[ad_1] Cari ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 faiz artaraq 9 milyard 287,8 milyon manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib. Bu ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və ya 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib. [ad_2]
Daha çoxCategory: İqtisadiyyat
İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb
[ad_1] Yanvar-avqust aylarında iqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər çalışıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müayisədə 2,19 faiz azdır. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3879,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1066,9 manat, özəl müəssisələrdə isə 1129,2 manat olub. [ad_2]
Daha çoxBu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql olunan qaz 15 milyard kubmetri ötüb
[ad_1] Yanvar-avqust aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 26 milyard 662,6 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 0,7 faiz artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, hesabat dövrü ərzində qaz nəqlinin 57 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 2,2 faiz artaraq 15 milyard 200,5 milyon kubmetr təşkil edib. [ad_2]
Daha çoxAzərbaycanın magistral neft kəmərləri ilə nəql etdiyi neftin 75 faizi BTC-nin payına düşüb
[ad_1] Yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,8 faiz azalaraq 24 milyon 566,5 min ton təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, nəqletmənin 74,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmərlə neft nəqli 5,33 faiz azalaraq 18 milyon 356,5 min ton olub. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,3 faizini və ya 15 milyon 469 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7 faizini və ya 2 milyon 887,5 min tonunu isə…
Daha çoxNazirlik Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı açıqlama yayıb
[ad_1] Son günlər tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur. Maliyyə Nazirliyindən SİA-ya bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə aparılır, mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir. “Nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur”, – deyə nazirliyin yaydığı məlumatda bildirilir. [ad_2]
Daha çoxBu günün valyuta məzənnələri
[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 12-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. , Türkiyə lirəsi 0,0411 manata enib, Rusiyanın 100 rublu 2,0047 manata kimi, avro isə 1,9934 manatadək bahalaşıb. [ad_2]
Daha çoxAzərbaycan neftinin qiyməti yenidən 68 dollara enib
[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yenidən 68 dollara enib. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,90 ABŞ dolları və ya 1,3% azalaraq 68,12 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,02 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]
Daha çoxBu ərazilərdə işıq olmayacaq
[ad_1] Bu ərazilərdə işıq olmayacaq [ad_2]
Daha çoxQlobal İT şirkətinin Azərbaycandakı rəsmi mərkəzinin açılışı olub
[ad_1] Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Andersen Lab” qlobal İT şirkətinin Azərbaycandakı rəsmi mərkəzinin açılışında iştirak edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Andersen Lab” şirkətinin işə götürdüyü gənclərlə görüş zamanı onların bilik və bacarıqlarının real layihələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb. Tədbirdə bildirilib ki, yeni mərkəz ölkəmizin İKT potensialının inkişafına dəstək verəcək, gənclərin beynəlxalq layihələrdə iştirakını genişləndirəcək və rəqəmsal xidmətlərin ixracına töhfə verəcək. [ad_2]
Daha çoxAzərbaycan nümayəndə heyəti FAST tərəfdaşlığının Roma görüşündə iştirak edib
[ad_1] BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma şəhərində yerləşən Baş Qərargahında FAST (Food and Agriculture for Sustainable Transformation) tərəfdaşlığının üzvlərinin növbəti iclası keçirilib. Tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini, FAST tərəfdaşlığının və Bakı Harmoniya İqlim Təşəbbüsünün əlaqələndiricisi Leyla Cabbarlı, həmçinin Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Təhminə İbrahimova təmsil ediblər. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, tədbirin açılış mərasimində FAO-nun İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin direktoru Kaveh Zahedi, Azərbaycanın nümayəndə heyətinin rəhbəri Leyla…
Daha çox