AZAL 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək

[ad_1] … yeni səyahət mövsümü ilə bağlı Azərbaycanın milli aviadaşıyıcısı AZAL payız-qış cədvəlinə keçid edərək Avropa, Asiya və Yaxın Şərq üzrə 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək. SİA-nın məlumatına görə, AZAL-dan bildirilib ki, əksər marşrutlar üzrə biletlər artıq satışdadır. Yeni mövsümdə AZAL-ın uçuş cədvəlində ən çox reys yerinə yetirilən istiqamətlər siyahısında İstanbul, Tbilisi və Təl-Əviv şəhərləri yer alır. Bununla yanaşı, marşrut şəbəkəsi regionun digər mühüm biznes və mədəniyyət mərkəzlərini də əhatə edir. Beləliklə, sərnişinlər Doha və Ər-Riyaddan başlayaraq Almatı, Daşkənd və Təbrizə qədər bir sıra istiqamətlər üzrə…

Daha çox

Son 5 ildə Azərbaycanın qeyri-neft ixracı 72 faiz artıb

[ad_1] Son illər ərzində Azərbaycanın qeyri-neft sektorunun davamlı inkişafı və ixracın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə məhsullarının xarici bazarlarda tanınmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verib. Bu prosesdə “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə fəaliyyət göstərən ixracın təşviqi mexanizmləri vacib rol oynayır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, nəticədə son 5 ildə (2019-2024-cü illər) qeyri-neft ixracı 72 faizədək artıb və 2024-cü ildə tarixi rekordu yeniləyib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq olunmuş Qaydada təsbit edilmiş 10 dəstək…

Daha çox

“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı

[ad_1] Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb. SİA xəbər verir ki, şirkət rəhbərinin müraciəti əsasında baş tutan görüş zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından “Ares Management” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub. Prezident İlham Əliyev bu istiqamətdə qurulmuş tərəfdaşlıqların, xüsusilə də alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verə biləcəyini qeyd edib. O, yeni maliyyə bazarı alətlərinin inkişafı və institusional əməkdaşlığın dərinləşdirilməsi üçün belə…

Daha çox

“Qlobal investorların ölkəmizə cəlb edilməsi istiqamətində işlər görülür”

[ad_1] “Ümumiyyətlə, Azərbaycanda investisiya mühitinin sağlamlaşdırılması, həmçinin qlobal investorların ölkəmizə cəlb edilməsi istiqamətində sistemli işlər bir neçə ildir ki, davam edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, sözügedən görüş və əməkdaşlıq formatı, imzalanan sənəd də məhz bu məqsədə xidmət edir: “Bu isə, təbii olaraq, Bakı şəhərində xidmət infrastrukturunun inkişaf etdirilməsi üçün böyük önəm daşıyır. Düşünürəm ki, qlobal investorların Bakı şəhərinə olan marağı regionlara da yayılsa, bu, ölkə iqtisadiyyatı üçün daha da əhəmiyyətli olar. Belə olan halda, investisiyaların yalnız paytaxtda deyil, həm də bölgələrdə iqtisadi…

Daha çox

Rusiyanın itirilən neft gəlirləri

[ad_1] Neft qiymətləri Rusiya və Ukrayna arasındakı müharibəyə necə təsir edir? Neftin qiyməti hər gün dəyişir. Əhəmiyyətli amillərin birləşməsi qiymətə, xüsusən də geosiyasi vəziyyətə təsir göstərir. Neftin bir barelinin qiyməti istehsalçıdan da asılıdır. Rusiyanın Ural neftinin qiyməti hazırda 62,51 dollar/barel təşkil edir. Bloomberg-in məlumatına görə, bu gün neftin qiyməti bir həftə ərzində ən çox bahalaşıb. Vəziyyətə Rusiya dizel ixracının azalması və Trampın Rusiyaya təzyiqinin artması təsir edib. Konkret olaraq Amerika prezidenti deyib ki, NATO ölkələri onların hava məkanını pozan Rusiya təyyarələrini vurmalıdır. Tramp Rusiya neftinin əsas alıcılarını da müəyyən edib.…

Daha çox

“Son illər ölkəmizdə şaxələndirilmiş qeyri-neft sektoru inkişaf edir”

[ad_1] “Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin apardığı iqtisadi siyasətinin prioritetidir. Çünki neftin bazarı dəyişkəndir və bu da iqtisadiyyatın dayanıqlı olmasını çətinləşdirir. Ona görə də qeyri-neft sektorun inkişafı məqsədilə bir sıra dövlət proqramları icra olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, sənaye parkları, sənaye məhəllələri və aqroparklar yaradılmış və bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə böyük vergi güzəştləri və azadolmalar verilmişdir: “Həm də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində dəstək proqramları həyata keçirilir. Məhz bunun nəticəsidir ki, son illər…

Daha çox

“Sahibkarlar üçün yeni imkanlar yaradılır”

[ad_1] “Azərbaycanda sahibkarlıq mühitinin və bütövlükdə investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı işlər sürətləndirilib. Belə ki, həm iqtisadi islahatların dərinləşməsi, həm də iqtisadiyyatın inkişafı ilə bağlı tədbirlərin genişləndirilməsi müşahidə olunur. Nəticə etibarilə sahibkarlar üçün yeni imkanlar yaradılır. Amma təbii ki, sahibkarlar üçün imkanların genişləndirilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması hər zaman prioritetdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu gün müşahidələr göstərir ki, sahibkarlar üçün kredit resurslarına çıxış imkanlarının artırılması, eyni zamanda daha ucuz maliyyə vəsaitlərinin əldə edilməsi ilə bağlı dəstəyə…

Daha çox

Bu il POS-terminallardan istifadə ilə bağlı 1100-dən çox qanun pozuntusu aşkar edilib

[ad_1] Cari ilin yanvar-avqust ayları ərzində POS-terminallardan istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1143 qanun pozuntusu aşkar edilib. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulması deməkdir. Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur, bu da istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” layihəsindən faydalanmaq hüququndan məhrum olması ilə nəticələnir. Vergiödəyicilərinin nəzərinə çatdırılır…

Daha çox

III Beynəlxalq Statistika Forumu iştirakçıları təəssüratlarını SİA-ya danışdı

[ad_1] Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda III Beynəlxalq Statistika Forumunun ikinci günü işə başlayıb. Tədbirdə milli statistika sistemlərində aparılmış islahatlar və inkişaf perspektivləri, BMT-nin Statistika Komissiyası tərəfindən qəbul edilmiş Milli Hesabat Sisteminin son versiyasının (MHS-2025) tətbiqi, valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında beynəlxalq müqayisələr proqramı, əhali və mənzil fondu siyahıyaalınmasının 2030-cu il mərhələsi, Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi, həmçinin sahə və çoxsektorlu layihələrlə bağlı məsələlər müzakirə olunacaq, informasiya texnologiyaları, statistika məlumatların inteqrasiyası, institusional qərarlar, statistikada səriştəliliyin inkişafı ilə əlaqədar layihələrin effektivliyi qiymətləndirilib. SİA-nın əməkdaşı iştirakçıların həm forumla bağlı, həm…

Daha çox

Görülən işlər müzakirə olunub

[ad_1] İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Kommersiya nəqliyyat vasitələri şöbəsinin baş meneceri Tien Çunlon ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, son illərdə Azərbaycan və Çin arasında əməkdaşlıq sürətlə inkişaf edib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan bir sıra mühüm saziş və memorandumlar, o cümlədən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” əməkdaşlıq üçün geniş perspektivlər açır. Vurğulanıb ki, Çin şirkətlərinin Azərbaycanda həyata keçirdiyi sərmayə layihələri, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əlaqələr regional inteqrasiyanın güclənməsinə töhfə…

Daha çox