Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir

[ad_1] 5 sentyabr dünyada Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd olunur. BMT tərəfindən təsis edilən bu günün əsas məqsədi yardımlaşma və həmrəyliyin vacibliyini xatırlatmaqdır. SİA xəbər verir ki, məhz bu əlamətdar gündə Qırmızı Ürəklər Fondu sosial həssas qruplardan olan tələbələrin təhsilinə dəstək məqsədilə “Onu Oxut” aksiyasına start verir. Həyata keçirilən ianə aksiyasının əsas məqsədi əhalinin sosial həssas qruplardan olan tələbələrin təhsil imkanlarını genişləndirmək, onlara dəstək olmaqdır. Xatırladaq ki, 2021-ci ildən başlayan “Onu oxut” aksiyası çərçivəsində bugünədək 115 490 manat vəsait toplanılaraq, 76 tələbəyə təhsil təqaüdü təqdim edilib. Qırmızı Ürəklər Fondu xeyriyyəçilik…

Daha çox

Vüsal Qasımlı Polşa İqtisadi Forumunda “Orta dəhliz” kitabını təqdim edib

[ad_1] İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlı Polşanın Karpaç şəhərində keçirilən 34-cü İqtisadi Forumda çıxış edib. SİA xəbər verir ki, bu ilki forum “Keçid dövrü – Avropanı nə gözləyir?” (Time of Transition – What Future for Europe?) mövzusuna həsr olunub. Mərkəzi və Şərqi Avropanın ən böyük müzakirə platformasına çevrilən Polşa İqtisadi Forumunda dünyanın 60-dan çox ölkəsindən ictimai-siyasi xadimlər, iqtisadçı alimlər, ekspertlər, nüfuzlu təşkilatların nümayəndələri iştirak edirlər. Vüsal Qasımlı forumda İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu…

Daha çox

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

[ad_1] Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,41 ABŞ dolları, yaxud 0,59 % azalaraq 69,47 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 67,32 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,40 ABŞ dolları və ya 0,58 % azalaraq 68 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən…

Daha çox

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2025)

[ad_1] Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA-nın verdiyi məlumata görə, avronun məzənnəsi 0,1 % artaraq 1,9834 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,4 % azalaraq 2,0901 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,9834 100 Rusiya rublu 2,0901 [ad_2]

Daha çox

“Telegram” hücumları Dövlət Xidmət tərəfindən araşdırılır

[ad_1] “Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılıb. SİA xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. “Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir. İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış ola bilərsiniz”, – deyə məlumatda qeyd olunub. [ad_2]

Daha çox

AZAL “Uçuş Təhlükəsizliyi Günü” tədbiri keçirib

[ad_1] “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuş təhlükəsizliyinin idarə olunmasının təkmilləşdirilməsi və məsuliyyət mədəniyyətinin gücləndirilməsi məqsədilə Bakıda “AZAL Uçuş Təhlükəsizliyi Günü” (“AZAL Flight Safety Day”) adlı tədbir keçirib. SİA-nın məlumatına görə, QSC-dən bildirilib ki, “AZCON Holding”in nümayəndələri, AZAL-ın rəhbər heyəti, Milli Aviasiya Akademiyasının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və digər tərəfdaş qurumların tədbirdə birgə iştirakı milli aviadaşıyıcının yüksək təhlükəsizlik standartlarına, inkişafa və sərnişin etimadının möhkəmləndirilməsinə verdiyi önəmi nümayiş etdirdi. Böyük Britaniya Mülki Aviasiya İdarəsinin (“UK Civil Aviation Authority”, UK CAA) dəstəyi…

Daha çox

“Su ehtiyatlarının qorunması üçün əsaslı islahatlara ehtiyac var”

[ad_1] “Azərbaycanın yeraltı su ehtiyatları təxminən 100 milyard kubmetr həcmində qiymətləndirilir. Bu su ehtiyatının böyük əksəriyyəti şirin su kimi istifadə olunur”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib. Onun sözlərinə görə, göstərici nəzərəçarpacaq olsa da, suyun istifadə sahələrində düzgün bölgü və idarəetmə problemləri ciddi çətinliklər yaradır: “Hazırda ehtiyatların böyük hissəsi içməli su kimi istifadə olunur. Halbuki suyun keyfiyyətinə görə texniki məqsədlərə daha uyğun olan hissəsi də mövcuddur. Bakı şəhərində su təchizatı əsasən Şollar bulaqlarından, həmçinin Oğuz-Qəbələ kəmərlərindən təmin edilir. Lakin bu qiymətli ehtiyatlar yalnız içməli su məqsədilə deyil, həm…

Daha çox

AMB ilin sonuna kimi uçot dərəcəsini sabit saxlayacaq

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin sonuna kimi uçot dərəcəsini sabit saxlayacaq. SİA xəbər verir ki, bu barədə “Trading Economics” (TE) beynəlxalq iqtisadi statistika portalının AMB-nin uçot faiz dərəcəsi ilə bağlı yenilənmiş proqnozunda bildirilib. Belə ki, portal bu ilin üçüncü və dördüncü rübü üzrə proqnozunu 7,25%-dən 7,00%-ə endirib. Bu isə AMB-nin hazırki uçot dərəcəsinə uyğundur. Belə ki, Mərkəzi Bank bu ilin iyul ayında son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7%-ə endirib. AMB faiz dərəcəsi ilə bağlı növbəti qərarını isə sentyabr ayının 10-da açıqlayacaq. [ad_2]

Daha çox

Mərkəzi Bank və Çin Xalq Bankı arasında Memorandum imzalanıb

[ad_1] Azərbaycan Mərkəzi Bankı və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə SİA-ya AMB-dən bildirilib. Qeyd edilib ki, Memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək. Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər. Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək. [ad_2]

Daha çox

ICPC Fondunun prezidenti Azərbaycanın “ICPC Dünya Finalı 2025”ə ev sahibliyi etməsinin səbəbini açıqlayıb

[ad_1] Bakıda keçirilən builki finala 70 ölkəni təmsil edən 63 min tələbə arasından seçilən 139 komanda qatılıb. ADA Universiteti də həmin universitetlər sırasındadır və Azərbaycanın digər ali məktəbləri ilə birlikdə bu uğura imza atıb. SİA xəbər verir ki, bunu Beynəlxalq Kolleclərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) Fondunun prezidenti Vilyam B. Pouçer “ICPC Dünya Finalı 2025”ə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. Fondun prezidenti, həmçinin tədbirin təşkilinə dəstək verən yerli tərəfdaşlara, o cümlədən Mərkəzi Bank, “PASHA bank” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə təşəkkür edib: “Onların məqsədi istedadlı gənclərin inkişafını dəstəkləmək və…

Daha çox