[ad_1] “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin noyabr müqaviləsinin dəyəri 0,31% azalaraq 1 barelə görə 67,74 ABŞ dolları təşkil edib. SİA-NIN məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,41% azalaraq 63,79 ABŞ dollarına bərabər olub. [ad_2]
Daha çoxCategory: İqtisadiyyat
Paytaxtın bu qəsəbəsində qaz olmayacaq
[ad_1] Sabah Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq. [ad_2]
Daha çoxQızılın qiyməti yeni rekord vurub
[ad_1] Qızılın qiyməti yeni rekord vurub. SİA xəbər verir ki, “Comex” birjasında qızılın qiyməti bir unsiya üçün 3 744 dollar həddini keçib. Buna səbəb ABŞ mərkəzi bankı olan Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ilin dekabrından bəri ilk dəfə olaraq faiz dərəcəsini 4-4,25%-ə endirməsi qərarıdır. [ad_2]
Daha çoxAzərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
[ad_1] Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Birgə Biznes Şurası yaradılıb. Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. SİA-nın məlumatına görə, KOBİA-dan bildirilib ki, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir. Yeni əməkdaşlıq platforması çərçivəsində iş adamları üçün qarşılıqlı investisiya imkanlarının öyrənilməsi, birgə layihələrin icrası və ixracın genişləndirilməsi üzrə müxtəlif tədbirlər həyata…
Daha çoxZəngəzur dəhlizi Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar açır…
[ad_1] ABŞ-ın dəstəklədiyi Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” – TRIPP) Cənubi Qafqaz regionu üçün yeni iqtisadi imkanlar yaradacaq. O iqtisadi cəhətdən birbaşa Mərkəzi Asiya və Çin ölkələrini Orta Dəhlizlə birləşdirməklə Türkiyə-Naxçıvan-Azərbaycan quru əlaqəsini təmin etmiş olur. Zəngəzur dəhlizi ənənəvi Rusiya və İran marşrutlarından asılılığı azaltmaqla Avrasiya yükdaşımalarında səmərəliliyi və dayanıqlılığı da artıracaq. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun baş müşaviri, Szent İstvan Universitet professoru Laszlo Vaşa bildirib. “Nəqliyyatla yanaşı, layihə enerji, rəqəmsal və mühəndis infrastrukturu özündə birləşdirmək potensialına…
Daha çox“Azərbaycan iqtisadi qüdrətini bərpa etdi”
[ad_1] “20 sentyabr 1994-cü ildə tarixi bir hadisə baş verdi. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində bir çox beynəlxalq və xarici investorlar Azərbaycana kapital və investisiya qoyuluşu həyata keçirdilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, bu investorlar arasında BP, ExxonMobil və dünya üzrə neft sektorunda aparıcı transmilli korporasiyalar da var idi: “Həmin şirkətlərin Azərbaycana axını ilə “Əsrin müqaviləsi” kimi tarixə düşən sənəd imzalandı. Bu müqavilə Azərbaycanın bir sıra sahələrdə, xüsusilə də strateji enerji təhlükəsizliyi baxımından müstəqilliyinin təmin olunmasında əsas vasitə oldu. Məhz 1994-cü il…
Daha çoxOğuz rayonunda Aqrar biznes festivalı və Toxum sərgi-satış yarmarkası keçirilib
[ad_1] Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Oğuz Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda növbəti Aqrar biznes festivalı və Toxum sərgi-satış yarmarkası keçirilib. Tədbirin əsas məqsədi fermerlərin sertifikatlı və rayonlaşdırılmış toxumlarla təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və regionlarda dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, toxum sərgi-satış yarmarkasında Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edən Oğuz, Balakən, Qax, Qəbələ, Şəki, Zaqatala rayonlarından toxumçular və bu sahədə fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər. Yarmarkada əkin materialı…
Daha çoxBakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
[ad_1] Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçiriləcək. İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) SİA-ya bildirilib ki, sentyabrın 22-23-də AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirəcək. Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair…
Daha çoxAzərbaycanda internet inqilabı: hər 10 evdən 9-unun interneti var
[ad_1] Azərbaycanda internet inqilabı: hər 10 evdən 9-unun interneti var [ad_2]
Daha çoxDövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 127 milyon manat vəsait daxil olub
[ad_1] Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 126,9 milyon manat vəsait daxil olub. SİA xidmətin yaydığı məlumata istinadla xəbər verir ki, bu ilin yanvar-avqust ayları ərzində 34 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 690 nəqliyyat vasitəsi özəlləşdirilib. Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 96,6 milyon manat təşkil edib. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 426-sı qeyri-yaşayış, 2728-i torpaq sahələri üzrə olmaqla 3154 yeni icarə müqaviləsi bağlanılıb.…
Daha çox