Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb

[ad_1] Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb. SİA bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir. İmzalanan sənədlər arasında – Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, “SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD.” və “PANNONPHARMA” arasında Anlaşma Memorandumu var. Protokolu komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.…

Daha çox

Azərbaycan və Macarıstan arasında hökumətlərarası komissiyanın iclası keçirilib

[ad_1] Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib. SİA xəbərinə görə, iclas Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutub. Komissiyaya Azərbaycan tərəfdən maliyyə naziri Sahil Babayev, Macarıstan tərəfdən isə bu ölkənin xarici işlər naziri Peter Siyarto rəhbərlik edib. [ad_2]

Daha çox

Sumqayıtda 208 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

[ad_1] İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 208 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edib. Bu barədə SİA-ya Fonddan məlumat verilib. Bildirilib ki, mənzillərin yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün sentyabrın 12-si saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az)…

Daha çox

Paytaxtın iki ünvanında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

[ad_1] Bakı şəhərinin bəzi yol sahələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində, həmçinin həmin gün saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və…

Daha çox

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

[ad_1] Bu gün Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib. Nazirlikdən SİA-ya bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 200 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7 faiz dərəcəsi ilə depozitə yerləşdirilib. [ad_2]

Daha çox

Bu avtobuslar idxal gömrük rüsumundan azad edilib

[ad_1] Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib. Bu Qərar bu il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədə olacaq. [ad_2]

Daha çox

Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib

[ad_1] Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87 % artıb: “Ümumi əmək müqavilələrinin 55 %-ə yaxını bu sektorun payına düşür”. M.Cabbarovun sözlərinə görə, bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əmək haqlarının “ağardılması” və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn və 7 illik güzəştlərə əsaslanan vergi islahatları…

Daha çox

Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq

[ad_1] “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılır. Naxçıvan RETSİ-dən SİA-nın bölgə müxbirinə bildirilib ki, 35/10 kV-luq Sədərək yarımstansiyasından qidalanan 10 kV-luq hava elektrik verilişi xəttində yerləşən 108 nömrəli transformator üzərində təmir işləri görüləcək. Bununla əlaqədar Sədərək rayonunun Sədərək kəndində bu gün saat 14:00-dan 15:00-a qədər elektrik enerjisinin verilişində fasilə yaranacaq. Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub. [ad_2]

Daha çox

Naxçıvan şəhərinin bəzi məhəllələrində elektrik enerjisinin verilişində fasilə olacaq

[ad_1] “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyasının “2025-2027-ci illər üzrə reabilitasiya və yenidənqurma tədbirləri” çərçivəsində “Azərenerji” ASC-nin 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasında görülən işlərlə əlaqədar həmin yarımstansiyadan qidalanan 35 kilovoltluq “Xətai” hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq. “Naxçıvan Enerji” MMC-dən SİA-nın bölgə müxbirinə bildirilib ki, sabah saat 05:30-dan 07:00-a qədər Naxçıvan şəhərinin Xətai, 48, 20, 21, 35 və 52-ci məhəllələrində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq. [ad_2]

Daha çox

“İxracın artması sosial rifahı və iqtisadi sabitliyi gücləndirir”

[ad_1] “İxracın artması bir ölkənin sosial rifahına birbaşa və dolayı təsirlər göstərir. İlk növbədə, ixracın həcminin yüksəlməsi ölkəyə əlavə valyuta axını deməkdir. Bu isə milli iqtisadiyyatın likvidliyini artırır, dövlət büdcəsinə daha çox vergi və gömrük gəlirlərinin daxil olmasına səbəb olur. Dövlət həmin vəsait hesabına sosial layihələri, infrastruktur yatırımlarını və əhalinin rifahına yönəlmiş proqramları genişləndirə bilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, ikinci mühüm amil məşğulluqla bağlıdır. İxracyönümlü istehsalın artması yeni iş yerlərinin açılmasına, əmək bazarında canlanmaya gətirib çıxarır. İnsanların gəlir səviyyəsi yüksəldikcə, onların istehlak…

Daha çox