[ad_1] İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və imzalanan sənədlərin Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Serbiya ilə iqtisadi sahədə əməkdaşlığın geniş potensiala malik olduğu bildirilib, müxtəlif iqtisadi istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb. Serbiya şirkətlərinin ölkəmizdə reallaşdırılan iqtisadi layihələrdə iştirak imkanları diqqətə çatdırılıb. Görüşdə iqtisadi sahədə birgə təşəbbüslərin önəmi qeyd olunub, ticarət, investisiya, biznes, enerji və digər sahələrdə işbirliyinin səmərəliliyinin artırılması məsələləri müzakirə edilib. [ad_2]
Daha çoxCategory: İqtisadiyyat
“Bu sənəd Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verəcək”
[ad_1] “Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin iri holdinqlərindən biri arasında sənəd imzalanmışdır. Bu sənədin gələcəkdə Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verəcəyi gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, xarici investisiyaların, xüsusən də Birləşmiş Ərəb Əmirliklərindən gələn sərmayələrin Azərbaycana daxil olması, ölkə iqtisadiyyatında daha fəal iştirakın təmin olunması deməkdir: “Holdingin Azərbaycana yatırımlar etməsi yeni layihələrin həyata keçirilməsinə, qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə ciddi dəstək olacaq. BƏƏ-də fəaliyyət göstərən iri holdinqlər və transmilli korporasiyalar müasir idarəetmə modelləri və innovativ texnologiyalardan…
Daha çoxBakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb
[ad_1] Cari ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1 milyard 176 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən SİA-ya bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57 faizini təşkil edib. [ad_2]
Daha çoxBakıda 2-ci AZHAB Forumu keçiriləcək
[ad_1] Oktyabrın 7-8-də Azərbaycan Halal Biznes Forumuna (AZHAB) ev sahibliyi edəcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) SİA-ya bildirilib ki, forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Sürətlə dəyişən dünyada halal sənaye dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunacaq. İki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlığın qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri…
Daha çox“Qəzaların əsas səbəbi qaydaların bilinməməsidir”
[ad_1] “Skuterlərlə və ya qanunla müəyyən edilmiş kiçik elektrikli nəqliyyat vasitələri ilə baş verən qəzaların əsas səbəbi bu vasitələri idarə edən gənc vətəndaşlarımızın yol hərəkəti qaydalarını kifayət qədər bilməməsidir. Onlar, həmçinin, bu nəqliyyat vasitələrinin düzgün istifadəsi ilə bağlı qaydaları da yetərincə dərk etmirlər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, bəzi avtomobil sürücüləri də yollarda belə nəqliyyat vasitələrini sıxışdırmağa çalışırlar ki, bu da doğru deyil: “Əgər həmin vasitələr avtomobil yolunun sağ zolağından hərəkət edirsə, sürücülər onlara keçid üçün şərait yaratmalıdırlar. Əslində, bu nəqliyyat vasitələri…
Daha çox3-cü Beynəlxalq Statistika Forumu öz işinə başlayıb
[ad_1] Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının növbəti iclası keçirilir. SİA xəbər verir ki, forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil…
Daha çox“Kəlbəcər Bal Festivalı 2025” tədbiri baş tutub
[ad_1] Sentyabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda “Kəlbəcər Bal Festivalı 2025” tədbiri baş tutub. SİA xəbər verir ki, festival IDEA İctimai Birliyinin, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib. [ad_2]
Daha çox“Azərbaycan dünyada mühüm tranzit və əməkdaşlıq mərkəzinə çevrilməkdədir”
[ad_1] “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatları çərçivəsində keçirdiyi görüşlər və iştirak etdiyi yüksək səviyyəli tədbirlər bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq arenada mühüm strateji tərəfdaş kimi qəbul edilir. Bu səfər çərçivəsində Prezident İlham Əliyevin dünya miqyasında tanınan şirkət rəhbərləri, nüfuzlu siyasətçilər və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər ölkəmizə olan marağın və hörmətin açıq göstəricisidir. Həmçinin qeyd etmək lazımdır ki, bu cür görüşlər Azərbaycanın artan siyasi çəkisinin və iqtisadi potensialının bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin…
Daha çoxEnergetika Nazirliyində kollegiya iclası keçirilib
[ad_1] Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq enerji sahəsində qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə icra edildiyini bildirib. Qeyd edilib ki, ölkəmiz bu gün reallaşdırdığı regional əməkdaşlıq layihələrinin hər birində lider mövqeyindədir və dövlət başçısının vizyonu ilə həyata keçirilən enerji siyasəti həm milli maraqlara, həm də beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. İclasın gündəliyə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük…
Daha çoxIII Beynəlxalq Statistika Forumu çox mühüm mərhələdə keçirilir
[ad_1] Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Beynəlxalq Müqayisələr Proqramında fəal iştirak etməsi gələcək üçün olduqca ümidvericidir. SİA xəbər verir ki, bu sözləri Dünya Bankının Beynəlxalq Müqayisələr Proqramı layihəsinin rəhbəri Marko Olavi Rissanen Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda çıxış edərkən deyib. Onun sözlərinə görə, forum statistika üçün çox mühüm bir mərhələdə keçirilir. “Üç gün davam edəcək forumda biz əsas prioritetləri, 2024-cü il Beynəlxalq Müqayisələr Proqramının (BMP) cari mərhələsini, 2025-ci il Milli Hesablar Sisteminə keçidi, 2030-cu il əhali və mənzil siyahıya alınmasına hazırlığı və dayanıqlı inkişaf məqsədlərinin monitorinqini müzakirə…
Daha çox