[ad_1] “20 Sentyabr – Neftçilər Günü, 1994-cü ildə “Əsrin Müqaviləsi”nin bağlandığı gündür”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, bu müqavilə nəticəsində ölkəmizdə neft sektorunda yeni bir dövr başladı və sonradan Neftçilər Günü kimi qeyd olunmağa başladı: “Həmin müqavilə Azərbaycana milyardlarla dollar vəsaitin gəlməsinə, həmçinin dünyanın əhəmiyyətli ölkələrindən neft şirkətlərinin ölkəmizə cəlb olunmasına səbəb oldu. Daha sonra Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin çəkilməsi həyata keçirildi. Ardınca indiki qaz layihələri, o cümlədən Cənub Qaz Dəhlizi və “Şahdəniz” yatağının istismarı başlandı. Bu layihələrin hamısı Əsrin Müqaviləsinin nəticəsi və sonrakı…
Daha çoxCategory: İqtisadiyyat
SOCAR üzrə bir ton neftin istehsal maya dəyəri 160 manatı ötüb
[ad_1] Ötən il SOCAR üzrə 1 ton neftin istehsal maya dəyəri 160,51 manat təşkil edib. SİA-nın SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, ötən il şirkət üzrə neftin istehsal maya dəyəri 2023-ci ilin göstəricisi ilə müqayisədə 16,91 manat və ya 11,8% artıb. Hesabata əsasən, şirkət üzrə neft in hasilatı na çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,8%, əmək haqqı xərcləri 15,7%, sosial sığortaya ayırmalar 3,5%, əsas vəsaitlərin amorti zasiyası 20,4%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,8%, nəqliyyat xərcləri…
Daha çoxBu il Azərbaycana 700 minə yaxın smartfon idxal edilib
[ad_1] 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana 217 milyon 546.4 min ABŞ dolları dəyərində 675 min 164 ədəd smartfon idxal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər baxımından 1.7% və ya 5.1 milyon ABŞ dolları artıb, say baxımından isə 12.4% və ya 95.4 min azalıb. Belə ki, 2024-cü ilin ilk 7 ayı ərzində ölkəyə 212 milyon 431.9 min dollar dəyərində 770 min 523 ədəd smartfon gətirilib. Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti ötən ilin müvafiq…
Daha çoxƏmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
[ad_1] Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,18% azalaraq 3 679,9 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,23% azalaraq 42,73 ABŞ dolları olub. [ad_2]
Daha çoxDünya birjalarında neft bahalaşıb
[ad_1] Dünya birjalarında neft bahalaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,48 dollar artaraq 67,47 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar artaraq 63,18 dollar təşkil edib. [ad_2]
Daha çox“HRENGINEERING” MMC-nin tərəfdaşı olduğu beynəlxalq sammit başa çatdı
[ad_1] 8 – 10 sentyabr 2025-ci il tarixlərində İstanbulda 18 ölkənin yüksək səviyyəli rəhbərlərini bir araya gətirən “Executive Leadership & AI Transformation Summit”-də ölkəmiz “HRENGİNEERIG” MMC tərəfindən təmsil olundu. SİA xəbər verir ki, beş ulduzlu otellərin birində baş tutan sammitdə Azərbaycandan yeganə tərəfdaş qismində “HRENGINEERING” MMC iştirak etdi. Şirkətin dəstəyi ilə “SOCAR Group” və “Veysəloğlu Şirkətlər Qrupu” – nun rəhbər heyəti tədbirdə təmsil olunaraq beynəlxalq müzakirələrdə iştirak etdilər və qlobal şəbəkələşmə imkanlarından yararlandılar. Üç gün davam edən tədbirdə Qətər, Əlcəzair, Türkiyə və digər ölkələrdən sahə üzrə qlobal ekspert və alimlər…
Daha çoxBu günün valyuta məzənnələri
[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 15-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat. Türkiyə lirəsi 0,0411 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0391 manata kimi, avro isə 1,9949 manatadək bahalaşıb. 1 ABŞ dolları USD 1,7 1 Avro EUR 1,9949 1 Avstraliya dolları AUD 1,133 1 Belarus rublu BYN 0,565 1 Bolqarıstan levi BGN 1,0186 1…
Daha çoxSabah bu ərazilər işıqsız qalacaq
[ad_1] Lənkəranda qeyri-sabit hava şəraiti səbəbindən şəhərin bir çox hissəsində elektrik enerjisinin verilişində problem yaşanıb. SİA xəbər verir ki, yağan güclü leysan yağışları elektrik təsərrüfatını sıradan çıxarıb. Belə ki, şəhərin ən böyük yaşayış massivləri olan 1-ci və 2-ci mikrorayon, eləcə də Raypo və “Su-8” yaşayış massivi işıqsız qalıb. Məlumata görə, ərazini elektrik enerjisi ilə təmin edən transformatorlarda qısaqapanma baş verib. Hazırda qəzaların aradan qaldırılması istiqamətində tədbirlər görülür. [ad_2]
Daha çoxİqtisadi Şuranın növbəti iclası keçirilib…
[ad_1] …bir sıra vacib məsələlər müzakirə olunub İqtisadi Şuranın növbəti iclası keçirilib. SİA xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, sentyabrın 12-13-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, dünya iqtisadiyyatının inkişaf meyilləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, cari iqtisadi vəziyyət və 2025-2029-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəfləri, Qarabağ və Şərqi…
Daha çoxAzərbaycanda kolbasa istehsalı artıb
[ad_1] Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 20 min 231,8 ton kolbasa məmulatı istehsal edilib. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Sentyabrın 1-nə ölkədə 23,7 ton hazır kolbasa ehtiyatı mövcuddur ki, bu da əvvəlki ilə nisbətən 2,4 dəfə azdır. Hesabat dövründə Azərbaycanda istehsal olunmuş qida məhsullarının ümumi dəyəri 3 milyard 408,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 10,8 % artım deməkdir. [ad_2]
Daha çox