Atamla fəxr edirəm, o, Vətənimizi, bizi qorudu

[ad_1] Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq, mərdlik, şücaət nümunəsi göstərdi. Xalqımızın igid övladları gözlərini belə qırpmadan şəhidlik zirvəsinə yüksələrək sübut etdilər ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz torpaqlarımızın hər qarışı Vətəndir və Vətəndən pay olmaz. SİA yerli mənbələrə istinadən xəbər verir ki, canını yurda qurban verən rəşadətli oğullardan biri də Vüsal Məmmədov oldu. Şəhid Məmmədov Vüsal Aydın oğlu 1989-cu il aprelin 8-də Şəmkir rayonunun Abbaslı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda Milli Konservatoriyanın Muğam fakültəsində təhsil alıb. Həqiqi hərbi xidmət borcunu da ödəyən Vüsal…

Daha çox

Qazaxıstanda Turan Akademiyası yaradıldı

[ad_1] 8 oktyabr 2025-ci ildə Qazaxıstanın Almatı şəhərində yerləşən “Turan” Universitetində Turan Akademiyasının təntənəli təsis konfransı keçirildi. Mərasimdə Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və İrandan tanınmış alimlər, ictimai-mədəniyyət xadimləri, diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Akademiyanın missiyası türk ölkələrinin alim və ictimai xadimlərini birləşdirərək ortaq elmi-mədəni məkan formalaşdırmaq, türk sivilizasiyasının zəngin irsinin tədqiq və təbliğini gücləndirmək, eləcə də gənc tədqiqatçıların elmi potensialını artırmaqdır. Tədbirin moderatoru “Turan” Universitetinin beynəlxalq əlaqələr və doktorantura üzrə prorektoru, PhD, dosent, Turan Akademiyasının vitse-prezidenti Gülcanat Yubatqanqızı Tayauova olub. Açılışı Turan Akademiyasının prezidenti, iqtisad…

Daha çox

“Euronews” kanalı Azərbaycanın İsmayıllı rayonuna reportaj həsr edib

[ad_1] “Explore Azerbaijan” rubrikasının növbəti buraxılışında “Euronews” kanalı Azərbaycanın İsmayıllı rayonunun orijinal kənd kimliyinə xələl gətirmədən yeni sakinləri və sənətsevərləri qəbul etməklə özünü necə yenidən mənalandırdığı barədə süjet yayımlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, kanalın müxbiri Anka Ulea həyatın sadə sevinclərini və sakitliyini kəşf etmək üçün İsmayıllıya səfər edib. “Ləzzətli yeməklər və şərab, möhtəşəm təbiət və… sakitlik”, – deyə jurnalist tamaşaçıları Azərbaycanın kənd bölgələrini kəşf etməyə dəvət edib. Süjetdə vurğulanır ki, Avropada insanların çoxu sürətli tempdə yaşayan şəhərlərdədir, halbuki bu səfərdə tamaşaçılara tələsmədən kənd həyatının dadını çıxarmaq təklif…

Daha çox

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ABŞ səfəri davam edir

[ad_1] Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir. SİA-nın məlumatına görə, QMİ-dən bildiriblər ki, A.Paşazadə oktyabrın 7-də Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüb. Görüşdə çıxış edən QMİ sədri Azərbaycanda mövcud olan unikal dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə ətraflı məlumat verib. Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin Bəhreyn İslamdaxili Dialoq Konfransında nümunə olaraq qəbul edildiyini diqqətə çatdıran A.Paşazadə gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurasının, BMT-nin Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə İslamdaxili dialoqa və İslamofobiya ilə mübarizəyə…

Daha çox

Nərmin Ağayeva: “Bu hallarda boşanma qaçılmazdır”

[ad_1] Bugünkü mövzumuz günümüzün aktual məsələlərindən biri, demək olar ki, başlıcasıdır. Boşanmanın səbəbləri… SİA xəbər verir ki, Azmedia.Az-ın mövzu ilə bağlı müsahibi isə psixoloq Nərmin Ağayevadır. Müsahibəni sizə təqdim edirik: – Boşanma zamanı qadın günahkar olur yoxsa kişi? – Boşanma adətən tək bir tərəfin günahı ilə olmur. Münasibət iki nəfərin ünsiyyət tərzi, emosional ehtiyacları və davranışları üzərində qurulur. Problem yarananda dəstək və adaptasiya çatmayanda böhran dərinləşir. Qadın və ya kişi fərqi yoxdur, əsas məsələ emosional bağın qırılması, ehtiyacların ödənməməsi və münasibəti daşımaq bacarığının zəifləməsidir. – Şəxsi səviyyədə boşanmaya gətirib çıxaran…

Daha çox

Naxçıvanda şəhid övladları ilə görüş keçirilib

[ad_1] Oktyabrın 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid övladları ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, səlahiyyətli nümayəndə görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini bildirib. Qeyd edib ki, bu gün işğaldan azad edilən torpaqlarımızın hər birində geniş quruculuq işləri aparılır. Bütün bunlar Vətən müharibəsində mətanətlə döyüşmüş şəhid və qazilərimizin hünəri, qəhrəmanlıqları sayəsində əldə olunub. Şəhidlərin əmanətlərini göz bəbəyi kimi qorumaq xalqımızın mənəvi borcudur. Dövlətimiz bundan sonra da şəhid ailələrinə diqqət və qayğısını əsirgəməyəcək. Şəhid övladlarını yeni tədris ilinin başlanması…

Daha çox

Əcnəbi tələbələrlə “Miqrasiya qaydaları” mövzusunda görüş keçirilib

[ad_1] QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə” layihəsi çərçivəsində keçirilən tədbirdə ilk çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor Sevda Rzayeva, tədbir iştirakçılarına Universitet rəhbərliyinin salamlarını çatdırdı, Bakı Avrasiya Universitetində yeni dərs ilində tətbiq edilən son yeniliklərdən, tələbələr üçün yaradılan şəraitdən danışdı və Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin çox əhəmiyyətli olduğunu qeyd etdi. Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev, ölkəmizin yüksələn beynəlxalq nüfuzunun və iqtisadi inkişafının nəticəsi olaraq,universitetlərimizdə təhsil almaq…

Daha çox

Yasda əsas məqsəd nədir – dua, yoxsa nümayiş?

[ad_1] Son illərdə yas mərasimlərinin keçirilmə forması xeyli dəyişib. Əvvəllər sadəlik, təvazökarlıq və mərhumun xatirəsinə hörmət üzərində qurulan bu mərasimlər indi bəzən tam fərqli mənzərə yaradır. Bəzi hallarda yas yerlərində dəbdəbəli süfrələr açılır, bahalı menyular təqdim olunur. Bəzi məkanlar isə yas təşkil edənlərə məcburi şəkildə müəyyən xidmət paketləri və menyular təklif edirlər. Bu isə cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olur: görəsən, bu cür yanaşma bizim ənənələrimizə, yasın mahiyyətinə və dini baxımdan məqsədinə nə dərəcədə uyğundur? Maraqlıdır, insanlar bu halı necə qarşılayır? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu…

Daha çox

İxrac olunan bitkiçilik məhsullarına nəzarət davam etdirilir

[ad_1] Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) payız ixrac mövsümündə bitkiçilik məhsullarına nəzarəti davam etdirir. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, ixrac üçün məhsullara karantin baxışı və etiketlənmə beynəlxalq standartlara uyğun həyata keçirilir. Etiketlər oxunaqlı və dayanıqlı olmalı, daşınmada istifadə olunan taxta altlıqlar isə beynəlxalq standartlara cavab verməlidir. Bu barədə daha ətraflı linkdə tanış ola bilərsiniz. [ad_2]

Daha çox

Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət edib

[ad_1] Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları paytaxtın Nərimanov və Sabunçu rayonları ərazilərində yerləşən bir neçə piyada səkisində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta pozuntusudur. Səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxması və beləliklə də, onların həyatlarının təhlükə altında qalması ilə nəticələnir:…

Daha çox