Aqrar sığorta sahəsində Türkiyə təcrübəsi öyrənilir

[ad_1] Aqrar Sığorta Fondunun nümayəndə heyəti kənd təsərrüfatı sığortaları sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə qardaş ölkəyə səfər edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, nümayəndə heyətinin tərkibinə Aqrar Sığorta Fondunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Azər Məmmədov və şöbənin əməkdaşı Aysel Həsənova daxildir. Fond nümayəndələri səfər çərçivəsində Türkiyə Tarım Kredit Kooperativləri İttifaqının təmsilçiləri ilə görüşlər keçiriblər. Görüşdə qarşı tərəfə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri, aqrar sığortanın tətbiqi modelləri, sığorta prosesinin kənd təsərrüfatına dəymiş zərərlərin qarşılanmasında rolu, Aqrar Sığorta Fondu ilə TARSİM arasında əməkdaşlıq, iki…

Daha çox

Çinin Ningbo limanı ilə Bakı Limanı arasında rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupu yaradılır

[ad_1] Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Çinin Zhejiang vilayətinin vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələləri müzakirə edilib. Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər Zhejiang vilayətində yerləşən Ningbo limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında avtomatlaşma və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupunun yaradılması məsələsini razılaşdırıb. [ad_2]

Daha çox

225-ci qatarın qarşılanma mərasimi keçirilib

[ad_1] gün Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb. TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək. Mərasimdə bildirilib ki, son dövrlərdə Çinlə Azərbaycan arasında nəqliyyat,…

Daha çox

Dünya birjalarında neft bahalaşıb

[ad_1] Dünya birjalarında neft bahalaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 66,47 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,41 dollar artaraq 62,67 dollar təşkil edib. [ad_2]

Daha çox

“Azərbaycanın tranzit rolu ölkəyə strateji üstünlük qazandırır”

[ad_1] “Azərbaycanın tranzit ölkə kimi rolunun güclənməsi yaxın illərdə ölkə iqtisadiyyatı üçün yeni imkanlar və üstünlüklər yaradacaq. Bunun əsas səbəbi Azərbaycanın coğrafi mövqeyinin – Şərqlə Qərbi, həmçinin Şimal ilə Cənubu birləşdirən təbii körpü funksiyasının – getdikcə daha çox əhəmiyyət qazanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, xarici ticarət dövriyyəsinin artımı diqqətəlayiqdir. Azərbaycanın tranzit imkanlarının inkişafı region ölkələrinin, xüsusilə də Orta Asiya və Cənubi Qafqaz dövlətlərinin mallarının Avropa bazarlarına çıxışını sürətləndirəcək. Bu, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şimal–Cənub dəhlizi kimi infrastruktur…

Daha çox

Azərbaycan neftinin qiyməti yenidən 68 dolları ötüb

[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,83 ABŞ dolları və ya 1,2% artaraq 68,31 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,48 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]

Daha çox

Bu günün valyuta məzənnələri

[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 9-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0412 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0565 manata kimi ucuzlaşıb, avro isə 1,2014 manatadək bahalaşıb. [ad_2]

Daha çox

Bakının iki rayonunda su kəsiləcək

[ad_1] Bakının iki rayonunda suyun verilişində fasilələr olacaq. Bu barədə SİA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilir ki, Nəsimi və Nərimanov rayonlarını içməli su ilə təmin edən magistral xətdə aparılan təmir-bərpa işləri ilə əlaqədar bu rayonların bəzi ərazilərinə 8 sentyabr, saat 22:00-dan etibarən 9 sentyabr tarixində gün ərzində suyun verilməsində müvəqqəti fasilə yaranacaq. [ad_2]

Daha çox

İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

[ad_1] İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə videokonfrans formatında görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında dostluq və strateji tərəfdaşlıq çərçivəsində iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub, enerji sahəsindəki əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Ölkəmizdə formalaşan cəlbedici investisiya mühitinin tərəfdaşlığın genişlənməsinə stimul verdiyi diqqətə çatdırılıb. Tərəflər iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılması üzrə perspektivləri müzakirə ediblər. Görüşdə enerji, sənaye, innovasiya,…

Daha çox