Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək

[ad_1] Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlər qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb. [ad_2]

Daha çox

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

[ad_1] Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,37% artaraq 3 691.80 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 1.23% artaraq 42.64 ABŞ dolları olub. [ad_2]

Daha çox

Dünya əmtəə bazarlarında neft ucuzlaşıb

[ad_1] Dünya əmtəə bazarlarında neft ucuzlaşıb. SİA-nın məlumatına görə, dünya bazarında neftin qiyməti azalıb. WTI Crude Oil (Nymex) markalı neftin qiyməti 0,18 dollar və ya 0,28% azalaraq 63,39 ABŞ dolları olub. Brent Crude (ICE) markalı neft isə 0,12 dollar və ya 0,18% ucuzlaşaraq 67,32 ABŞ dollarına enib. Qiymətlərin enməsi qlobal bazarda tələb-təklif balansı ilə bağlı qeyri-müəyyənliklər və investorların iqtisadi artım perspektivlərinə dair ehtiyatlı mövqeyi ilə izah olunur. [ad_2]

Daha çox

Azərbaycan neftinin qiyməti düşüb

[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.51 ABŞ dolları və ya 0.72% azalaraq 70.25 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.76 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]

Daha çox

Azərbaycan və Aİ yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar

[ad_1] Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar. SİA xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələrinə dair “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla aktiv müzakirə apardıq. Regionda (Cənubi Qafqazda – red.) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bunlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaratmağı razılaşdırdıq. Biz tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik”, – M.Kos yazıb. [ad_2]

Daha çox

Bu günün valyuta məzənnələri

[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat,Türkiyə lirəsi 0,0411 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0433 manata kimi bahalaşıb, avro isə 2,0017 manatadək ucuzlaşıb. 1 ABŞ dolları USD 1,7 1 Avro EUR 2,0017 1 Avstraliya dolları AUD 1,1227 1 Belarus rublu BYN 0,565 1 Bolqarıstan levi BGN 1,0237 1…

Daha çox

“Qış turizminin inkişafı fasiləsizliyi təmin edəcək”

[ad_1] “Azərbaycanda turizmin inkişafı istiqamətində əsas hədəflərdən biri bu sahədə fərqliliyin təmin edilməsidir”. Bu fikirləri millət vəkili Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib. O, qeyd edib ki, turizmdə rəngarəngliyin yaradılması isə yalnız yay və müalicəvi turizmlə məhdudlaşmır, eyni zamanda qış turizminin inkişafı da xüsusi əhəmiyyət daşıyır: “Müşahidələr göstərir ki, Azərbaycana gələn əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri məhz Qusar rayonudur. Bu fakt birbaşa olaraq rayonun qış turizmi potensialı ilə bağlıdır. Şahdağ qış-yay turizm kompleksi kimi layihələrin həyata keçrilməsi nəticəsində Qusar həm yerli, həm də xarici turistlərin əsas seçim məkanına…

Daha çox

“Neft savaşı gedirdi və optimal bir variant seçilməli idi”

[ad_1] “20 sentyabr həddindən artıq ağır və çətin bir dövr idi. Ümummilli lider hakimiyyətə təzəcə gəlmişdi. Ölkənin daxilində ağır məsələlər mövcud idi və onları həll etmək lazım idi. Xarici siyasətdə çoxlu boşluqlar və problemlər var idi, onlar da həll olunmalıydı. Ən vacib məsələ isə həm daxili, həm də xarici siyasət baxımından neft strategiyasının müəyyən olunması idi”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Onun sözlərinə görə, hər tərəfdən Azərbaycanın üzərinə hücumlar edilirdi: “Hər kəs Azərbaycan neftini öz nəzarətinə götürməyə çalışırdı. Hər kəs bilirdi ki, Azərbaycanın iqtisadiyyatı…

Daha çox

Neftçilər günü münasibətilə Ərazi Partiya Təşkilatında tədbir keçirilib

[ad_1] 20 sentyabr Neftçilər günü münasibətilə Ərazi Partiya Təşkilatında tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan SOCAR üzrə Ərazi Partiya Təşkilatının sədri Ağəli Hüseynov ilk öncə 20 sentyabr Neftçilər günü münasibətilə peşə sahiblərini təbrik edərək onlara uğurlar arzu edib. Ağəli Hüseynov bildirib ki, respublikamızın…

Daha çox