Nağd pul hesablaşmaları qaydalarının pozulması faktı aşkarlanıb

[ad_1] Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti, həmçinin əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırlması istiqamətində görülən tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq, vergi nəzarəti tədbirləri üzrə keçirilən monitorinqlərdə Naxçıvan şəhər ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi…

Daha çox

Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC-nin vəzifəli şəxsini 1000 manat cərimə edib. Bu barədə SİA-ya AMB-dən bildirilib. Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib. [ad_2]

Daha çox

Əmtəə bazarlarında qızılın qiyməti 3 600 dollardan aşağı enib

[ad_1] Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,3% azalaraq 3 588,22 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,69% azalaraq 41,35 ABŞ dolları olub. [ad_2]

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

[ad_1] Sentyabrın 3-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.05% – 45,271.23 bəndədək azalıb, S&P 500 indeksi 0.51% – 6,448.26 bəndədək, Nasdaq indeksi isə 1.02% – 21,497.73 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 3-də FTSE 100 indeksi 0.67% – 9,177.99 bəndədək, Almaniyanın DAX indeksi 0.46% – 23,594.80 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.86% – 7,719.71 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,10% azalaraq 1.1650 dollar təşkil edib. [ad_2]

Daha çox

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş edib

[ad_1] İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Aeroportdan SİA-ya verilən məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Məlumata görə, təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib. Qeyd edək ki, sərnişinlərin sağlamlığı…

Daha çox

Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib

[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,37 ABŞ dolları və ya 1,92% azalaraq 69,88 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,25 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. [ad_2]

Daha çox

Gümüşün qiyməti 42 dolları ötdü

[ad_1] “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarük üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti 2011-ci il sentyabrın 9-dan bəri ilk dəfə bir troya unsiyası üçün 42 dolları ötüb. SİA xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında deyilir. [ad_2]

Daha çox

Sabah İmişlidə 800-ə yaxın abonentin qazı kəsiləcək

[ad_1] Sabah İmişli rayonunda 800-ə yaxın abonentin qazı kəsiləcək. SİA xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, rayonun Qaralar kəndində yaşayan vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən 108 mm-lik qaz kəmərinin podratçı təşkilat nümayəndələri tərəfindən yerinin dəyişdirilməsi məqsədilə saat 14:00-dan etibarən işlər başa çatanadək Qaralar kəndində (ümumi 780 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır. [ad_2]

Daha çox

“Robotları döyüşə göndərməyin vaxtı gəldi…”

[ad_1] Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusu hücuma göndəriləcək hücum robotlarından ibarət şirkət yaradıb. …Üçüncü Ordu Korpusunun tərkibində NC13 yerüstü robot hücum sistemlərindən ibarət şirkət yaradılıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusu məlumat yayıb. Yerüstü robot sistemləri artıq əsgərləri təxliyə etmək və onlara döyüş ləvazimatlarını çatdırmaq üçün istifadə olunub. İndi onlar döyüş meydanına göndəriliblər. …Briqadanın yerüstü robot sistemləri artıq düşmənə hücum edib, minalayıb və ələ keçirib. Biz özümüzünküləri xilas etmək üçün ən yaxşı təcrübələri texnologiya ilə birləşdirmişik, – hesabatda…

Daha çox

Milli Məclis İİB ilə Anlaşma Memorandumunu təsdiqləyəcək

[ad_1] Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu təsdiq ediləcək. SİA xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələdə əksini tapıb. Xatırladaq ki, İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun Müdirlər Şurasının sədri təyin olunub. Gələn il…

Daha çox