[ad_1] “Hazırda ölkəmizdə qida təhlükəsizliyi sahəsində mövcud normativ tələblərə uyğunluğun qiymətləndirilməsi məqsədilə mütəmadi nəzarət və monitorinq tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində halal təsnifatlı məhsullar da xüsusi nəzarətdə saxlanılır”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda səsləndirib. Qoşqar Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi İnstitutu artıq Türkiyə Respublikasının Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunub və İslam ölkələrinin standartlaşdırma orqanlarının qəbul etdiyi meyarlar əsasında fəaliyyət göstərir: “Bu, halal sertifikatlaşdırma xidmətlərinin beynəlxalq səviyyədə tanınmasını təmin edir. İnstitutda halal sertifikatlaşdırma…
Daha çoxCategory: İqtisadiyyat
Energetika Nazirliyinin “Çağrı Mərkəzi”nə olan müraciətlərin statistikası açıqlanıb
[ad_1] Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 5635 zəng qəbul edilib. Nazirlikdən SİA-ya bildirilib ki, daxil olan zənglərin 4500-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 500-ü təşəkkür xarakterli, 635-i isə digər məsələlərlə bağlı olub. Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb. Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin 974 – Çağrı Mərkəzi və…
Daha çox“Halal sənayesi bu gün qlobal dayanıqlılığın və etik dəyərlərin əsas mənbəyinə çevrilir”
[ad_1] “II Azərbaycan Halal Biznes Forumu Azərbaycan Respublikasının gözəl şəhərində keçirilir. İlk növbədə, Azərbaycan Hökumətinə, xüsusilə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA), CESREC və CIMIC təşkilatlarına bu forumun yüksək səviyyədə təşkilinə və onun uğurla keçirilməsi üçün yaradılmış şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Həmçinin foruma qatılan bütün iştirakçıları səmimiyyətlə salamlayıram. Sizin iştirakınız bu tədbiri daha da mənalı və əlamətdar edir”. SİA xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi, Səudiyyə Ərəbistanını təmsil edən dr.Saleh Əl-Suhan 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda çıxışı zamanı…
Daha çox“Azərbaycan İƏT məkanında etibarlı iqtisadi tərəfdaş və təşəbbüskar ölkə kimi tanınır”
[ad_1] “Fürsətdən istifadə edərək forumun reallaşmasında göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və aidiyyəti qurumlarına təşəkkürümü bildirirəm. Azərbaycan regionda İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrə böyük önəm verir”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda çıxışı zamanı səsləndirib. Elnur Əliyev qeyd edib ki, Azərbaycan multikulturalizm, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, eləcə də İslam dəyərlərinin dünyada təbliğində mühüm rol oynayıb: “Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və…
Daha çox2-ci Azərbaycan Halal Biznes Forumu keçirilir
[ad_1] İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes (AZHAB) Forumu keçirilir. SİA xəbər verir ki, bu il ikincisi dəfə keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub. Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edirlər. AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Forumun açılış mərasimində yerli…
Daha çox“Artıq ölkəmiz təkcə regionda deyil, dünyada öz layiqli mövqeyini tutmaqdadır”
[ad_1] “İki qardaş ölkənin rəhbər nümayəndələrinin, müxtəlif dövlətlərdən gəlmiş nümayəndə heyətlərinin ölkəmizdə olması bizi sevindirir. Bu gün burada iştirak edən bütün nümayəndələri – qardaş Türkiyədən, dostuq Gürcüstandan, Rumıniyadan, Qazaxıstandan, Yunanıstandan gələn qonaqları səmimiyyətlə salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm”. Bu sözləri SİA-nın verdiyi məlumata görə, iclas zamanı QDİƏT-in Azərbaycan nümayəndə heyyətinin rəhbəri Eldar Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan hər keçən gün inkişaf edir. Artıq ölkəmiz təkcə regionda deyil, dünyada öz layiqli mövqeyini tutmaqdadır. Sosial, iqtisadi və humanitar sahələrdə əldə olunan nailiyyətlər beynəlxalq qurumların diqqətindədir. Son zamanlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin…
Daha çoxAqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib
[ad_1] Biləsuvar rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, toxum bazarının formalaşdırılması, innovativ texnologiyaların tətbiqi ilə toxumçuluqda məhsuldarlığın yüksəldilməsi, sahənin elmi əsaslarla inkişaf etdirilməsi, eyni zamanda, fermerlərin sertifikatlaşdırılmış toxumlara əlçatanlığının təmin olunması məqsədilə keçirilən yarmarkada Biləsuvar və Cəlilabad rayonundan toxumçu fermerlər, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər. Rəsmi açılış mərasimində çıxış edən Biləsuvar Rayon…
Daha çoxADY bu il sərnişin daşımalarını 20% artırıb
[ad_1] AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 944 min sərnişin daşıyıb, bu da illik müqayisədə 17% artım deməkdir. ADY-dən SİA-ya verilən məlumata görə, bu ilin 9 aylıq ümumi sərnişindaşıma göstəricisi (7 156 851 sərnişin) isə keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib. [ad_2]
Daha çoxƏmtəə bazarlarında qızıl 4 000 dollara yaxın səviyyədə ticarət olunur
[ad_1] Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,29% artaraq 3 988,05 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,12% azalaraq 48,388 ABŞ dolları olub. [ad_2]
Daha çoxAzərbaycan neftinin qiyməti 70 dolları ötüb
[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,91 ABŞ dolları və ya 1,31% artaraq 70,12 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,21 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]
Daha çox