“Daşkəsən Dəmir Filizi” MMC ilə Fonte GreenMet saziş imzalayıb

[ad_1] “Daşkəsən Dəmir Filizi” MMC ilə Fonte GreenMet Investments Fund OEIC Limited arasında yüksək tərkibli isti briketlənmiş dəmir istehsalı üzrə birgə müəssisənin yaradılmasına dair Saziş imzalanıb. SİA xəbər verir ki, sənədi “Daşkəsən Dəmir Filizi” MMC-nin direktoru Ceyhun Əliyev və Fonte GreenMet Investments Fund OEIC Limited-in baş icraçı direktoru Yerzhan Mussin imzalayıb. [ad_2]

Daha çox

Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum sərgi-satış yarmarkası təşkil olunub

[ad_1] Ağcabədi Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə Ağcabədi rayonunda növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, tədbirin əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişafı, fermerlərlə tədarükçülərin əməkdaşlığına dəstək göstərmək, rayonlaşdırılmış sertifikatlı toxumlara fermerlərin əlçatanlığını təmin etmək, məhsuldarlığın artırılmasını və bölgədə aqrar istehsalın davamlı inkişafını dəstəkləməkdir. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, kənd təsərrüfatının inkişafı dövlət…

Daha çox

Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib

[ad_1] Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 3 800 ABŞ dollarını ötərək tarixi maksimumunu yeniləyib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,69% artaraq 3 801,2ABŞ dollarına bərabər olub. [ad_2]

Daha çox

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bir sıra müqavilələr imzalanıb

[ad_1] “Strateji investisiya və maliyyələşdirmə: Dövlət-özəl tərəfdaşlığı və sinerji imkanlarının açılması” mövzusunda keçirilən paneldə Iqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə “Basalt Group” MMC və “ARGS Holding” MMC arasında Birgə İştirak müqavilələri imzalanıb. SİA xəbər verir ki, imzalama 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub. Sənədləri müvafiq olaraq ABİF-in baş direktoru Yasin Cəlilov, “Basalt Group” MMC-nin direktoru Rüfət Bağırov, “ARGS Holding” MMC-nin icraçı direktoru Emil Həsənov imzalayıblar. [ad_2]

Daha çox

“Yeni Büdcə Fondu ictimai nəqliyyatda xidmət keyfiyyətini yüksəldəcək”

[ad_1] “Prezident İlham Əliyevin imzaladığı fərmanla “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması çox önəmli addımdır. Çünki ölkəmizdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsində bir sıra mövcud problemlər var: köhnəlmiş avtobus parkı, bəzi marşrutlarda sıxlıq, həmçinin xidmət keyfiyyətində bərabərsizlik. Yeni fondun yaradılması bu problemlərin həllində sistemli yanaşmanı təmin edəcək”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. Onun sözlərinə görə, fond vasitəsilə ictimai nəqliyyatın maddi-texniki bazası gücləndiriləcək. Bu isə müasir, ekoloji baxımdan təmiz avtobusların alınması, onların texniki xidmətinin yüksəldilməsi deməkdir: “Digər tərəfdən, marşrut şəbəkəsinin optimallaşdırılması və yeni texnologiyaların tətbiqi…

Daha çox

Azərbaycan nefti cüzi ucuzlaşıb

[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1% azalaraq 69,46 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,53 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]

Daha çox

Bu günün valyuta məzənnələri

[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat,Türkiyə lirəsi 0,0411 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0300 manata kimi ucuzlaşıb, avro isə 2,0054 manatadək bahalaşıb. [ad_2]

Daha çox

Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib

[ad_1] Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,15% artaraq 3 780,7 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,23% azalaraq 44,23 ABŞ dolları olub. [ad_2]

Daha çox

İndiyədək 79 şəhərin 65-i üçün Baş plan yenilənib

[ad_1] Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirilir. Azad edilmiş ərazilərdə 12 şəhərin Baş planı hazırlanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. “Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Son 4 ildə üç beynəlxalq hava limanı, yol və avtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub”, – deyə A.Quliyev qeyd edib. A.Quliyev, həmçinin bildirib ki, indiyədək 79 şəhərin…

Daha çox

Azərbaycan və İtaliyanın ikitərəfli əməkdaşlıq üçün möhkəm bazası var

[ad_1] Azərbaycanın enerji və logistika sahəsində strateji rolu İtaliyanın sənaye təcrübəsi ilə birləşərək ikitərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu İtaliyanın nəhəng maşınqayırma və sənaye şirkəti və dünyada metallurgiya sənayesi üçün avadanlıq istehsalında lider “Danieli & C. Officine Meccaniche SpA” şirkətinin direktorlar şurasının üzvü Anna Mareski Danieli söyləyib. Onun sözlərinə görə, mövcud geosiyasi vəziyyət ikitərəfli əlaqələr üçün yeni imkanlar açır. “Cənub Qaz Dəhlizi kimi təşəbbüslər, həmçinin Avropa İttifaqının regionda fəallığının artırılması sənaye tərəfdaşlığının inkişafına daha güclü təkan verir. Davamlı inkişaf və regional sabitlikdə ortaq…

Daha çox