[ad_1] Cari ilin yanvar-avqust aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 79 milyon 628 min 160 ABŞ dolları olub. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, ticarət dövriyyəsinin 9 milyon 72 min 880 dollarını və ya 11,4 faizini ixrac olunmuş məhsulların, 70 milyon 555 min 280 dollarını və ya 88,6 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 8,7 faiz, o cümlədən idxal 11,7 faiz azalıb, ixrac isə 24,5 faiz artıb. [ad_2]
Daha çoxCategory: İqtisadiyyat
““Formula-1” yarışlarının Azərbaycanda keçirilməsi təkcə idman hadisəsi deyil,…”
[ad_1] ““Formula-1” yarışlarının Azərbaycanda keçirilməsi təkcə idman hadisəsi deyil, həm də ölkə iqtisadiyyatı üçün ciddi dividentlər qazandıran bir layihədir. Dünyanın diqqət mərkəzində olan bu möhtəşəm tədbir ölkəni beynəlxalq arenada tanıdır, Bakını isə qlobal idman və turizm xəritəsində önəmli bir məkan kimi möhkəmləndirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, ilk növbədə, belə bir mötəbər yarış minlərlə xarici turistin Azərbaycana gəlməsinə səbəb olur: “Yarış həftəsi boyunca otellərin doluluq səviyyəsi kəskin artır, restoranlar, əyləncə mərkəzləri və nəqliyyat sektorunda canlanma müşahidə edilir. Qonaqların xərclədiyi hər manat iqtisadiyyata əlavə…
Daha çoxQeyri-yaşayış sahələri müsabiqə vasitəsilə icarəyə veriləcək
[ad_1] Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 4 obyekt çıxarılıb. Obyektlərin aylıq icarə qiyməti 8 min manatla 212 min manat arasında dəyişir. SİA Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hazırkı müsabiqəyə çıxarılan 4 obyekt Gəncə, Şamaxı şəhərlərində, Oğuz və Qazax rayonlarında yerləşir. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqənin yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək. Sifarişçilər müsabiqədə iştirak etmək üçün 2025-ci il oktyabrın 3-dək Əmlak Məsələləri Dövlət…
Daha çoxMuxtar respublikada 343 milyon manatlıq sənaye məhsulu istehsal edilib
[ad_1] Cari ilin yanvar-avqust aylarında muxtar respublikada 343 milyon 6 min 900 manatlıq sənaye məhsulu istehsal edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 19,1 faiz çoxdur. Sənaye məhsulunun 281 milyon 174 min 400 manatı və ya 82,0 faizi malların, 61 milyon 832 min 500 manatı və ya 18,0 faizi isə xidmətlərin payına düşüb. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 76,6 faizi emal, 20,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,9 faizi isə su təchizatı,…
Daha çoxBakı İqlim Fəaliyyəti Həftəsi 2025 üçün onlayn qeydiyyat başlayıb
[ad_1] Bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) üçün qeydiyyatın açıldığı elan olunur. SİA xəbər verir ki, böyük maraqla gözlənilən ikinci iqlim həftəsi sentyabrın 29-dan oktyabrın 3-dək Azərbaycanda, Bakıda keçiriləcək və bu, 2024-cü ildəki ilk Bakı İqlim Fəaliyyəti Həftəsinin uğurunun davamıdır. Layihənin əhəmiyyəti ilə bağlı çıxış edən COP29 Prezidenti Muxtar Babayev bildirib: “Dünya ictimaiyyətinin Braziliyada keçiriləcək COP30 tədbirinə hazırlaşdığı bir vaxtda, 2025-ci il Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) Azərbaycanın iqlim fəaliyyəti sahəsində davamlı olaraq sərgilədiyi liderlik və əzmkarlığı bütün dünyaya nümayiş etdirir”. Dünya COP30-a – Braziliyada keçiriləcək konfransa hazırlaşdığı…
Daha çoxNaxçıvanda istehlakçılara 3,4 milyon manatdan çox ƏDV məbləği qaytarılıb
[ad_1] Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” mexanizminin tətbiqi uğurla həyata keçirilir. Muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, indiyədək layihə çərçivəsində istehlakçılara 3,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar–avqust aylarında istehlakçılara qaytarılan məbləğ isə ötən ilin eyni dövrünə nisbətən 26 faiz artaraq 1,1 milyon manatdan çox olub. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci ilin yanvar–avqust aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə…
Daha çoxNaxçıvanda ən yüksək əkin subsidiyası məbləğləri təyin edilib
[ad_1] Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının yeni qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə subsidiyaların məbləğləri əhəmiyyətli dərəcədə artıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, yeni əmsallar həm əkin, həm məhsul, həm də toxum subsidiyası üzrə fərqli yanaşmanı əks etdirir. Əsas məqsəd Naxçıvanda gəlirli və ixracyönümlü əkinçilik təsərrüfatlarının yaradılması, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə, həmçinin müasir əkinçilik texnologiyalarının tətbiqinin təşviqidir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində təqdimat keçirilib, yeni qaydalar və subsidiya əmsalları barədə məlumat verilib. Yeni qaydalara əsasən, 2025-ci…
Daha çoxAzərbaycan və Qazaxıstan dövlət maliyyəsində şəffaflığı müzakirə edib
[ad_1] Azərbaycan və Qazaxıstan arasında dövlət maliyyəsində şəffaflığın artırılması ilə bağlı əməkdaşlıq müzakirə edilib. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Qazaxıstan Ali Auditorlar Palatasının sədri Alixan Smayılov ilə görüşdə müzakirə edilib. Məlumata görə, Hesablama Palatasının sədri V. Gülməmmədovun rəhbərlik etdiyi və Maliyyə Nazirliyinin əməkdaşlarının da təmsil olunduğu nümayəndə heyəti Qazaxıstanda səfərdədir. Görüşdə hər iki ali audit orqanı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qurumların fəaliyyəti barədə təqdimatlar edilib. Görüşdə ali audit orqanı ilə Maliyyə…
Daha çoxBu günün valyuta məzənnələri
[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0412 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0028 manata kimi, avro isə 1,9888 manatadək ucuzlaşıb. [ad_2]
Daha çoxAzərbaycan neftinin qiyməti 69 dolları ötüb
[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 69 dolları ötüb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 ABŞ dolları və ya 0,5% artaraq 69,02 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,70 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]
Daha çox