Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, tədbir ƏƏSMN-nin tabeliyindəki DOST Agentliyi tərəfindən təşkil olunacaq. Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmilərini, yerli və beynəlxalq ekspertləri, alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək. SOCGOV 2025 süni zəkanın cəmiyyətin sosial həyatına təsiri və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunacağı nüfuzlu platformasına çevriləcək. Konfransın hər il keçirilməsi və…
Daha çoxAzərbaycan üçün dairəvi iqtisadiyyata keçid strateji əhəmiyyət daşıyır
Hazırda Azərbaycan üçün dairəvi iqtisadiyyata keçid olduqca vacib məsələdir. SİA xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib. Onun sözlərinə görə, bu gün təkrar istehsal amili xüsusi əhəmiyyət daşıyır: “Təkrar istehsal imkanlarından istifadə etməklə tullantıların düzgün idarə olunması və digər vasitələrlə istixana qazı emissiyalarını azaltmaq mümkündür. Təbii ki, bu prosesdə müasir texnologiyalar – blokçeyn və süni intellekt mühüm rol oynaya bilər”. Y. Rəfiyev qeyd edib ki, dairəvi iqtisadiyyata keçidlə bağlı maliyyə məsələləri də diqqətdə saxlanılmalıdır: “Bu…
Daha çoxBu ilin 5 ayında 21 mindən çox şəxsə pensiya təyin olunub
2025-ci ilin yanvar-may ayları ərzində 21 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, onların 55,87%-ni kişilər, 44,13%-ni isə qadınlar təşkil edib.
Daha çoxAzərbaycan neftinin qiyməti 72 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları, yaxud 0,44 % artaraq 72,17 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,67 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,35 ABŞ dolları və ya 0,49 % artaraq 70,95 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxMOK-da qanvermə aksiyası təşkil olunub
Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunub. SİA xəbər verir ki, tədbir MOK-un inzibati binasında keçirilib. Aksiyada MOK rəsmiləri, idmançılar, həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələri və digər rəsmi şəxslər iştirak edib. Aksiya talassemiyadan əziyyət çəkən uşaqlar üçün keçirilir. Qeyd edək ki, “Həmrəy olaq, qanımızla yaşadaq” adlı aksiya 14 İyun – Beynəlxalq Qan Donorluğu Gününə həsr olunub.
Daha çoxƏmtəə bazarlarında qızıl yenidən bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1.39% artaraq 3 390.10ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,54% artaraq 36.46ABŞ dolları olub.
Daha çoxAzərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib
Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin tibb xidməti nümayəndələri arasında “Hərbi tibb sahəsində əməkdaşlıq” üzrə ikitərəfli görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Gürcüstan nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub. Hər iki ölkənin nümayəndə heyəti hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıb. Görüş çərçivəsində qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını, Mərkəzi Hərbi və Stomatoloji poliklinikalarını, Hərbi Tibb Fakültəsini, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
İyunun 11-də Amerika fond bazarlarında S&P 500 indeksi 0.27% – 6,022.24 bəndədək, Nasdaq indeksi isə 0.50% – 19,615.88 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyunun 11-də FTSE 100 indeksi 0.13% – 8,864.35 bəndədək artıb, Almaniyanın DAX indeksi 0.16% – 23,948.90 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.36% – 7,775.90bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.34% artaraq 1.1526 dollar təşkil edib.
Daha çoxTÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi
Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Azərbaycandan Qazaxıstana keçib. SİA-nın xəbərinə görə, bu barədə TÜRKPA Şurasının Astanada keçirilən 14-cü iclasında qərar qəbul edilib. Belə ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova sədrliyi qazaxıstanlı həmkarına təhvil verib.
Daha çoxYAP Xəzər rayon təşkilatında partiya üzvləri ilə görüş keçirilib
YAP Xəzər rayon təşkilatının Almaz İldırım küçəsi 30 B (2 saylı Bakı Dost Mərkəzi) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edərək onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın…
Daha çox