“Ödəmə qabiliyyəti zəif olan müştərilər risk yaradır”

[ad_1] “2025-ci ilin avqust ayına olan məlumata görə, iqtisadiyyatda kredit təşkilatları üzrə müddətli kredit portfelinin həcmi 30 milyard 257 milyon manat olmuşdur. Həmin tarixdə vaxtı keçmiş kreditlərin həcmi isə 529 milyon manat təşkil etmişdir. Bu da ümumi kredit portfelinin təxminən 6 faizinə bərabərdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, ümumilikdə, bu göstərici normal səviyyədə qiymətləndirilir və hər hansı təhlükə doğuran vəziyyət kimi dəyərləndirilmir: “Vaxtı keçmiş kreditlərin idarə olunması istiqamətində Mərkəzi Bank banklara müvafiq təlimatlar verir, bu kreditlərin strukturu müəyyənləşdirilir. Bir sıra borcların geri qaytarılması mümkün…

Daha çox

“Fermerlərin potensialı tam istifadə olunmur”

[ad_1] “Fermerlərin maliyyə, texnologiya və bazara çıxış problemləri mövcuddur. Ən böyük çətinliklərdən biri onların maliyyəyə çıxış imkanları ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib. Onun sözlərinə görə, fermerlər də biznesmenlərdir və Azərbaycanda ümumiyyətlə bütün bizneslərin maliyyəyə çıxışında ciddi çətinliklər yaşanır: “Mərkəzi Bank manatı dollara nisbətdə sabit saxlamağa çalışır, lakin bu, eyni zamanda manata qarşı devalvasiya riski yaradır. Bu risk əlavə risk premiumunun yaranmasına səbəb olur. Nəticədə manatla verilən bütün kreditlərin faiz dərəcələri yüksək olur. Beləliklə, kreditlərin əldə edilməsi qeyri-səmərəli xarakter daşıyır və qoyulan investisiyaların həcmini azaldır. Texnologiya…

Daha çox

Naxçıvanda sahibkarlara 8,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib

[ad_1] Cari ilin yanvar–avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 106 layihəyə ümumilikdə 8 milyon 405 min 500 manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 868 min 500 manat və ya 3,3 dəfə çoxdur. Bu dəstək nəticəsində 92 yeni iş yerinin yaradılması nəzərdə tutulur. [ad_2]

Daha çox

Xarici siyasi nüfuzlu şəxslərlə bağlı maliyyə əməliyyatları 3 dəfədən çox artıb

[ad_1] 2024-cü il ərzində xarici siyasi nüfuzlu və onlarla əlaqəli şəxslərə dair Maliyyə Monitorinqi Xidmətinə (MMX) daxil olan 14 658 sayda hesabatın araşdırılması zamanı müəyyən edilib ki, bu dövrdə 95 629 sayda mədaxil və məxaric əməliyyatları həyata keçirilib. SİA Maliyyə Monitorinqi Xidmətinə (MMX) istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrlərinin göstəricisindən 3,3 dəfə çoxdur. Məlumata görə, hesabat dövründə beynəlxalq məlumat mübadiləsi çərçivəsində MMX-yə 16 ölkənin xarici maliyyə monitorinqi orqanı tərəfindən 27 sorğu, 12 ölkədən spontan qaydada 21 məlumat daxil olmuş, Xidmət tərəfindən isə 51 ölkəyə 84 sorğu, 5…

Daha çox

Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub

[ad_1] Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan OIC-CERT təşkilatının İdarə Heyətinin Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş növbəti iclasında iştirak edib. SİA Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, İdarə Heyətinin iclasında təşkilatın 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, həmçinin ölkəmizin (CERT.gov.az) inkişafına rəhbərlik etdiyi OIC-CERT-in 4-cü strateji istiqaməti – “Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya” sahəsində həyata keçirilən işlərin vəziyyəti barədə məlumat verilib. Bununla yanaşı İdarə Heyəti XRİTDX-nin üzərində işlədiyi “İnformasiya təhlükəsizliyi…

Daha çox

Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub

[ad_1] Almaniyanın nüfuzlu “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə keçirilən “Qaz 2025: Körpü, yoxsa əyləc? Qaz sektoru enerji keçidi və dünya siyasəti arasında” mövzusunda ənənəvi illik konfransda Azərbaycanın enerji strategiyası və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqət mərkəzində olub. “Handelsblatt” nəşrinin hər il təşkil etdiyi və sənaye liderlərini, hökumət nümayəndələrini və enerji sahəsində nüfuzlu ekspertləri bir araya gətirən ənənəvi tədbir enerji siyasəti, qaz bazarı, karbon emissiyasının azaldılması və enerji keçidi strategiyaları kimi aktual məsələlərin müzakirə edildiyi yüksəksəviyyəli platforma kimi tanınır. SİA xəbər verir ki, tədbirdə “Handelsblatt” qəzetinin dəvəti ilə Azərbaycanın Almaniyadakı…

Daha çox

Əmtəə bazarlarında qızıl 3 700 dollardan aşağı səviyyədə ticarət olunur

[ad_1] Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,87% azalaraq 3 685,55 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 1,17% azalaraq 41,66 ABŞ dolları olub. [ad_2]

Daha çox

“Azeri Light” neftinin qiyməti 71 dollara yaxınlaşır

[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,08ABŞ dolları və ya 0,11% artaraq 70,76 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,68 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]

Daha çox

Bu günün valyuta məzənnələri

[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0331 manata, Türkiyə lirəsi 0,0411 manata, avro isə 2,0052 manatadək ucuzlaşıb. [ad_2]

Daha çox