Bu günün valyuta məzənnələri

[ad_1] Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, oktyabrın 6-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0408 manat təşkil edib.Rusiyanın 100 rublu 2,0663 manata kimi, avro isə 1.9927 manatadək bahalaşıb. 1 ABŞ dolları USD 1,7 1 Avro EUR 1,9927 1 Avstraliya dolları AUD 1,1224 1 Belarus rublu BYN 0,5592 1 Bolqarıstan levi BGN 1,019 1 BƏƏ…

Daha çox

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb

[ad_1] Dünyada qızılın qiyməti artmaqda davam edir. SİA xəbər verir ki, oktyabrın 6-da “Comex” birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1 faiz bahalaşaraq unsiyası 3949 dolları ötərək, bütün zamanların ən yüksək həddinə çatıb. Daha əvvəl ekspertlər bəyan ediblər ki, bu ilin sonuna kimi geosiyasi vəziyyətin pisləşməsi və Federal Ehtiyat Sisteminin sərt siyasəti səbəbindən qızılın qiyməti bir unsiya üçün 4000 dolları keçə bilər. [ad_2]

Daha çox

Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının I mərhələsi keçirilib

[ad_1] Dövlət İmtahan Mərkəzi tərəfindən 5 oktyabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, imtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 8 imtahan rəhbəri, 42 nəzarətçi, 7 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Tapşırıqların 30-u qapalı, 10-u açıq tiplidir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u…

Daha çox

ABB və “Azər-Türk Bank”ın idarə edilməsində dəyişiklik edilib

[ad_1] “Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Azər-Türk Bank” açıq səhmdar cəmiyyətlərinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. SİA xəbər verir ki, indiyənədək ABB-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla, 5 üzvdən ibarət, “Azər-Türk Bank”ın isə sədr də daxil olmaqla, 3 üzvdən ibarət Müşahidə Şurası həyata keçirirdi. Bununla bağlı Prezident İlham Əliyev 7 avqust 2009-cu il tarixli “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, Azərbaycan Prezidentinin “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların…

Daha çox

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 8 %-dən çox artırıb

[ad_1] Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 127,052 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. SİA xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Təkcə sentyabrda Türkiyə Azərbaycana 16,358 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 17,2 % çoxdur. 8 ayda Türkiyənin taxıl, paxlalılar, yağl toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 4,3 % artaraq 9,047 milyard ABŞ dollarına, sentyabrda isə 6 % artaraq 1…

Daha çox

Azərbaycanda tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 6 %-ə yaxın artıb

[ad_1] Bu il iyulun 1-nə tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 119 min nəfər təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, bu, 2024-cü ilin sonu ilə müqayisədə 5,7 % çoxdur. Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 6 ayda 8,1 milyard manat vəsait yönəldilib ki, bunun da 6,1 milyard manatı tikinti- quraşdırma işlərinə sərf edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% çoxdur. Respublika ərazisində tikinti-quraşdırma işlərinə sərf edilən əsas kapitala yönəldilən vəsaitin 31,5 %-i isə (2 milyard…

Daha çox

ABB-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək

[ad_1] “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. SİA xəbər verir ki, indiyənədək bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirirdi. [ad_2]

Daha çox

Kəlbəcərdə ən hündür külək elektrik stansiyasının təməli qoyulub

[ad_1] Kəlbəcərdə yüksək hündürlükdə ilkin gücü 240 MVt olacaq külək elektrik stansiyasının (KES) təməli qoyulub. SİA xəbər verir ki, bununla Kəlbəcərin külək potensialının ölçülməsi prosesi başlayıb. Hazırda iki küləkölçmə dirəyi işləyir və məlumat toplayır. Qısa zamanda onlara sahənin potensialını daha dəqiq qiymətləndirməyə imkan verəcək lidar sistemi də əlavə olunacaq. Layihə “Kalbajar Energy” MMC birgə müəssisəsi tərəfindən həyata keçirilir. Xatırladaq ki, ötən il noyabrın 20-də COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Clean Energy Invest” MMC (AGEC-in törəmə şirkəti) və “Baltech Green” MMC arasında Kəlbəcər KES-in…

Daha çox

İşğaldan azad olmuş ərazilərdə infrastruktur layihələri tikinti sektorunun ÜDM-dəki payını artırıb

[ad_1] Bu ilin I yarısında Azərbaycanda tikinti sektoru üzrə nominal ÜDM-i 12,4 %, cəmi ÜDM-dəki payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz bəndi artaraq 6,3 %-ə çatıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, bu tendensiya investisiya axınlarının bərpa olunması, xüsusilə işğaldan azad olmuş torpaqların bərpası istiqamətində iri infrastruktur layihələrinin icrası, Bakı və Bakıətrafı ərazilərdə iri tikinti layihələrinin həyata keçirilməsi və daşınmaz əmlak bazarında tələb amillərinin yüksək olaraq qalması ilə əlaqədar olub. “Hesabat dövründə tikinti sektorunun…

Daha çox

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

[ad_1] Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 734,491 milyon ABŞ dolları dəyərində mal idxal edib. SİA Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 5,9 % çoxdur. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib. Təkcə sentyabrda isə Türkiyədən Azərbaycana 177,734 milyon ABŞ dolları dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 12,8 % azdır. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 0,9 %-i qədər olub. Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4,7 % artaraq 173 milyard 714,770 milyon…

Daha çox