Ordubadda elektrik enerjisinin verilişində fasilələr olacaq

[ad_1] Sentyabrın 29-da Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq. “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən SİA-nın yerli bürosuna verilən məlumata görə, düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Bununla bağlı sabah saat 10:00-dan 13:15-dək Sabirkənd, Qoşadizə, Aza, Azad, Kələntərdizə, Başdizə və Gilançay kəndlərinin elektrik təchizatında məhdudiyyətlər olacaq. Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.…

Daha çox

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

[ad_1] Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbə qazandığı Vətən müharibəsinin başlanmasından beş il ötür. 27 Sentyabr – Anım Günü qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın rəmzidir. SİA xəbər verir ki, İqtisadiyyat Nazirliyinin kollektivi Anım Günündə Zəfər Parkını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib. Parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub. [ad_2]

Daha çox

Bakının Xətai rayonunun bəzi küçələrində qaz olmayacaq

[ad_1] Bakı şəhəri Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi dayandırılacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, Xətai rayonunun Cavanşir küçəsində siyirtmənin quraşdırılması ilə əlaqədar, sentyabrın 29-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. Həmin müddət ərzində rayonun Cavanşir, Sadıqcan, 8 Noyabr küçəsinin bir hissəsində, həmçinin Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq. [ad_2]

Daha çox

DSK ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

[ad_1] Sentyabrın 26-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun iştirakçıları ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi arasında “Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin direktoru Camşed Nurmaxmadzoda imzalayıblar. Memorandumdan irəli gələn vəzifələrin icra olunmasının səmərəli nəticələr verəcəyinə – statistika sahəsində əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, beynəlxalq səviyyədə müqayisə edilə bilən və…

Daha çox

3-cü Beynəlxalq Statistika Forumu başa çatıb

[ad_1] 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 73-cü iclası keçirilib, iclasın yekunlarına dair Kommunike qəbul edilib. SİA-nın verdiyi məlumata görə, Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri, tanınmış elmi ictimaiyyət xadimləri və ekspertlərin qatıldıqları Forumun açılış sessiyasından sonra müasir statistikanın aktual məsələləri müzakirə olunub. “Statistik islahatlar və inkişaf perspektivləri”, “Statistikanı dəyişdirən innovasiyalar” və “Beynəlxalq müqayisələr proqramı” mövzularında keçirilən sessiyalarda…

Daha çox

“Azərbaycanın yaşıl enerjiyə keçidi yalnız ekologiyanın xilasına deyil”

[ad_1] “Azərbaycanın enerji gündəliyində bərpaolunan mənbələrin xüsusi yer tutması artıq təsadüfi seçim deyil, gələcəyin məcburi şərtidir. Bu gün dünyada biznesin davamlılığı yalnız maliyyə göstəriciləri ilə deyil, həm də ekoloji dayanıqlılıqla ölçülür. Azərbaycanın günəş, külək və su potensialı isə bu sahədə həm ölkə iqtisadiyyatına, həm də iş dünyasına yeni nəfəs gətirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Deputat bildirib ki, əvvəllər biznesin inkişafı çox vaxt ucuz enerji resurslarına çıxışla bağlı idisə, indi şirkətlər üçün yaşıl enerji imic və rəqabət üstünlüyü deməkdir: “Xüsusilə beynəlxalq bazara inteqrasiya edən yerli şirkətlər…

Daha çox

6 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

[ad_1] III MDB Oyunlarının açılış mərasimi ilə əlaqədar sentyabrın 28-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək. Bu barədə SİA-yaRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, məhdudiyyət səbəbindən bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək. Heydər Əliyev prospektində fəaliyyət göstərən 1, 4 və 8 nömrəli, eləcə də Atatürk prospektindən keçən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Üzeyir Hacıbəyli küçəsi ilə təşkil ediləcək. 12 nömrəli marşrutun son dayanacaq məntəqəsi Bilal Qəhrəmanov küçəsi təyin ediləcək. [ad_2]

Daha çox

“Çəltik və düyü” Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib

[ad_1] Masallı rayonunda kənd təsərrüfatının inkişafı, ənənələrin yaşadılması və aqrar sahədə innovativ texnologiyaların təşviqi məqsədilə “Çəltik və düyü” Festivalı və Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir həm kənd təsərrüfatı istehsalçılarını, həm də istehlakçıları bir araya gətirərək, məhsulları nümayiş etdirməklə yanaşı, aqrar sahədə qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə də şərait yaradıb. Festival çərçivəsində Masallı rayonunda çəltikçilik sahəsində görülən işlər və bu sahənin potensialı geniş şəkildə təqdim olunub. Tədbirdə çəltik əkini və biçini üçün istifadə olunan müasir texnikalar nümayiş etdirilib, çəltik və düyüdən hazırlanan müxtəlif məhsullar ziyarətçilərə…

Daha çox

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

[ad_1] Sentyabr ayının birinci yarısı və ortalarında ölkənin əksər ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılar və onların nəticəsində yaranan sel-subasma, eləcə də fırtına-qasırğa halları kənd təsərrüfatına da təsir edib. Yağış, sel-subasma və fırtına halları ilə əlaqədar olaraq sığortalı əkin sahələri və təsərrüfatlardan Fonda müraciətlər daxil olmağa başlayıb. Aqrar Sığorta Fondundan SİA-ya bildirilib ki, müraciətlər Ağcabədi, Ağdam, Balakən, Yevlax, Tərtər, Masallı, Ucar, Zərdab, Ağstafa rayonları üzrə qeydə alınıb. Ən çox müraciət pambıq sahələrinə dəyən zərərlərlə bağlıdır. Belə müraciətlər Ağcabədi, Ağdam, Yevlax və Zərdab rayonları üzrə qeydə alınıb. Bundan başqa, qarğıdalı,…

Daha çox