[ad_1] Bakının bu rayonlarında qaz olmayacaq [ad_2]
Daha çoxCategory: İqtisadiyyat
2025-ci ilin büdcəsində yerli gəlirlər artacaq
[ad_1] 2025-ci ilin dövlət büdcəsi layihəsində şəhər və rayonların yerli gəlirləri 793,9 milyon manat, yerli xərcləri isə 799,2 milyon manat həcmində nəzərdə tutulub. SİA-nın verdiyi məlumata görə, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Azim Abasov qeyd edib. O bildirib ki, göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 2,4% və 1,8% artımı əks etdirir və artım fiskal idarəetmənin təkmilləşdirilməsi, vergi bazasının genişlənməsi ilə bağlıdır. [ad_2]
Daha çox2024-cü ildə dövlət investisiya xərcləri 97,4% icra olunub
[ad_1] 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə ayrılmış vəsaitin icrası 97,4% təşkil edib. SİA xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri Firiş Şəkərəliyev qeyd edib. Belə ki, dürüstləşdirilmiş təyinat üzrə 2814,2 milyon manat müəyyən edilsə də, icra 2741,6 milyon manat olub. Bu göstərici 2023-cü illə müqayisədə 81,2 milyon manat və ya 3,1% artım deməkdir. Artımın əsas səbəbi xarici kreditlərin və digər əsaslı qoyuluş xərclərinin çoxalması ilə bağlıdır. Dövlət İnvestisiya Proqramına daxil olan prioritet layihələrlə yanaşı, dövlət…
Daha çoxƏsas kapitala 11 milyard manatdan çox vəsait yönəldilib
[ad_1] Cari ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 374,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8 faiz artıb. İstifadə olunmuş investisiyanın 5 milyard 800,2 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 819,9 milyon manatı (33,6 faizi) xidmət sahələrinə, 1 milyard 754,4 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib. Əsas kapitala yönəldilmiş investisiyaların…
Daha çoxBakıda velosiped və skuter kirayəsinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır
[ad_1] Hazırda Bakı şəhərində mikromobillik vasitələrinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir. Şəxsi velosiped və skuterlərindən istifadə edənlər də nəzərə alınsa rəqəmlər daha yüksəkdir. Mikromobillik vasitələrindən, xüsusilə skuterlərdən istifadə edənlərin sayı artdıqca, təhlükəsizlik məsələsi də əsas prioritetə çevrilir. AYNA tərəfindən mütəmadi olaraq skuter istifadəçilərinə təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı çağırış olunur. Skuter istifadəçilərinin diqqət etməli olduğu vacib məqamlar var: • Skuter istifadə edərkən onun texniki sazlığına əmin olmaq lazımdır. Bu zaman əyləc…
Daha çox“Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı”
[ad_1] “Azərbaycanın neft strategiyasının əsası məhz Ümummilli Liderin rəhbərliyi ilə qoyuldu və Azərbaycanın neft strategiyası, xüsusilə də 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” praktik olaraq bir tərəfdən Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaratdı, digər tərəfdən isə ölkəmizin inkişafı üçün yeni imkanların açılmasına şərait yaratdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 1994-cü ildə formalaşan neft strategiyasının həm Azərbaycanın geosiyasi mövqeyinə, həm də gəlirlərinin artmasına mühüm təsirlərini müşahidə etdik: “Bu təsirlər praktik olaraq özünü belə göstərdi ki, Azərbaycan artıq regionun 14 ölkəsinə mavi qaz ixrac etməyə…
Daha çox“Qızıl qiymətlərinin artımı qlobal bazarlara və ölkəmizə təsir edir”
[ad_1] “Son aylarda dünya bazarlarında qızıl qiymətlərinin artması bir neçə mühüm amillə izah olunur. İlk növbədə, qızıl hər zaman qeyri-müəyyənlik dövrlərində “təhlükəsiz liman” aktivinə çevrilir. Yəni, geosiyasi gərginliklər, müharibə riskləri, eləcə də qlobal iqtisadiyyatda baş verən dalğalanmalar investorları daha etibarlı aktivlərə yönləndirir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, Qızıl da məhz bu baxımdan ənənəvi olaraq sərmayəçilərin ilk seçimlərindən biri olur: “Digər mühüm amil inflyasiya göstəriciləridir. ABŞ-da və Avropada faiz dərəcələrinin yüksək qalması, eyni zamanda dolların digər valyutalara qarşı mövqeyində dəyişikliklər investorların davranışına təsir göstərir.…
Daha çox“Azərbaycanın tranzit imkanları iqtisadi inkişafı sürətləndirir”
[ad_1] “Azərbaycanın tranzit ölkə olması ölkə iqtisadiyyatına həm birbaşa, həm də multiplikativ effektlərlə dividentlər qazandırır. Birincisi, tranzit ölkə olaraq ərazidən keçən nəqliyyat iştirakçılarının ödədiyi rüsumlar və ödənişlər birbaşa dövlət büdcəsinə daxil olur və bu da kifayət qədər ciddi paya sahibdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və daim inkişaf etdirilən nəqliyyat-logistika infrastrukturu tranzit potensialının genişlənməsinə xidmət edir ki, bu da nəticə etibarilə gəlirlərin artmasına şərait yaradır: “Eyni zamanda, Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması həm Qərb, həm də Şərq ölkələrinin…
Daha çoxAzərbaycanda ÜDM 1 faiz artıb
[ad_1] Cari ilin yanvar-avqust aylarında ölkədə 83 milyard 37,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artıb. ÜDM istehsalının 34,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7…
Daha çoxBu ilin 8 ayında 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib
[ad_1] Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,8 faiz artıb. Sənaye məhsulunun 61,2 faizi mədənçıxarma sektorunda, 32,3 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı…
Daha çox