Azərbaycan nümayəndə heyəti İƏT-in Yüksək Səviyyəli Ekspert görüşündə iştirak edib

[ad_1] Qətərin Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər çərçivəsində Ərzaq Təhlükəsizliyi Ehtiyat Sisteminin (ƏTES) yaradılması, bunun üçün strateji kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi və “2026-2035-ci illər üzrə Ərzaq Təhlükəsizliyi üzrə Strateji Plan” (Strateji Plan) layihəsinin müzakirəsi məqsədilə Yüksək Səviyyəli Ekspert görüşü keçirilib. Beynəlxalq tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, tədbir kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi üzrə növbəti İƏT Nazirlər Konfransı zamanı müzakirə ediləcək məsələlərin müəyyənləşdirilməsi və təhlili,…

Daha çox

İki ölkə enerji sahəsində əməkdaşlığın növbəti addımlarını müəyyənləşdirib

[ad_1] İzmirdə energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar görüş keçiriblər. SİA xəbər verir ki, bu barədə Pərviz Şahbazov “X” sosial şəbəkəsində baylaşım edib. İzmirdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və nümayəndə heyətlərinin iştirakı ilə karbohidrogen və bərpa olunan enerji sahələrində ikitərəfli və regional əhəmiyyətli layihələr üzrə əməkdaşlığımızın inkişafına dair səmərəli görüş keçirdik. Türkiyə istiqamətində müxtəlif marşrutlar üzrə elektrik enerjisi ixracı üçün infrastrukturun yaradılması məsələlərini müzakirə etdik”, – paylaşımda qeyd olunur. Həmçinin İzmirdə keçirilən Azərbaycan-İtürkiyə IV.Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və…

Daha çox

2027–2030-cu illərdə makroiqtisadi və maliyyə sabitliyi siyasət çərçivələri təkmilləşdiriləcək

[ad_1] Azərbaycan Mərkəzi Bankında (AMB) bu gün “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun növbəti iclası keçirilib. Bu barədə SİA-ya AMB-dən bildirilib. Məlumata görə, görüşdə Mərkəzi Bankın sədri, alt işçi qrupun rəhbəri Taleh Kazımov çıxışı zamanı makroiqtisadi dayanıqlığın təmin olunmasının iqtisadi artımın davamlı inkişafı, onun xarici və daxili təsirlərə dayanıqlı olması, həmçinin inklüziv və dayanıqlı maliyyə ekosisteminin inkişafının mühüm sütunu olduğunu bildirib. Sədr Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, inflyasiyanın hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun inkişafı və dərinliyinin artırılması,…

Daha çox

“Qurumlar sağlam rəqabət mühitinin formalaşmasına şərait yaratmalıdır”

[ad_1] Əhalinin keyfiyyətli və əlçatan tibbi vasitələrlə təmin olunması yalnız səhiyyə sisteminin deyil, həm də iqtisadi və inzibati strukturların effektiv fəaliyyəti ilə bilavasitə bağlıdır. Dərman preparatlarının qiymətində müşahidə olunan fərqlər və bu sahədə formalaşan bazar münasibətləri cəmiyyətdə haqlı narahatlıqlara səbəb olur. Son zamanlarda bu istiqamətdə müşahidə olunan mühüm tendensiyalardan biri də vətəndaşların dərman vasitələrini xaricdən, birbaşa özü üçün fərdi qaydada gətirməyə üstünlük verməsidir. Bəs, bunun əsas səbəbi nədir? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, əsas səbəb qiymət fərqinin olmasıdır: “Bunun isə çoxlu səbəbləri var. Bu səbəblərin…

Daha çox

Braziliya ilə enerji və mədənçilik üzrə əməkdaşlıq müzakirə edilib

[ad_1] Braziliyada səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu ölkənin Mədənlər və Energetika Nazirliyinin neft, təbii qaz və bioyanacaq üzrə katibi Renato Dutra ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə Azərbaycanın işgüzar mühiti, energetika sahəsində həyata keçirilən mühüm islahatlar və hədəflər, ölkəmizin bir sıra ölkələrlə birgə tərəfdaş olduğu beynəlxalq investisiya alətləri barədə məlumat verilib, tərəfdaşlıq imkanları qeyd edilib. Tərəflər enerji, mədənçilik, mineral emalı kimi sahələrdə əməkdaşlıq potensialı haqqında fikir mübadiləsi aparıb, o cümlədən iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə razılığa…

Daha çox

Aqrar Sığorta Fondu yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edib

[ad_1] Aqrar Sığorta Fondunun fəaliyyət göstərdiyi 2020-2024-cü illər ərzində yanğın riski üzrə fermerlərə təxminən 29 min manatlıq sığorta ödənişi həyata keçirilib. Fonddan SİA-ya verilən məlumata görə, 2020-2024-cü illərdə 16 rayondan olan sığortalı fermerlər tərəfindən yanğın hadisəsi üzrə 21 müraciət daxil olub. Aqrar Sığorta Fondu tərəfindən bu müraciətlərin araşdırılması zamanı 16 hadisə üzrə əkin sahəsinə zərər dəydiyi müəyyən edilib. Sığorta ödənişləri hesablandıqda bəzi sahələr üzrə dəymiş zərərlərin azadolma məbləğindən daha az olduğu dəqiqləşib. Nəticədə azadolma məbləğləri çıxılmaqla fermerlərə 28 min 762 manat sığorta ödənişi edilib. Yanğına görə ən çox sığorta ödənişləri…

Daha çox

“CBDC-lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir”

[ad_1] “Elektron valyutaların, yəni Mərkəzi Bankların rəqəmsal valyutalarının (CBDC) tətbiqi maliyyə sektorunda yeni bir mərhələ açır və bu prosesin ənənəvi bank sisteminə çoxşaxəli təsirləri olacaq. İlk növbədə, CBDC-lər nağd pulun rəqəmsal ekvivalenti kimi çıxış edərək daha sürətli, şəffaf və təhlükəsiz ödəniş mexanizmləri yaradacaq. Bu, xüsusilə gündəlik tranzaksiyalarda sürət və rahatlıq baxımından vətəndaşlara və biznes qurumlarına üstünlüklər qazandıracaq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, eyni zamanda CBDC-lərin tətbiqi ənənəvi kommersiya banklarının funksiyalarına təsirsiz ötüşməyəcək. Bugünkü bank sistemində depozitlər bankların əsas maliyyə mənbəyi kimi çıxış edir.…

Daha çox

Aşağı gərginlikli elektrik qurğuları və avadanlıqların təhlükəsizlik tələbləri təsdiqlənəcək

[ad_1] Azərbaycanda “Aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyi haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb. SİA bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Qeyd edək ki, texniki reqlament Azərbaycan Respublikası ərazisində aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının istismarında təhlükəsizlik qaydalarına məcburi tələblərin müəyyən edilməsi və aşağı gərginlikli (1000 V – dək, 1000 V daxil olmaqla) elektrik qurğularının və avadanlıqlarının istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsi məqsədilə hazırlanıb. Texniki reqlament…

Daha çox

“Şahdəniz” Kompressiya layihəsi üçün əsas tikinti müqaviləsi imzalanıb

[ad_1] “Şahdəniz” konsorsiumu “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi çərçivəsində ŞDK platformasının üst modullarının tikintisi üçün 321 milyon ABŞ dolları dəyərində müqavilə imzalandığını elan edib. SİA xəbər verir ki bu barədə “Şahdəniz” layihəsinin operatoru BP məlumat yayıb. Məlumata görə, müqavilə “Azfen” şirkətinə həvalə edilib. Üst modulların tikintisi müqaviləsi bu ilin iyun ayında ŞDK layihəsi üzrə qəbul edilmiş yekun investisiya qərarından sonra layihənin icrası üçün əsas işlərin başlandığını bildirən mühüm bir addımdır. Müqavilənin iş həcminə ŞDK platforması üçün 8 500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə…

Daha çox

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur

[ad_1] Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpaolunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri (BESS) yaradılmasına başlanılıb. “AzərEnerji” ASC-dən SİA-ya bildirilib ki, qurum tərəfindən paytaxta yaxın 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır. Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq. Batareya…

Daha çox