Hesablama Palatası daha iki nəzarət tədbirini yekunlaşdırıb

[ad_1] Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. SİA Palataya istinadən xəbər verir ki, iclasda iki nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanları audit olunan qurumların aradan qaldırması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub. Eyni zamanda, iclasda 2025-ci ilin İş Planının icra vəziyyəti müzakirə edilib, kollegiya üzvlərinə aidiyyəti üzrə tapşırıqlar verilib. Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb. [ad_2]

Daha çox

Bakıda 13-cü Beynəlxalq “Caspian Energy Forum 2025” keçiriləcək

[ad_1] Oktyabrın 29-da Azərbaycanın paytaxtı Bakıda Xəzər, Qara dəniz və Baltik regionlarının enerji sektorunun əsas hadisələrindən olan 13-cü Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forum ənənəvi olaraq “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən təşkil edilir və Mərkəzi Asiya, Qafqaz və Qara dəniz regionlarının enerji gündəliyinə həsr olunmuş ən nüfuzlu beynəlxalq platformalardan biri sayılır. Bu barədə SİA-ya “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib. Qeyd edək ki, 13-cü Beynəlxalq “Caspian Energy Forum”un xüsusi sessiyası bu il bir qədər öncə “Caspian Energy Club” və…

Daha çox

Azərbaycan Çin ilə günəş və külək enerjisi layihələrinin inkişafını müzakirə edib

[ad_1] Azərbaycan və Çinin “PowerChina Resources Ltd” şirkəti arasında günəş və külək enerjisi layihələrinin inkişafı müzakirə edilib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazov və şirkətin sədri Zhong Haixiang ilə görüşdə aparılıb. Görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması və enerji sahəsində əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin aprel və sentyabr aylarında Çinə səfərlərinin mühüm rolu vurğulanıb. Bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verildiyi qeyd olunub. “PowerChina Resources Ltd” şirkəti ilə 160 MVt gücündə günəş…

Daha çox

“Bu forum artıq yalnız MDB ölkələrini əhatə etmir”

[ad_1] 3 gündür ki, Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumu qlobal status qazanıb. SİA xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov tədbirdə bildirib. “Bu forum artıq yalnız MDB ölkələrini əhatə etmir. Tədbirdə Asiya və Avropadan bir çox ölkənin nümayəndələri iştirak edib. Onlayn qoşulmalar Cənubi Afrika və Latın Amerikası üzrə nəzərdə tutulmuşdu, lakin olmadı. Bu isə forumun məzmununun və iştirakçı dairəsinin keyfiyyətcə genişləndiyini göstərir. Odur ki, forumun adından MDB abreviaturası çıxarılmalıdır və gələcəkdə bu beynəlxalq forum kimi keçiriləcək, ilbəil daha…

Daha çox

“Forum öz işini başa vurur və tarixə qovuşur”

[ad_1] “Forum öz işini başa vurur və tarixə qovuşur. O, yaddaşımızda əlamətdar və yaddaqalan bir hadisə kimi qalacaq. Bu, statistika bayramı idi. Biz rəsmi statistika qarşısında duran əsas qlobal çağırışlara cavab axtarırdıq”. SİA xəbər verir ki, bu sözləri forumun son günündə çıxışı zamanı MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam deyib. Onun sözlərinə görə, forumun zəngin proqramı 19 ölkə və 9 beynəlxalq təşkilatdan olan milli statistika qurumlarının nümayəndələrinin və nüfuzlu ekspertlərin təqdim etdiyi 50-dən çox məruzəni əhatə edirdi: “Bu, əməkdaşlıq, təcrübə və ideya mübadiləsi bayramı idi. Forum, şübhəsiz ki, beynəlxalq…

Daha çox

Azərbaycan və Çin enerji sahəsində potensial investisiya imkanlarını müzakirə edib

[ad_1] Azərbaycan və Çin bərpa olunan enerji, hidroakkumulyasiya sistemləri və digər sahələrdə potensial investisiya imkanları nəzərdən keçirib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir “PowerChina Resources Ltd.” şirkətinin sədri Conq Haysianq (Zhong Haixiang) ilə görüşüb. “Görüşdə Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın enerji sahəsində möhkəmləndirilməsi çərçivəsində quruda və dənizdə əməkdaşlıq etdiyimiz günəş-külək enerjisi layihələrinin icrasına dair məsələlər müzakirə edilib”, – deyə M.Cabbarov qeyd edib. [ad_2]

Daha çox

İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib

[ad_1] Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun növbəti iclası olub. Bu barədə SİA-ya nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirlib ki, İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsas götürülməklə ölkəmizdə dinamik sosial-iqtisadi inkişafın uğurla davam etdiyini bildirib. Bu il icra olunan 5-ci sosial islahat paketi nəticəsində əməkhaqqı, pensiya, müavinət…

Daha çox

Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirib

[ad_1] Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası lizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olması ilə bağlı mübahisə üzrə mühüm qərar qəbul edib. Qərarda göstərilib ki, lizinq predmetinin lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olduğu hallarda lizinq alan şəxs bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyini daşımır. Ali Məhkəmədən SİA-ya bildirilib ki, işin hallarına görə, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, ASC ilə bağlanmış lizinq müqavilələri əsasında heyvandarlıq kompleksinə alınmış avadanlıqların İkinci Qarabağ müharibəsi zamanı atılmış mərmi nəticəsində tamamilə yararsız hala…

Daha çox

“Forum dayanıqlı inkişaf və statistika innovasiyaları üzrə faydalı müzakirələr təqdim etdi”

[ad_1] “Bildiyiniz kimi 24 sentyabr tarixindən başlanan III Beynəlxalq Statistika Forumu bu gün artıq öz işini başa çatdırır. Forumda nəzərdə tutulmuş gündəm üzrə bütün məsələlər müzakirə olundu”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov deyib. Onun sözlərinə görə, forum zamanı təqdimatlar, müzakirələr, çıxışlar faydalı oldu: “Bu forum bizə gündəlikdə qarşıda duran məsələlər üzrə, o cümlədən dayanıqlı inkişaf məqsədləri, statistikada innovasiyalar, həyata keçirilmiş islahatlarla bağlı, ölkə təcrübələrinin bölüşülməsi baxımından çox faydalı oldu. Bizdə materialları əldə etmişik, digər ölkələrdən olan təcrübələrlə tanış olacayıq. Eləcə də beynəlxalq…

Daha çox

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

[ad_1] Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır. Bunun üçün Birbank mobil tətbiqində uyğun bonus kateqoriyalarını seçmək yetərlidir. Qeyd edək ki, bonus hər ay mütəmadi olaraq yenilənir və istifadəçilərə 4 fərqli istiqamətdə bonuslar qazanmaq şansı yaradır. Bu kateqoriyalara telefon, internet, kommunal və TV ödənişləri, market, kafe, restoran, taksi, aptek, hotel, YDM və digər xidmətlər daxildir.Toplanmış bonuslardan Birbank mobil tətbiqi üzərindən kommunal və mobil ödənişlərdə, eləcə də m10, Birmarket, BakıKart QR, Trendyol…

Daha çox