Prezident İlham Əliyev qardaş ölkələrə təşəkkür edib…

[ad_1] …Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün bir daha qardaş ölkələrə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsində paylaşım edib. Paylaşımda deyilir: “Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”. [ad_2]

Daha çox

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir

[ad_1] Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. [ad_2]

Daha çox

“Bu, Azərbaycanın türk dünyasının mədəni və elmi birliyinin formalaşmasındakı tarixi rolunun xatırlanmasıdır”

[ad_1] “7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, türk dünyasının geopolitik transformasiyasında yeni mərhələnin başlanğıcını simvolizə etdi. Prezident İlham Əliyevin bu görüşdəki çıxışı təkcə Azərbaycanın regional liderlik iddialarını deyil, eyni zamanda TDT-nin qlobal arenada artan rolunu və təşkilatın gələcək prioritetlərini əks etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin vurğuladığı əsas tezislərdən biri TDT-nin artıq sadəcə əməkdaşlıq platforması olmayıb, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşmasıdır. Bu ifadə təşkilatın keçdiyi əhəmiyyətli…

Daha çox

““Böyük Qayıdış” tarixi yaddaşa və mənəvi dəyərlərə qayıdışdır“

[ad_1] “44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizdən sonra qarşımızda dayanan ən mühüm vəzifə işğaldan azad olunmuş ərazilərimizin bərpası və torpaqlarımıza həyatın sözün əsl mənasında qaytarılması, yəni “Böyük Qayıdış”ın təmin edilməsi olmuşdur. İlk növbədə onu qeyd etmək lazımdır ki, “Böyük Qayıdış” konsepsiyası yalnız infrastruktur layihələrindən ibarət deyil. Bu konsepsiya Azərbaycanın milli maraqlarına, strateji inkişaf hədəflərinə və tarixi ədalətin bərpasına əsaslanan sistemli yanaşmanın ifadəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib. O bildirib ki, cənab Prezidentin qətiyyətli siyasi iradəsi, uzaqgörən liderliyi və güclü dövlət idarəçiliyi sayəsində həyata keçirilən bu…

Daha çox

“ABŞ-Rusiya münasibətlərinin gələcək perspektivi sual altındadır”

[ad_1] “Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasındakı münasibətlər son illərdə ciddi şəkildə pisləşməkdə davam edir. Xüsusilə 2014-cü ildə Rusiyanın Krımı qanunsuz ilhaq etməsi və Donbas bölgəsində separatçıları dəstəkləməsi ilə başlayan gərginlik, zaman keçdikcə daha da dərinləşmiş və nəticədə beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidə çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Donald Tramp administrasiyası dövründə ABŞ-Rusiya münasibətlərində müəyyən mülayimlik müşahidə olunsa da, bu tendensiya davamlı olmadı. Trampın fərdi səviyyədə Rusiya prezidenti Vladimir Putinlə dialoq qurmaq cəhdləri və bəzi sahələrdə əməkdaşlıq imkanlarını yoxlaması, əslində ABŞ-ın institutlaşmış…

Daha çox

“İlham Əliyevin Qəbələ çıxışı TDT-nın gələcək kursunu müəyyənləşdirdi”

[ad_1] “Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı həm məzmun, həm ton, həm də siyasi istiqamət baxımından strateji əhəmiyyət daşıyırdı. Dövlət başçısının nitqi təkcə cari məsələlərin müzakirəsi deyildi – bu çıxış Türk dünyasının gələcək siyasi arxitekturasının ideoloji xəritəsini təqdim etdi. Dövlət rəhbəri cənab İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Türk dövlətləri artıq regional güc mərkəzi olmaqdan çıxaraq qlobal güc balansının real iştirakçısına çevrilmək mərhələsinə qədəm qoyur”.Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Prezidentin ritorikasında “vahid güc mərkəzi”…

Daha çox

“Ermənistan sülhə doğru addım atmaq üçün real seçim qarşısındadır”

[ad_1] “Sülhə gedən yolda Ermənistanı bir sıra ciddi sınaqlar və strateji seçimlər gözləyir. Real vəziyyət ondan ibarətdir ki, hazırda regionda yeni geosiyasi reallıqlar formalaşıb və bu prosesin əsas istiqamətverici qüvvəsi Azərbaycandır. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra yaranan şərait, Cənubi Qafqazda güc balansını tam şəkildə dəyişib. Ermənistan artıq əvvəlki kimi regional proseslərə diktə edən deyil, bu proseslərə uyğunlaşmaq məcburiyyətində qalan tərəfdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, əgər Ermənistan doğrudan da sülhə can atırsa, ilk növbədə, qonşularının ərazi bütövlüyünə hörmət göstərməli, əsassız ərazi iddialarından…

Daha çox

“Zəfər tarixi Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir”

[ad_1] “Zəfər tariximiz Azərbaycan dövlətçiliyinin və xalqımızın milli birliyinin ən parlaq nümunəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə təkcə hərbi əməliyyatların nəticəsi deyil, uzun illər ərzində formalaşan güclü dövlət siyasətinin, strateji uzaqgörənliyin və xalq-dövlət həmrəyliyinin məntiqi nəticəsi idi”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib. Onun sözlərinə görə, bu Zəfər Azərbaycanın beynəlxalq arenada statusunu köklü şəkildə dəyişdirdi. Ölkəmiz təkcə regional deyil, qlobal miqyasda da öz siyasi iradəsini, hərbi gücünü və diplomatik çevikliyini nümayiş etdirdi. Bu, həm də onilliklər boyu davam edən işğalın beynəlxalq hüquqa zidd…

Daha çox

İspaniyanın dövlət katibi məlumatlandırılıb

[ad_1] Oktyabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkəmizdə səfərdə olan xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belionu ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SİA-ya bildirilib ki, görüş zamanı Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, xüsusilə siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də regional məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov İspaniya ilə münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq, iki ölkə arasında mövcud siyasi…

Daha çox

“Prezidentin çıxışında qeyd etdiyi istiqamətlər görüşün əhəmiyyətini daha da artırdı”

[ad_1] “Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı Zirvə Görüşü yalnız üzv dövlətlər tərəfindən deyil, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilmişdir”.Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, dünyanın siyasi və geoiqtisadi baxımdan mürəkkəb bir mərhələdə olduğu zamanda, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə təşkilatın fəaliyyətində mühüm rol oynamış və orada verilən mesajların qlobal əhəmiyyətini bir daha nümayiş etdirdi: “Görüş nəticəsində 15 səhifə və 121 maddədən təşkil olunmuş bəyanat qəbul edildi. Bu sənəd təşkilatın beş həqiqi üzvü – Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkiyə tərəfindən imzalanmışdır.…

Daha çox