdirir, sahibkarların isə biznesə çıxışını məhdudlaşdırır. Kredit və ipoteka faizləri niyə bu qədər yüksəkdir? Banklar faizləri niyə azaltmaq istəmir? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, ipoteka kreditləri dövlətin verdiyi ipoteka kreditləri və kommersiya banklarının öz resursları ilə verdiyi ipoteka kreditləri olmaqla iki hissəyə bölünür. Onun sözlərinə görə, hər ikisi kommersiya bankı vasitəsilə verilir, amma birində İpoteka Fondu pulu verir, digərində isə bank öz vəsaitindən istifadə edir: “İpoteka Fondu vasitəsilə verilən…

Daha çox

Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri birinci oxunuşda qəbul edilib

[ad_1] Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib. Bildirib ki, layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət – 2025-ci il yanvarın 1-dən 6 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının…

Daha çox

Bakı Gəmiqayırma Zavodu üçün güzəşt və azadolmaların müddəti artırılır

[ad_1] Bakı Gəmiqayırma Zavodu üçün güzəşt və azadolmaların müddəti artırılır. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edilib ki, Bakı Gəmiqayırma Zavodu Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biri olmaqla Azərbaycanın dəniz donanmasının müasirləşdirilməsinə öz müsbət töhfəsini verməkdədir. Zavod gəmilərin, dəniz və su nəqliyyatı vasitələrinin tikintisi, təmiri, təyinatının dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir və ölkəmizin gəmiçilik sahəsində idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, həmçinin ixrac potensialının gücləndirilməsi baxımından böyük və strateji əhəmiyyətə malikdir. Zavod tərəfindən…

Daha çox

Kiyevdə Azərbaycanın enerji təhlükəsizliyindəki roluna dair konfrans keçirilib

[ad_1] Kiyev şəhərində Azərbaycanın Ukraynanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Azərbaycan və Ukrayna arasında bərpaolunan enerji layihələrinin birgə işlənməsinə dair konfrans keçirilib. SİA xəbər verir ki, Ukrayna Milli Elmlər Akademiyasının konfrans zalında keçirilən tədbirdə Ukrayna və Azərbaycan arasında enerji sahəsində gələcək əməkdaşlığın yeni mərhələsindəki istiqamətlər müzakirə olunub. Azərbaycan-Ukrayna Enerji Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə bərpaolunan enerji mənbələrinin – Günəş, külək, kiçik su elektrik enerjisinə inteqrasiyası, müasir enerji saxlama texnologiyalarının tətbiqi, Ukrayna-Azərbaycan elmi, texniki və investisiya əməkdaşlığı üçün imkanlar müzakirə olunub. Tədbirdə çıxış edən Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik, Ukraynanın ölkəmizdəki…

Daha çox

Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

[ad_1] Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə SİA-nın yerli bürosuna “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib. Bildirilib ki, şəhərin Ceyranbatan bağları ərazisindən keçən 76 millimetrlik qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən 1200 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq. Qazın verilməsi qəza-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq. [ad_2]

Daha çox

“Təsərrüfat gəlirli və dayanıqlı olmalıdır”

[ad_1] “Biz sərbəst bazar iqtisadiyyatında yaşayırıq. Sərbəst bazar iqtisadiyyatında qiymətlər bazarda formalaşır. Hər bir iqtisadi subyekt gördüyü işə görə yaratdığı mal və xidmətlərin satışından gəlir əldə etmək üçün düzgün və vaxtında planlama aparmalı, bütün riskləri ölçməli və fəaliyyətini buna uyğun qurmalıdır”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı da bu proseslərdən kənarda deyil: “Fermer təsərrüfatları birillik və ya çoxillik bitkilər əkərkən, yaxud heyvandarlıqla məşğul olarkən bütün prosesin qısa və orta müddətli dövrlər üçün düzgün planlamasını etməlidirlər. Bu hesablamaların nəticəsində təsərrüfatın gəlirli və dayanıqlı olmasına çalışmalıdırlar.…

Daha çox