“Ölümün ən yaxşı beş peşmanlığı”

[ad_1] “Ölümün ən yaxşı beş peşmanlığı” adlı kitabda ölüm anında insanlar daha çox nədən və kimdən narazı qaldığını, eləcə də nəyyə daha çox peşmançılıq keçirdiklərindən yazılıb. Kİtabın müəllifi hospisdə ölən xəstələrlə işləyən avstraliyalı tibb bacısı Bronnie Ware-ndir. Müəllif “Ölümün ən yaxşı beş peşmanlığı” kitabında ölüm anlarında olan insanların düşüncələrini və təəssüflərini qeyd edib.İşi əvvəlcə cinslərə görə bölünməsə də, kişilərdə müəyyən peşmanlıqların daha çox özünü büruzə verdiyini qeyd olunub. Kitabda əsasən beş peşmançılıq hissələrinə geniş yer verilib. Qismət [ad_2]

Daha çox

Xocalının daha bir kəndinə ilk köç oldu

[ad_1] Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. SİA xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailə olmaqla 30 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən yola salınıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna,…

Daha çox

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq

[ad_1] Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur. R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq. [ad_2]

Daha çox

Kəlbəcərə Böyük Qayıdışın növbəti ünvanı 4-cü yaşayış kompleksi olacaq

[ad_1] Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində salınacaq 4-cü yaşayış kompleksinin təməlini qoyublar. Tədbirdə dövlət başçısına və birinci xanıma kompleksin gələcək imkanları barədə ətraflı məlumat təqdim olunub. SİA xəbər verir ki, kompleksin ümumi ərazisi 10 hektara yaxındır. Burada 807 ailənin məskunlaşdırılması planlaşdırılır. Tikiləcək 26 yaşayış binasının hər biri 4 mərtəbədən ibarət olacaq. Ümumilikdə 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı və 82 dördotaqlı mənzil nəzərdə tutulur. İlk mərtəbələrdə məişət və ticarət obyektləri yerləşəcək ki, bu da sakinlərin gündəlik ehtiyaclarının elə yaşadıqları məkan daxilində təmin olunmasına…

Daha çox

“Əhalinin geri qayıdışı üçün bütün zəruri şərait yaradılır”

[ad_1] “Azərbaycanın işğal altında saxlanılan ərazilərində uzun illər boyunca bütün infrastruktur dağıdılmış, dədə-baba yurdlarından didərgin düşən soydaşlarımız çətin şəraitdə yaşamışlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Onun sözlərinə görə, lakin bütün bu ağır şərtlərə baxmayaraq, Vətənə qayıdış arzusu onların qəlbində daim yaşayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olunub. Lakin işğaldan azad olunmaq məsələsi problemin tam həlli deyildi: “Qarşıda duran əsas vəzifə azad edilmiş ərazilərin yenidən qurulması, dağıdılmış infrastrukturun bərpası, əhalinin geri dönüşü və dədə-baba yurdlarında yenidən məskunlaşmasına şərait yaradılması idi.…

Daha çox

Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 15 minə yaxın əhali yaşayır

[ad_1] Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 15 minə yaxın əhali yaşayır. Bu şəxslər doğma ata-baba torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər, eləcə də bu ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarda çalışanlar, onların ailə üzvləridir. Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə, Xocalı şəhəri və rayonun Ballıca, Təzəbinə, Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib və bu kəndlərə həyat yenidən qayıdıb. SİA xəbər verir ki, bunu Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi…

Daha çox

Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir

[ad_1] Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir. SİA-nın məlumatına görə, vida mərasimində Xaçmaz rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir. Vida mərasimindən sonra şəhid Usta Cəlilli kəndin qəbristanlığında dəfn olunacaq. Qeyd edək ki, Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun…

Daha çox

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

[ad_1] Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhid hərbçi Məzahir Kərimov Xalıq oğludur. Onun nəşinin qalıqları iyulun 18-i saat 13.00-da Xaçmaz rayonu Usta Cəlili kənd qəbiristanlığında dəfn olunacaq. [ad_2]

Daha çox

Xarici diplomatlar Ağdamdakı tikinti-quruculuq işləri ilə tanış olublar

[ad_1] Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə Ağdam şəhərində həyata keçirilən quruculuq işləri barədə məlumat verib. Nümayəndə heyəti əvvəlcə Ağdam Muğam Mərkəzi ilə tanış olub. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub…

Daha çox

Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür

[ad_1] Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır. Bu barədə SİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri…

Daha çox