Hökumət statistikanın inkişafına böyük önəm verir

[ad_1] Statistika istənilən cəmiyyətin, ölkənin və ölkəyə rəhbərlik edən şəxslərin əsas metodoloji alətidir. Azərbaycanda da Prezidentin tapşırığına uyğun olaraq hökumət statistikanın inkişafına böyük önəm verir. SİA xəbər verir ki, bu barədə Baş naziri Əli Əsədov III Beynəlxalq Statistika Forumunda deyib. Onun sözlərinə görə, son illər Azərbaycanda Dövlət Statistika Komitəsi kifayət qədər inkişaf edib. Bu inkişaf həm metodoloji baxımdan, həm də təşkilatı baxımdan xeyli fərqlidir. “Prezident və hökumət statistika qurumunun fəaliyyətindən öz razılığını bildirir. O cümlədən Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti dəstək olaraq son illər ərzində 6 dövlət proqramını qəbul edib…

Daha çox

“Azərbaycanda milli statistika sisteminin hədəfləri müəyyən edilib”

[ad_1] Azərbaycanda 2026–2030-cu illər üzrə yeni dövlət proqramında milli statistika sisteminin hədəfləri müəyyən edilib. SİA xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda bildirib. Onun sözlərinə görə, proqramın prioritetləri beynəlxalq təcrübədən yararlanmaqla milli statistika potensialının gücləndirilməsidir: “Qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsini, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə statistik innovasiyaların genişləndirilməsini əhatə edir. Bu məqsədlə komitə bir çox beynəlxalq təşkilat və xarici ölkələrin müvafiq qurumları ilə fəal əməkdaşlıq edir”. [ad_2]

Daha çox

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı

[ad_1] Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı. SİA xəbər verir ki, beynəlxalq Jest Dilləri Günündə Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tətbiqində istifadəyə verildi. Bu yenilik 3 milyondan çox istifadəçisi olan platformanın eşitmə və nitq məhdudiyyətli müştəriləri üçün mövcud olan ən fundamental baryerlərdən birini aradan qaldırması deməkdir. Birbank bu təşəbbüslə bank xidmətini hər kəs üçün əlçatan etməklə yanaşı,…

Daha çox

Kəlbəcərdə Bal Festivalı keçirilir

[ad_1] Kəlbəcər rayonunun mərkəzində İDEA İctimai Birliyinin təşəbbüsü, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı Kəlbəcər Bal Festivalı keçirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə yaylaq mövsümünün başa çatmasına və Azərbaycan balının brendləşdirilərək dünya bazarına çıxarılmasına həsr olunan tədbirdə ölkəmizin müxtəlif bölgələrindən tanınmış arıçılar, o cümlədən İDEA İctimai Birliyinin dəstək verdiyi gənc arıçılar iştirak edərək, müxtəlif arıçılıq məhsullarını sərgiləyirlər. [ad_2]

Daha çox

Saleh Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək

[ad_1] Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabrın 26-da saat 11:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək. SİA agentliyə istinadən xəbər verir ki, qəbulda Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinləri iştirak edə bilərlər. Məlumata əsasən, qəbula yazılmaq istəyən vətəndaşlar bu ünvanlarda öncədən qeydiyyatdan keçə bilərlər: Hacıqabul rayonu üzrə: “20 №-li Yol İstismarı” MMC, Şirvan şəhəri üzrə: “33 №-li Yol İstismarı” MMC. Qəbula gələn vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli və qaldırdıqları məsələlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmalıdır. [ad_2]

Daha çox

“Yeni çağırışlar nəzərə alınaraq metodologiya təkmilləşdirilməlidir”

[ad_1] “MDB ölkələrinin statistika orqanları yeni çağırışları və tələbləri nəzərə alaraq metodologiyanı təkmilləşdirməlidirlər”. Bu sözləri jurnalistlərə açıqlamasında Bakıda keçirilən III Beynəlxalq Statistika Forumu çərçivəsində MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam bildirib. Onun sözlərinə görə, I forum Sankt-Peterburqda (Rusiya), II forum isə Daşkənddə (Özbəkistan) keçirilib: “Bakıdakı forumda 19 ölkənin statistika orqanlarının, həmçinin statistika məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Həyat son dərəcə dinamikdir. Rəsmi statistikanın operativ şəkildə qiymətləndirməli olduğu yeni hadisələr meydana çıxır. Biz bununla məşğuluq. Bu çox çətin bir çağırışdır, metodologiya hazırlamaq lazımdır. Ona görə də…

Daha çox

“Suvarma texnologiyalarında və əkinə qulluqda ciddi problemlər var”

[ad_1] “Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılmasının qarşısını alan əsas maneələr kifayət qədərdir. İlk növbədə bu sahədə əsas məsuliyyət daşıyan qurum – Kənd Təsərrüfatı Nazirliyidir. Hazırda bu nazirlik məhsuldarlığın artmasına yalnız mane olmaqla kifayətlənmir, eyni zamanda artırılması üçün heç bir ciddi tədbir də görmür. Məhsuldarlığın artırılması üçün ən vacib məsələlərdən biri kənd təsərrüfatı məhsullarının beynəlxalq satış kanallarının yaradılmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan fermerləri öz məhsullarını xaricə satmaq üçün kanalları özləri tapırlar: “Halbuki dünyanın bir çox ölkəsində dövlət fermerlər üçün ixrac və satış…

Daha çox

“Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas alətdir”

[ad_1] “Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas alətdir”. SİA xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda deyib. O bildirib ki, statistika yalnız iqtisadiyyat deyil, cəmiyyətin bütün sahələrinin dünənini, bu gününü və sabahını proqnozlaşdırmaq üçün əsas baza yaradır: “İnkişafı qiymətləndirmək üçün konkret statistik məlumatlar, rəqəmlər və diaqramlar lazımdır. Azərbaycan hökuməti bu məlumatlardan gündəlik, hətta hər saatda istifadə edir”. Baş nazir əlavə edib ki, rəqəmsal inkişaf, İT texnologiyalar və süni intellekt statistikanı daha dəqiq, çevik və əlçatan…

Daha çox

“Yeni rəqəmsal dünyada statistika aparıcı rola malikdir”

[ad_1] “Yeni rəqəmsal dünyada statistika aparıcı rola malikdir”. SİA-nın verdiyi məlumata görə bu sözləri, MDB Baş katibinin müavini Denis Trefilov Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib. Onun sözlərinə görə, bu gün rəqəmsal transformasiya həyatın demək olar ki, bütün sahələrini əhatə edir: “Buna görə də perspektivlərimiz bu yeni şəraitə uyğunlaşmaqda, innovasiyaları tətbiq etməkdə, iqtisadiyyatın yeni sahələri və sosial hadisələr üçün metodologiya inkişaf etdirməkdə, təbii ki, rəqəmsal texnologiyaların bütün imkanlarından və ən yaxşı təcrübələrindən istifadə edərək yeni göstəricilər işləyib hazırlamaqda görünür. MDB ölkələri üçün…

Daha çox

Bakıda 3-cü Beynəlxalq Statistika Forumu keçirilir

[ad_1] Ümumdünya Statistika Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Müstəqil Dövlətlər Birliyininr Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilir. SİA-nın verdiyi məlumata görə, forum Azərbaycan Respublikasının himni ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciəti qonaqlara çatdırıb. Forum 15 ölkənin və 10 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətlərinin, tanınmış elmi ictimaiyyət nümayəndələrinin və ekspertlərin iştirakı ilə keçirilir. Forumun dövlətimizin…

Daha çox