Bu günün valyuta məzənnələri

[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, oktyabrın 7-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0408 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0473 manata kimi, avro isə 1.9886 manatadək ucuzlaşıb. 1 ABŞ dolları USD 1,7 1 Avro EUR 1,9886 1 Avstraliya dolları AUD 1,1239 1 Belarus rublu BYN 0,5592 …

Daha çox

Dünya bazarlarında neftin bahalaşması davam edir

[ad_1] “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0,15% artaraq 1 barelə görə 65,57 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,16% artaraq 61,79 ABŞ dollarına bərabər olub. [ad_2]

Daha çox

Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dolları keçdi

[ad_1] Comex” birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 980 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb. SİA xəbər verir ki, bunu ticarət məlumatları sübut edir. Belə ki, Bakı vaxtı ilə saat 18:36-a olan məlumata görə, metalın qiyməti bir unsiya üçün 3980,2 dollara (+1,74%) qədər artıb. *** Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb. “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər enərək 3987,4…

Daha çox

Azərbaycan məhsulları Almaniyada keçirilən sərgidə nümayiş olunur

[ad_1] Almaniyanın Köln şəhərində 5 gün davam edəcək “Anuga 2025” beynəlxalq qida və içki sənayesi sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə 16 Azərbaycan şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendlərində təqdim edir. SİA-nın məlumatına görə, AZPROMO-dan bildirilib ki, iki müxtəlif pavilyonda quraşdırılmış “Made in Azerbaijan” stendlərində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, meyvə şirələri, müxtəlif növ yerli şərablar, kürü, konservləşdirilmiş məhsullar, qurudulmuş meyvələr və digər məhsullar yer alır, Azərbaycan məhsulları və şirkətlər haqqında videoçarxlar nümayiş olunur. Oktyabrın 8-dək davam edəcək sərgi…

Daha çox

“Azərbaycanda istehlakçı hüquqlarının qorunması dövlət səviyyəsində tənzimlənir”

[ad_1] “İstehlakçı hüquqları təkcə qanunla deyil, vətəndaş fəallığı ilə qorunur. Azərbaycanda istehlakçı hüquqlarının qorunması dövlət səviyyəsində tənzimlənir və bu sahədə xüsusi qanun mövcuddur. Bu, onu göstərir ki, ölkədə istehlakçıların maraqlarının müdafiəsi üçün hüquqi baza artıq formalaşıb. Təbii ki, zamanla bu hüquqi baza daha da təkmilləşdirilir və reallıqlara uyğun şəkildə yenilənir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, ancaq hüququn olması kifayət deyil: “Əsas məsələ vətəndaşın, yəni istehlakçının öz hüquqlarına sahib çıxmasıdır. Xidmət və ya məhsul alarkən hər hansı problem yaşanarsa, insanlar bunu görməzlikdən gəlməməli, dərhal…

Daha çox

“Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib

[ad_1] Azərbaycan Mərkəzi Bankında (AMB) “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib. AMB-dan SİA-ya bildirilib ki, Mərkəzi Bankın sədri, alt işçi qrupun rəhbəri Taleh Kazımov görüşdə çıxış edərək makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə strateji tədbirlərin müəyyənləşdirilməsi, onların aralıq və yekun hədəflərinin formalaşdırılması, müvafiq tədbirlərin əsaslandırılması və tələb olunan maliyyə ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı görülən işləri müsbət qiymətləndirib. Ümumilikdə, o, beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədə makroiqtisadi dayanıqlığın gücləndirilməsi, maliyyə sabitliyinin daha da artırılması, həmçinin…

Daha çox

“Bu sistem işin səmərəliliyinə müsbət təsir göstərə bilər”

[ad_1] “Pandemiyadan sonra bir çox ölkələrdə “uzaqdan iş” forması artıq əmək bazarının ayrılmaz hissəsinə çevrilib”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, uzaqdan iş modelini hər sahədə tətbiq etmək mümkün deyil: “Təbii ki, xidmət sahəsində bu real olaraq həyata keçirilə bilməz. Məsələn, kafe, restoran, otel, muzey kimi müəssisələrdə iş mütləq yerində görülməlidir. Eyni zamanda dövlət büdcəsi ilə maliyyələşən təşkilatlarda — müəllim, həkim, polis və təhlükəsizlik qüvvələri kimi sahələrdə də uzaqdan işləmək mümkün deyil. Lakin bəzi nazirliklərdə və dövlət idarələrində bu sistemi tətbiq etmək mümkündür. Əsasən də…

Daha çox

Dövlət qurumlarına olan kiberhücumların sayı açıqlanıb

[ad_1] Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 648 kiberhücum indikatoru (IOC) müəyyən edib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır. Qeyd olunan kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində aşkarlanaraq bloklanıb. Təkcə sentyabr ayında isə 36 kiberhücum qeydə alınıb ki, bu da ötən ilin göstəricisinə nisbətən 44 faiz azdır. Məlumata görə, 2024-cü ildə dövlət qurumlarına ümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxili araşdırmalar, 520-si isə dövlət qurumlarından…

Daha çox

Bu il istehlakçılara 140 milyon manatdan çox ƏDV qaytarılıb

[ad_1] Cari ilin yanvar – sentyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 140 milyon 216 min manat olub. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, bu ilin 9 ayında xarici vətəndaşlar tərəfindən…

Daha çox