“Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusu keçirilib

[ad_1] Mərkəzi Bank ev təsərrüfatlarının istehlak və yığım üzrə davranış və niyyətləri haqqında məlumat toplamaq, bu qərarlara təsir edən amillər haqqında onların fikirlərini öyrənmək, ev təsərrüfatlarının borc yükü və onun ödənilməsi imkanları ilə bağlı informasiya əldə etmək məqsədilə “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunu keçirib. SİA xəbər verir ki, ev təsərrüfatlarının istehlak və yığım üzrə davranış və niyyətləri məcmu tələbin əsasını təşkil etməklə inflyasiya səviyyəsinin və gözləntilərinin formalaşmasında amillərdən biri kimi çıxış edir. Digər tərəfdən borc yükü və ona xidmət göstərilməsi ev təsərrüfatlarının maliyyə dayanıqlılığı və ödəmə qabiliyyətinə təsir…

Daha çox

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

[ad_1] Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. Bu barədə SİA-nın yerli bürosuna “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilıib. Bildirilib ki, şəhərin “Stansiya Sumqayıt” ərazisində 152 və 153 saylı balansda yerləşən D=159 mm-lik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar sentyabrın 25-də saat 11:00-dan etibarən 2300 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qaz verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək. [ad_2]

Daha çox

Bakı metrosunun “B-04” stansiyasının tikintisində növbəti mərhələ başlayıb

[ad_1] “Bakı Metropoliteni” QSC Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verib. SİA-nın məlumatına görə, tikinti işlərinin gedişi ilə yerində tanış olmaq üçün əraziyə mediatur təşkil olunub. Bildirilib ki, bu mərhələdə inşaatla yanaşı, stansiyanın daxili infrastrukturunun qurulmasına da başlanılıb. Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb. Bundan başqa,…

Daha çox

Mərkəzi Bankda sorğu təqdimatı keçirilir

[ad_1] Mərkəzi Bankda “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov, Mətbuat katibi Namiq Əliyev, həmçinin media nümayəndələri iştirak edirlər. Sorğu ev təsərrüfatlarının maliyyə davranışlarını, gələcək planlarını və iqtisadi gözləntilərini öyrənmək məqsədi daşıyır. [ad_2]

Daha çox

“Sorğunun nəticələri makroiqtisadi qərarların formalaşmasında mühüm rol oynayacaq”

[ad_1] “Bu gün Mərkəzi Bankda “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun təqdimatı yaxın günlərdə reallaşdırılması planlaşdırılan ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri sorğusu ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır. SİA xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev deyib. O bildirib ki, sorğunun əsas məqsədi ev təsərrüfatlarının maliyyə qərarlarını necə verdiyini, qənaət və istehlak davranışlarını, habelə iqtisadi gözləntilərini öyrənməkdir: “Bu məlumatlar Mərkəzi Bank üçün makroiqtisadi amillərin dəyərləndirilməsi və qərarların daha effektiv əsaslandırılması baxımından mühüm əhəmiyyət daşıyır”. [ad_2]

Daha çox

“Borc ödəmə qabiliyyətlərini və gözləntilərini öyrənmək üçün də əhəmiyyətlidir”

[ad_1] “Sorğu iqtisadi siyasətin planlaşdırılması və resursların düzgün bölgüsü üçün əsaslı məlumat bazası yaratmağa xidmət edəcək”. SİA xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov təqdimat mərasimində bildirib. O qeyd edib ki, sorğunun əsas məqsədi ev təsərrüfatlarının maliyyə qərarlarını, qənaət və istehlak davranışlarını, həmçinin iqtisadi gözləntilərini öyrənməkdir: “Bu layihə vasitəsilə toplanan məlumatlar Mərkəzi Bank üçün makroiqtisadi göstəricilərin təhlilində və qərarların daha effektiv əsaslandırılmasında mühüm rol oynayacaq. Sorğu eyni zamanda ev təsərrüfatlarının maliyyə imkanlarını, borc ödəmə qabiliyyətlərini və gözləntilərini öyrənmək üçün də əhəmiyyətlidir”. Samir Nəsirov əlavə edib…

Daha çox

“Sorğuda media nümayəndələrinin dəstəyi geniş ictimaiyyətə çatmaq üçün vacibdir”

[ad_1] Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun təqdimat mərasimində media nümayəndələrini maraqlandıran suallara cavab verib. SİA xəbər verir ki, o bildirib ki, sorğunun nəticələrinin daha geniş kütləyə çatdırılması üçün media nümayəndələrinin dəstəyi vacibdir: “Sorğunun nəticələri həm mətbuat vasitəsilə, həm sosial şəbəkələrdə, həm də Mərkəzi Bankın rəsmi saytında və digər elektron platformalarda yayımlanacaq. Bu, məlumatların əhalinin maksimum hissəsinə çatdırılması üçün əsas yoldur”. Samir Nəsirov qeyd edib ki, sorğu həm banklar vasitəsilə məlumat toplanmasını, həm də fərdi istifadəçilərin elektron platformalarda iştirakını əhatə edir: “Biz…

Daha çox

“Global Infrastructure Partners” ilə birgə investisiyalar Azərbaycanın rolunu gücləndirir

[ad_1] Son illərdə Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının ən mühüm iqtisadi və geosiyasi aktorlarından birinə çevrilib. Qlobal və regional çağırışlara çevik reaksiya verən, sabitlik və inkişaf modelini əsas prioritet kimi müəyyən edən ölkə, dayanıqlı tərəfdaşlıq və strateji əməkdaşlıq kursu ilə beynəlxalq müstəvidə etibarlı mövqeyini daha da gücləndirir. Dövlətin həyata keçirdiyi məqsədyönlü iqtisadi islahatlar, biznes mühitinin liberallaşdırılması və xarici sərmayələrə göstərilən yüksək dəstək, Azərbaycanın regional sərmayə xəritəsində qabaqcıl yerini təmin edib. Texnologiyalar, süni intellekt, alternativ enerji və yüksək dəyər yaradan layihələrə yönəlmiş bu yeni iqtisadi yanaşma, ölkənin qlobal…

Daha çox

AQTA yanında Məşvərət Şurası çağırış kampaniyasına start verib

[ad_1] Müasir dünyada qida sadəcə gündəlik istehlak vasitəsi deyil, sağlamlığın, rifahın və davamlı gələcəyin əsas təminatıdır. Bu baxışla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) yanında Məşvərət Şurası yeni kampaniyaya başlayıb. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, kampaniyanın əsas məqsədi vətəndaşları ictimai iştirakçılığın həyata keçirilməsi ilə qida zəncirinin hər bir mərhələsində qida təhlükəsizliyinə nəzarətin təmin olunmasına cəlb etməkdir. “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir. Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!”, – deyə məlumatda vurğulanıb. Mövzu ilə bağlı hazırlanmış…

Daha çox