“Qlobal bazardakı vəziyyət Azərbaycan bazarına təsir edir”

[ad_1] “Ümumiyyətlə, məhsul və xidmətin yekun qiymətini formalaşdıran əsas faktor onun ərsəyə gətirilməsində çəkilən xərclərdir. Çəkilən xərclər yüksək olarsa, yekun qiymət də bir o qədər yüksək olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, hal-hazırda da bildiyiniz kimi Azərbaycan iqtisadiyyatını əsasən idxal üzərində qurub: “Bir çox məhsullar xaricdən gətirilir. Hətta daxildə istehsal edilən məhsulların belə xammal və inqrediyentlərinin əksəriyyəti xaricdən idxal olunur. Bu amil birbaşa olaraq yekun qiymətə təsir göstərir. Bununla yanaşı, dünya bazarında baş verən qiymət dalğalanmaları da daxili bazarda məhsulların dəyərinə öz təsirini…

Daha çox

“Aqrar sektorun inkişafı üçün müasir texnologiyanın tətbiqi vacibdir“

[ad_1] “Azərbaycanın xarici ölkələrlə əlaqələrini gün keçdikcə genişləndirməsi aqrar sektorun inkişafına öz müsbət təsirini göstərir. Nəinki aqrar sektorun inkişafında, bütün sahələrdə uğurlu nəticələr əldə olunur. Azərbaycan bir çox ölkələrə pampıq, üzüm, xurma və digər kənd təsərrüfatı məhsulları ixrac edir. Sözsüz ki, xarici ölkələrdən də müəyyən kənd təsərrüfatı avadanlıqları, eləcə də sənaye məhsulları idxal olunur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, ölkənin iqtisadi inkişafında xarici ölkələrlə yaradılmış əlaqələr çox vacibdir: “Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə mühüm sənədlər imzalamış,…

Daha çox

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

[ad_1] Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib. Məlumata görə, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər. Açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, “AI Academy” AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək…

Daha çox

İqtisadiyyat nazirinin birinci müavini Uruqvayda bir sıra görüşlər keçirib

[ad_1] İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Uruqvaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeria Csukasi ilə görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycanla Uruqvay arasında indiyədək iqtisadi, gömrük, mədəniyyət və digər sahələri əhatə edən ümumilikdə altı sənəd imzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Uruqvayın sənaye, enerji və…

Daha çox

Bu il ƏDV-nin məbləği 20 milyon manatı ötüb

[ad_1] Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması davam etdirilir. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar–avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 20 milyon 176,6 min manat təşkil edib. [ad_2]

Daha çox

Paytaxtda “Bakı Su Həftəsi” keçiriləcək

[ad_1] 10–12 sentyabr tarixlərində 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (Bakı Su Həftəsi) keçiriləcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilən sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq. Sərgidə su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ mexanizmlər, müasir dünya tərcübəsi nümayiş olunacaq. Sərgi dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkar ziyarətçiləri bir araya toplayacaq. SİA-nın verdiyi məlumata görə, dünyada su ehtiyatlarının azalması və iqlim dəyişikliklərinin təsiri bəşəriyyətin qarşısında duran ən böyük çağırışlardan biridir. Azərbaycan üçün də su təhlükəsizliyi prioritet istiqamətlərdəndir. Dövlət tərəfindən həyata keçirilən…

Daha çox

ARDNF-in nümayəndə heyəti Çində işgüzar səfərdədir

[ad_1] Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində işgüzar səfərdədir. Fonddan SİA-ya verilən məlumata görə, səfərin əsas məqsədi Çin ilə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsidir. Səfər çərçivəsində nümayəndə heyəti Çinin ali dövlət nümayəndəsinin iştirakı ilə təşkil olunan dəyirmi masa görüşündə iştirak edib. Qlobal səviyyədə aparıcı təsisat rəhbərlərini bir araya gətirən bu platforma Çində aktiv investisiya fəaliyyəti həyata keçirən investorlarla hökumət nümayəndələri arasında birbaşa fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradıb. Həmçinin ARDNF-in nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının sədri…

Daha çox

Bu ilin 8 ayında vətəndaşlara qaytarılan ƏDV-nin məbləği açıqlanıb

[ad_1] Cari ilin yanvar-avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 124 milyon 658,4 min manat olub. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, cari ilin 8 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi…

Daha çox

Naxçıvanın bəzi ərazilərində üç gün işıq fasilələrlə veriləcək

[ad_1] Naxçıvan şəhəri və Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq. SİA xəbər verir ki, sentyabrın 8-dən 11-dək Naxçıvan şəhəri və Babək rayonunun müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Qeyd olunan günlərdə 110/35/10 kilovoltluq “Xalçaçılıq” yarımstansiyasından qidalanan 10/0,4 kV-luq xətlərdə dartılma və ağacların budanması işləri həyata keçiriləcək. Eyni zamanda, Nehrəm 35/10 kV yarımstansiyasından qidalanan 10 kV-luq Nehrəm-2, Nehrəm-3 və Nehrəm-4 hava xətlərində, eləcə də 10/0,4 kV KTM-lərdə təmir işləri görüləcək. Bununla əlaqədar Naxçıvan şəhərinin 59, 61, 48, 49 nömrəli məhəllələrində və Yunis Cabbarov küçəsində, eləcə də Babək…

Daha çox

“Qeyri-neft sektorunun inkişafı ölkəyə etibarlı gəlir qazandıracaq”

[ad_1] “Azərbaycanın iqtisadiyyatının uzun illər əsas dayağı neft və qaz kimi enerji resursları olub. Lakin dünya bazarlarında bu resursların qiymətlərinin kəskin enib-qalxması ölkə üçün müəyyən risklər yaradıb. Bu səbəbdən enerji asılılığının azaldılması, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın gələcəyi üçün strateji zərurət hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, bu proses iqtisadi sabitliyi təmin edəcək. Neft qiymətlərinin dəyişməsi birbaşa büdcə gəlirlərinə təsir göstərir və sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində çətinliklər yarada bilir: “Qeyri-neft sektorunun inkişafı isə ölkəyə daha etibarlı və dayanıqlı gəlir mənbələri qazandıracaq. Nəticədə dövlətin maliyyə siyasəti…

Daha çox