ABADA VII Beynəlxalq Nəqliyyat‑Logistika Biznes Forumunda iştirak edib

[ad_1] “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyi Qazaxıstanın Almatı şəhərində Nəqliyyat Həftəsi çərçivəsində keçirilən VII Beynəlxalq Nəqliyyat‑Logistika Biznes Forumunda iştirak edib. SİA bu barədə Assosiasiaya istinadən xəbər verir. Tədbirin panel sessiyalarında iştirak edən ABADA rəhbəri Həbib Həsənov “Beynəlxalq Avtomobil Nəqliyyatı: Avtomobil Nəqliyyatı Xidmətləri üçün Yeni İmkanlar” mövzusunda fikirlərini bölüşüb, Azərbaycanın daşıyıcılarının perspektivləri, Orta Dəhlizin imkanları, Zəngəzur Dəhliznin açılmasının əhəmiyyəti, beynəlxalq əməkdaşlıq, tranzit strategiyaları haqqında Forum iştirakçılarına ətraflı məlumat verib. O, bildirib ki, normativ-hüquqi islahatlar və gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma, “bir pəncərə” prinsipi avtomobil daşımalarının sürətləndirilməsinə xidmət edəcək. Həsənov…

Daha çox

Bu il iqtisadiyyatda qeyri-neft ixracının payının 70 faizə çatacağı proqnozlaşdırılır

[ad_1] İqtisadi siyasətin əsas istiqamətlərində olan qeyri-neft-qaz sektorunda 2021-2024-cü illərdə hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, bu göstəricinin bu ilin sonuna 70 faizə çatacağını proqnozlaşdırılır. “Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib, yerli və xarici…

Daha çox

Özəl sektorun iqtisadiyyatda payı 81 faizdir

[ad_1] Cari ilin 8 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna investisiyalar 15 faiz artıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib. Nazir bildirib ki, bu sektorda əsas kapitala yönəldilən investisiyalar artaraq 8,2 milyard manat təşkil edib. “Bu ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36 faiz artıb. Həyata keçirilən islahatlar və sahibkarlığa dəstək mexanizmlərinin tətbiqi nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81 faiz səviyyəsindədir. Ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin reallaşdırıılmasına şərait…

Daha çox

Əsas hədəfimiz rəqabət mühitinin gücləndirilməsidir

[ad_1] Qarşıdakı dövrlərdə əsas hədəfimiz rəqabət mühitinin gücləndirilməsi, dövlət satınalmalarında çox iştirakçılığın təmin olunması, kiçik və orta sahibkarlığın dəstəklənməsi olacaq. SİA xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, rəqabət mühitinin təmin olunması həm dayanıqlı iqtisadi inkişafı, həm də sənayeləşmə səviyyəsinin yüksəlməsini şərtləndirir: “Bu, biznes subyektlərinin gəlirliliyinin artmasına və iqtisadi şaxələndirmənin genişlənməsinə şərait yaradacaq. Azərbaycanda dövlət satınalmalarında çox iştirakçılıq təmin ediləcək. Azərbaycanda rəqabətlə birbaşa bağlı sahələrdən biri də dövlət satınalmaları və keyfiyyət…

Daha çox

Satistika sahəsində Anlaşma Memorandumu imzalanıb

[ad_1] Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası çərçivəsində oktyabrın 3-də Türkiyə Statistika İnstitutunda Dövlət Statistika Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA xəbər verir ki, görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb. Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Türkiyə Statistika İnstitutunun Prezidenti Erhan Çetinkaya imzalayıblar. Memorandumda nəzərdə tutulmuş işlərin həyata keçirilməsinin rəsmi statistika sahəsində ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi və gücləndirilməsinə, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və…

Daha çox

Dünya birjalarında neft bahalaşıb

[ad_1] Dünya birjalarında neft bahalaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,44 dollar artaraq 64,55 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,45 dollar artaraq 60,93 dollar təşkil edib. [ad_2]

Daha çox

Bakıda II Milli Rəqabət Forumu keçirilir

[ad_1] Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu öz işinə başlayıb. SİA xəbər verir ki, millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak edir. Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışları nəzərdə tutulub. [ad_2]

Daha çox

“İkinci işə meyillənmək nə ilə bağlı ola bilər?

[ad_1] “İnsanların ikinci işə meyillənməsinin bir çox səbəbləri var. Hər kəs fərqli olduğuna görə, hər bir insan ayrıca bir fərddir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, onların öz xüsusiyyətləri, davranış motivləri və fərqli səbəbləri mövcuddur: “İkinci işə başlamaq istəyi əsasən maddi səbəblərlə bağlı ola bilər. Bəziləri sadəcə dolanışıq üçün çalışır, bəziləri daha çox gəlir əldə etmək istəyir. Məsələn, 10.000 qazanır, amma istəyir ki, bu məbləğ 20.000 olsun. Digərləri isə gəlirini diversifikasiya etmək, yəni yalnız bir mənbədən asılı qalmamaq məqsədilə əlavə işə yönəlirlər. Bununla belə, insanların…

Daha çox

Tələb və təklif yalnız rəqabət mövcud olduqda düzgün formalaşır

[ad_1] Azərbaycanın iqtisadi inkişafında rəqabət qabiliyyətliliyin güclənməsi, texnologiyaların tətbiqi və beynəlxalq nüfuzun artması mühüm rol oynayır. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib. Nazir qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın texnoloji modernləşməsi və rəqabət qabiliyyətinin yüksəlməsi müşahidə olunur. “Bunun nəticəsində həm yerli, həm də xarici investorlar üçün əlverişli şərait formalaşır, Azərbaycan iqtisadiyyatına marağın artması regional inkişaf üçün də yeni imkanlar açır. Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi rəqabətdir. İqtisadiyyata prizmamızdan baxanda görürük ki, tələb və təklif yalnız rəqabət mövcud olduqda düzgün formalaşır. İnnovasiya…

Daha çox