Ümumdünya Şəhərsalma Forumunda 20 mindən çox qonaq iştirak edəcək

[ad_1] ADA Universitetində 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Azərbaycan Şəhərsalma Kampaniyası”nın təqdimatı baş tutub. SİA xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən kampaniya şəhərsalma, məskunlaşma, dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual istiqamətləri əhatə edib. Kampaniya çərçivəsində tərəfdaşlar tərəfindən forumlar, panel müzakirələr, akademik araşdırmalar, düşərgələr, festivallar, sərgilər, idman və ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Bu təşəbbüslər əhali arasında dayanıqlı və inklüziv şəhərsalma həllərinin təşviqinə, eləcə də yerli və beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsinə xidmət edəcək. Azərbaycanın…

Daha çox

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 60 minə çatıb

[ad_1] Cari ilin oktyabrın 1-nə Azərbaycanda aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,8 faiz artaraq 837,8 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,7 faiz artaraq 56,9 min olub. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 faiz artıb və 228,5 min təşkil edib. [ad_2]

Daha çox

“Xarici şirkətlərin Azərbaycana marağı iqtisadiyyatın şaxələnməsinə təkan verir”

[ad_1] “Son illərdə xarici ölkələrin şirkətlərinin Azərbaycana artan marağı ölkə iqtisadiyyatının cəlbediciliyini və sabitliyini nümayiş etdirir. Xarici investorların fəallığı, ilk növbədə, Azərbaycanın dayanıqlı makroiqtisadi mühiti, siyasi sabitliyi və coğrafi mövqeyi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, bu amillər sayəsində Azərbaycan regionda ən etibarlı investisiya məkanlarından birinə çevrilib: “Xarici şirkətlərin ölkəmizə marağı iqtisadiyyatın bir çox sahələrinə, xüsusilə enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı və informasiya texnologiyaları sektorlarına müsbət təsir göstərir. Bu investisiyalar yeni iş yerlərinin yaradılmasına, müasir texnologiyaların gətirilməsinə və yerli bazarda rəqabətin artmasına…

Daha çox

Kənd təsərrüfatı naziri Tərtərdə vətəndaşlarla görüşəcək

[ad_1] Kənd təsərrüfatı naziri Məcnun Məmmədov oktyabrın 10-da saat 09:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlarla görüşəcək. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, görüş zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarının sakinləri Tərtər DAİM-ə (077-2991159) müraciət edə bilərlər. Görüşə yazılmaq üçün, həmçinin…

Daha çox

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edilib

[ad_1] Azərbaycanın aparıcı dağ-mədən şirkəti “AzerGold” QSC daha bir gümüş və qızıl sikkə kolleksiyasını təqdim edib. QSC-dən SİA-ya bildirilib ki, yeni sikkə kolleksiyası füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub. Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib. Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib hissələrindən biri – səkkizguşəli ulduz və kənarlarındakı Laçın quşunun həndəsi formalı motivlərdir. Laçın quşu azad ruhun, əzəmətin, gücün və cəsarətin rəmzidir. Təsvir həm…

Daha çox

Azərbaycanda ilk dəfə İslam istiqrazlarının buraxılması üçün hüquqi çərçivə hazırlanır

[ad_1] Azərbaycanda İslam istiqrazlarının – sukukun tətbiqi üçün hüquqi və tənzimləyici çərçivə hazırlanır. SİA-nın əldə etdiyi məlumata əsasən, layihə Azərbaycan Mərkəzi Bankının müraciəti əsasında İslam İnkişaf Bankı İnstitutu (IsDBI) tərəfindən İslam maliyyəsi qrantı hesabına həyata keçiriləcək. Layihə çərçivəsində Azərbaycanda sukuk və digər İslam maliyyə məhsullarının buraxılışını tənzimləyən qanunvericilik bazası hazırlanacaq, maliyyə institutlarının risklərin idarə olunması sahəsində potensialı gücləndiriləcək, İslam maliyyəsinin inkişafını izləmək üçün monitorinq mexanizmi yaradılacaq və yekunda ölkənin ilk sukuk emissiyası həyata keçiriləcək. Layihə çərçivəsində Azərbaycanın kapital bazarının hazırkı vəziyyəti qiymətləndiriləcək, Malayziya, İndoneziya, Bəhreyn, BƏƏ, Qazaxıstan, Türkiyə və Səudiyyə…

Daha çox

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 20 mlrd. manatı ötüb

[ad_1] 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA ) vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyard manat, yaxud 12,7 faiz çoxdur. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, indiyədək ölkə ərazisində 108.631 ədəd belə NKA quraşdırılıb. [ad_2]

Daha çox

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

[ad_1] Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,52% artaraq 3 968,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,93% artaraq 48,413 ABŞ dolları olub. [ad_2]

Daha çox