Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,76 ABŞ dolları və ya 2,53% artaraq 71,22 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,46 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]

Daha çox

Aqrar Sığorta Fondu iqlim risklərinin kənd təsərrüfatına təsirinin müzakirə olunduğu beynəlxalq tədbirdə iştirak edib

[ad_1] Sentyabrın 22-24-də Niderlandın Rotterdam şəhərində Beynəlxalq Kənd Təsərrüfatı İstehsalı Sığortaçılar Assosiasiyasının (AIAG) təşkilatçılığı ilə ənənəvi illik konqres – “AIAG Congress” 2025 keçirilir. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya bildirilib ki, Azərbaycanı bu tədbirdə ölkədə kənd təsərrüfatı sahəsinin sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondunun İdarə heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Xatırladaq ki, AIAG – International Association of Agricultural Production Insurers – kənd təsərrüfatı sığortası sahəsində fəaliyyət göstərən beynəlxalq qurumdur. Aqrar Sığorta Fondu 2022-ci ildən etibarən AIAG-nin üzvüdür və təşkilatın tədbirlərində fəal iştirak edir. Builki tədbirin əsas mövzusu…

Daha çox

Bu günün valyuta məzənnələri

[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0410 manata kimi ucuzlaşıb, Rusiyanın 100 rublu 2,0352 manata kimi, avro isə 2,0066 manatadək bahalaşıb. [ad_2]

Daha çox

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirilib

[ad_1] Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edərək son iki ayda Xəzər regionunda müşahidə olunan inkişafın diqqətəlayiq olduğunu deyib. O bildirib ki, bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir. Əfqan Niftinin sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş təkcə siyasi…

Daha çox

Bak;da 10 milyard dollarlıq sənədlər imzalandı

[ad_1] Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” mövzusunda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, forum İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, “The European House – “Ambrosetti” beyin mərkəzinin strateji tərəfdaşlığı, həmçinin “Euronews”un media və “Sea Breeze” turizm zonasının təşkilati dəstəyi ilə baş tutub. Tədbirdə müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, biznes nümayəndələri, qlobal investorlar, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin, maliyyə institutlarının, beyin mərkəzlərinin, yerli və xarici medianın təmsilçiləri daxil olmaqla ümumilikdə 1000-ə yaxın…

Daha çox

Azərbaycanda dəmir filizi ehtiyatının 187 milyon tondan çox olması təsdiqlənib

[ad_1] Həyata keçirilmiş ilkin qiymətləndirmə çərçivəsində aparılan geoloji tədqiqatlar nəticəsində yataqlar üzrə 70 milyon ton artım qeydə alınıb. Ümumilikdə isə yerin təkində 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib. SİA xəbər verir ki, bunu “AzerGold” QSC-nin sədri Zakir İbrahimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən brifinqdə deyib. O bildirib ki, bu həcm potensial olaraq gələcəkdə yataqların 15 il əlavə istismarı deməkdir. “Hazırda bu mərhələ üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdan sonra layihənin bu hissəsi üzrə…

Daha çox

Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

[ad_1] Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Sərmayə Fondunun korporativ kreditlər üzrə direktoru Nasser Al-Abdulla ilə görüşüb. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatlar, əlverişli biznes mühiti və sərmayə imkanları barədə məlumat verilib, Azərbaycan hökumətinin xarici investorlarla əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb. Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji sektorların inkişafında tərəfdaşlıq imkanları müzakirə olunub. Xüsusilə, infrastruktur, maliyyə xidmətləri, enerji və qeyri-neft sektorunda həyata keçirilə biləcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı…

Daha çox

“BƏƏ Azərbaycanda bir sıra investisiya layihələrinə başlayıb”

[ad_1] “Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun plenar sessiyası çərçivəsində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydi iştirak edib. Sessiyada Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə BƏƏ-nin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, bu, hökumətin investisiya cəlb etmək istəyi ilə bağlıdır və layihəyə dair bəzi detallara yer verilib: “Layihənin dəyəri 5 milyard dollar təşkil edir və həmin böyük yol boyunca ətraf ərazilərdə…

Daha çox

Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

[ad_1] Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Silk Road Fund”un idarəedici direktoru Deng Jinghua ilə görüşüb. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub. Vurğulanıb ki, Azərbaycan ilə Silk Road Fund arasındakı əməkdaşlıq ölkəmizin beynəlxalq maliyyə platformalarında etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, strateji infrastrukturun inkişafına və qlobal sərmayə axınının cəlbinə mühüm dəstək…

Daha çox

Azərbaycan Monteneqro ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib

[ad_1] Monteneqronun turizm naziri ilə görüşdə ticarət, investisiya, nəqliyyat və turizm üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Monteneqronun turizm naziri Simonida Kordiç ilə görüşüb. Görüşdə Azərbaycanın Monteneqro ilə iqtisadi münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Şərq və Qərbin, Şimal və Cənubun strateji kəsişməsində əsas sərmayə imkanlarını araşdırmaq məqsədi daşıyan Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun bu baxımdan yeni imkanlar yaratdığı diqqətə çatdırılıb. Tərəflər ticarət, investisiya, nəqliyyat, turizm və…

Daha çox